Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neytrofillər
Neytrofillər — 10–20 mkm diametrində, seqmentli nüvəli hüceyrələr. Onlar qanın leykositlərinin təxminən 70 % ni , qranulositlərinin isə 95 % ni təşkil edirlər . Neytrofillər cəmi 2–3 gün yaşayırlar və sonra isə apoptoza uğrayırlar .Neytrofoillərdə zülalların yenidən sintezi baş vermir .Neytrofillər qan dövranında cəmi 8–10 saat qalır , sonra isə toxumalara keçərək neytrofil toplumunu əmələ gətirirlər .Neytrofillər spesifik morfoloji quruluşa malik olduqlarından onları əlavə markerlərsiz asanlıqla identifikasiya etmək mümkündür .Onların xarakterik əlamətləri polimorf nüvə və sitoplazmadaxili neytrofil qranullardır .Qranullarda müxtəlif antibiotik xassəli zülallar toplanmışdır .Qranulların tərkibindəki maddələr praktiki olaraq istənilən mikrobun məhvi üçün kifayət edir .Neytrofillər yüksək hərəkətli hüceyrələrdirlər . Bu baxımdan onlar iltihab sahələrinə immmun sisteminin digər hüceyrələrindən daha tez gəlirlər .Neytrofillər həmçinin çox te — cəmi bir neçə saniyə ərzində "oksigen partlayışı" adlanan metabolik proseslərini activləşdirə bilirlər . Bu zaman müxtəlif patogenlərə qarşı orqanizmin ilkin və effektiv müdafiəsi təmin edilir .