Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nekrofobiya
Nekrofobiya (yun. nekros - cəsəd fobos - qorxu) — cəsədi görməkdən və ya ölüm haqqında düşünməkdən yaranan obsesif və həddindən artıq qorxudur. Fobiyası olan insan həm başqa insanlara hücum edib öldürmək istəyinin olması, həm də haram hesab etdiyi cinsi instinktləri təmin etmək “cəzasını” çəkir. Xəstə hər zaman bu fobiyanı hiss edə bilər. Bir şey onun qorxusuna səbəb olduqda, ölmüş bir heyvana yaxınlıq hissi və ya sevilən birinin dəfn mərasimində olmaq hissi yaşaya bilər. Bu fobiya insan ölümün şahidi olduqda və ya uşaq ikən dəfn mərasimində iştirak etmək məcburiyyətində qaldıqda inkişaf edə bilər. Bundan əlavə, fobiyası olan insan meyiti görə bilmir və özünü itirir. Bu fobiya ümumiyyətlə insanlar tərəfindən nəzərə alınmır və bəzi insanlar hətta bu fobiyaya sahib olanlara nifrət edirlər. Axı onlar elə bilirlər ki, bir gün biz də onlardan olacağıq və biz öləndən sonra meyitlərimizdən qorxacaqlar və bu onlara bezdirici gəlir.
Nekrofiliya
Nekrofiliya (q.yun. νεκρός — "ölü" и φιλία — "sevgi") — meyitlərə qarşı cinsi cazibə və ya cinsi hərəkət. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dərc edilən Beynəlxalq Xəstəliklər Təsnifatı (ICD) diaqnostik manüasında parafiliya kimi təsnif edilir. Nekrofiliyanın müalicəsi əksər parafiliyalar üçün təyin olunan müalicəyə bənzəyir. Psixopatologiyanın müalicəsi ilə yanaşı, nekrofiliyanın müalicəsi haqqında az məlumat var. Hər hansı bir effektiv müalicə aparmaq üçün kifayət qədər nekrofil mövcüd deyil.
Nekrologiya
Nekroloq (q.yun. νεκρός – ölü, q.yun. λόγος – söz) — hansısa bir şəxsin vəfatı barədə xəbər verən və adətən həmin şəxsin həyat, fəaliyyəti, eləcə də dəfn mərasimi haqqında məlumat verən xəbər məqaləsi. Nekrologiya hansısa bir təşkilat, qrup və ya sahəylə əlaqədar olan şəxslərin ölümü barədə verilən nekroloqların siyahısıdır. Tarixi nekroloqlar əhəmiyyətli mənbə hesab edilir. Epitafiya Baranik, Alana; Şiler, Cim; Miller, Stefen. Life on the Death Beat: A Handbook for Obituary Writers. Oak-Park: Marion Street Press. 2005. ISBN 1-933338-02-4.
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Akrofobiya
Akrofobiya (Yunan sözləri olan ἄκρον-ákron “ zirvə, ucqar nöqtə” φόβος, phóbos “ qorxu” deməkdir) — yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. == Səbəbləri == İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda bu təbii qorxunu müəyyən dərəcədə hiss edirlər. Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamat düşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5 faizi akrofobiyadan əziyyət çəkir. Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “ başgicəllənmə” sözü istifadə olunur ( lakin səhv olaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdən baxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər, lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil. Başgicəllənmə halı hansısa hərəkət olduqda ( məsələn, ayağa qalxdıqda, oturduqda, gəzdikdə) və ya vizual perspektivdə dəyişiklik olduqda (məsələn, aşağı çömbəlmək, pilləkanla yuxarı qalxdıqda və ya aşağı düşdükdə, pəncərədən hərəkət edən avtomobil və ya qatara baxdıqda) baş verir. Adətən, digər fobiyalar kimi akrofobiya da yüksəklikdə baş verən hadisə və ya travma ilə bağlı yaranır. Lakin, hazırkı tədqiqatlar bu izaha şübhə ilə yanaşır.