Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fridrix Nitsşe
Fridrix Vilhelm Nitsşe (alm. Friedrich Nietzsche‎; 15 oktyabr 1844[…], Rökken[d], Saksoniya[d], Prussiya – 25 avqust 1900[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya imperiyası) — alman filosofu və klassik filoloq. == Ailəsi == Fridrix Nitsşe Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röcken kəndində anadan olmuşdur. Atası Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi (1813–1849), anası isə Franziska Nitsşe (1826–1897)idi. Hər iki valideyni protestant ailəsindən idilər. Prussiya kralı IV Fridrix Vilhelmin anadan olmasının 49-cu ildönümüylə əlaqədar Nitsşeyə onun adını vermişlər. Bacısı Elizabet 1846-cı ildə, qardaşı Lüdviq İosif isə 1848-ci ildə doğulmuşdur. == Həyatı == 1849-cu ildə atasının və 1850-ci ildə qardaşının ölümünden sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa göndərilir. 1854-cü ildə Hamburqdakı Dom qimnaziyasına daxil olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır.