Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canbəyim Xatun
Canbəyim Xatun (d. - ö.1468-ci il) - Qaraqoyunlu hökmdarı Cahanşahın həyat yoldaşı, diplomat, dövlət xadimi. Canbəyim Xatun XV əsrin xarici və daxili siyasətində mühüm rolu olan, oğulları ilə Cahanşah arasında yaranan ixtilafların həllində öz təsirini göstərən, eləcə də sultanlığın mövcudluğunun qorunub saxlanılması üçün ciddi səylər göstərən mühüm şəxsiyyətlərdəndir. Hüseyn Katib “Tarixi-i Cədid-i Yezd” adlı kitabında Canbəyim Xatundan bəhs edərək “İki dünyanın qulu, şərafətli Canbəyim Xatun” ifadələrinə yer vermişdir. == Həyatı == Fərman və vaqiyənamələrdə Cahanşahın həyat yoldaşı və uşaqlarının anası kimi qeyd edilən Canbəyim Xatunun kimliyi ilə bağlı mənbələrdə çox az məlumat var. O Tağəddin Rəcəb ibn Əfridunun qızıdır. Canbəyim Xatunun Cahanşah ilə etdiyi evlilikdən Pir Budaq, Məhəmməd-i Mirzə, Əbu Yusif Mirzə, Əbul Qasım Mirzə, Ferruxzad Mirzə və Dövlət Sultan adlı övladları dünyaya gəlmişdi. Mənbələrdə onun doğum ili qeyd olunmasa da, H.871/M.1468³-də Cuşin qalasında ögey oğlu Həsən Əli tərəfindən öldürüldüyünə dair məlumatlar var. Qəbri Təbrizdəki Müzəffəriyyə mədrəsəsindədir. Hüseyn Kərbəlayinin “Ravzatü'l-Cinan ve Cennatû'l-Cenan” əsərində, Canbəyim Xatunun dəfn olunduğu yerdən bəhs edir, “Onun (Cahanşahın) cənazəsi Müzəffəriyyədə, yəni həyat yoldaşı Canbəyim Xatunun binalarından biri olan Təbrizdəki Məscid-i Kebudda, övladlarının çoxu ilə birlikdə dəfn edilmişdir.“ Mənbələrdə Canbəyim Xatunun adına ilk dəfə Cihan şahın Ayn əl-Arusdakı düşərgəsində bir Osmanlı səfirini qəbul etməsi və Diyarbəkir səfəri ilə əlaqədar rast gəlinir.