Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nofəl Behbudov
Nofəl Həmid oğlu Behbudov (7 iyun 2001; Səfikürd, Goranboy rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nofəl Behbudov 7 iyun 2001-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Nofəl Behbudov 2019-cu ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Nofəl Behbudov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nofəl Behbudov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qarşı tərəfin açdığı atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Behbudov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nofəl Nuriyev
Nofəl Xaliq oğlu Nuriyev (9 yanvar 1988; Qızılhacılı, Goranboy rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nofəl Nuriyev 9 yanvar 1988-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra Mingəçevirdə yerləşən Tibb Kollecdə təhsil almışdır. === Ailəsi === 2011-ci ildə ailə həyatı quran Nofəl Nuriyevin Güllü və Ayşə adlı qızları və 2020-ci ilin iyun ayında dünyaya göz açmış oğlu Ali yadigar qaldı. == Hərbi xidməti == Kolleci bitirdikdən sonra hərbi həkimlik ixtisasına yönələn Nuriyev hərbi vəzifəsinə başlamışdır. Naftalanda, Sarıcalıda və Sarovda yerləşən hərbi və səhra hospitallarında çalışmışdır. Nofəl Nuriyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak etmiş, yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərmişdir. Azərbaycan Ordusunun çavuşu olan Nofəl Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində hərbi həkim - feldşer kimi iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin ən qızğın nöqtələrində yaralanan hərbçilərə yardım göstərmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə-Madagizin azad edilməsi gedişatında "Qaranlıq meşə" adlanan ərazidə hərbi tibbi vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.
Nofəl Qasımov
Nofəl Qasımov (1 may 1961, Pirəhmədli, Füzuli rayonu) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, şəhid Səid Rəşidzadənin atası. == Həyatı == Nofəl Qasımov 1 may 1961-ci ildə Füzuli rayonunda anadan olmuşdur. İlk təhsilini Horadiz şəhər 1 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Poltava Kooperativ İnstitunun Bakı filialında almışdır. Nofəl Qasımov şəhid Səid Rəşidzadənin atasıdır. == Siyasi fəaliyyəti == Nofəl Qasımov 23 dekabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 374 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, 19 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 717 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.
Nofəl Quliyev
Nofəl Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı. Nofəl Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nofəl Tahirzadə
Nofəl Şərif oğlu Tahirzadə — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, memar, rəssam və dissident. == Həyatı == Nofəl Şərif oğlu Tahirzadə 5 sentyabr 1955-də Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Beşinci babası Məhəmmədtahir ağa Nəzirməhəmməd oğlundan (XIX yüzilin başlanğıcı) üzübəri bütün babaları xalqı savadlandırmaqla, yurddaşlarını Allah yoluna çağırmaqla məşğul olub – mollalıq və müəllimlik edib. Ata babası Molla Yusif Baba oğlu (1899-1962) müdrik el ağsaqqalıydı, ana babası Molla Çərkəz əfəndiyəsə (1882-1970) təkcə Qəbələ mahalında yox, ətraf bölgələrdə də sonsuz ehtiram vardı. Atası – “Xalq maarifi əlaçısı” Şərif Tahirli (1929) 42 il millət balalarına savad verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 11 kitabın müəllifi olan Şərif müəllimi respublikada daha çox satirik şair kimi tanıyırlar. Anası Ruqiyyə xanım (1929-1992) yüksək təhsil almasa da övladlarının oxumasıyçün əlindən gələni etmiş geniş dünyagörüşlü və hədsiz qayğıkeş qadındı. Nofəl Şərif müəllimin 4 övladından ikincisiydi. Ona 7 yaşınacan hamı «Afər» deyib, ancaq birinci sinifdə jurnal yazılanda üzə çıxıb ki, gerçək adı Nofəlmiş. Babası Yusif doğum şəhadətnaməsini alanda «Afər» yerinə «Nofəl» yazdırıbmış.
Nofəl Vəliyev
Nofəl Vəliyev (tam adı: Nofəl Abdulməcid oğlu Vəliyev; 20 yanvar 1973, Göyçay — Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. Qabaqcıl təhsil işçisi (2023) == Həyatı == Nofəl Vəliyev 20 yanvar 1973-cü ildə Göyçayda anadan olmuşdur. 1979-cu ildə orta məktəbə daxil olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. 2006-cı ildə Rusiya Federasiyası Staraya Russa şəhərində keçirilən Dostoyevski adına Beynəlxalq Festivalın laureatıdır. N. Vəliyev bir neçə televiziya tamaşalarında və telefilmlərdə çəkilmişdir. Dram və kino aktyoru kimi film, reklam və kliplərə çəkilir. Televiziya filmlərində kadrarxası mətn oxuyur. Evlidir.
Nofəl Əlizadə
Nofəl Qənbər oğlu Əlizadə (13 yanvar 1992; Saatlı, Bərdə, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nofəl Əlizadə 13 yanvar 1992-ci ildə Bərdə rayonu Saatlı kəndində anadan olub. Ailədə cəmi iki övlad olan Nofəlin özündən başqa bir bacısı var. Nofəl həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2013-2019-cu illərdə Daxili Qoşunların sıralarında müddətdən artıq hərbi xidmət keçib. == Hərbi xidmətləri == 2020-ci ildə yenidən hərbi xidmətə dönmüşdür. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Əlizadə Talış Madagizin azad edilməsində savaşıb. 29 sentyabr 2020-ci il tarixində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Bərdədə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nofəl Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nofəl Əlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nəfər eli
Nəfər eli — Türk əsilli Azərbaycan tayfası. == Tarixi == Nəfər eli əvvəlcə qaşqayların tərkibində olub. Sonra isə ixtilaflar nəticəsində eldöndülük edərək müstəqil bir quruma çevrilmişdir. XIX əsrin 70-ci illərində baharlı, inallı, baseri və ərəb tayfaları ilə birlikdə Xəmsə elini yaratmışlar. == Qolları == Bədəkli oymağı Tatımlı oymağı Çonqarı oymağı Dəvəlixanlı oymağı Zamanxanlı oymağı Səttarlı oymağı Səncərli oymağı Şuli oymağı Çini oymağı Tatım oymağı Əraçi oymağı Qadlı oymağı Qubadlı oymağı Qarabacaqlı oymağı Qeydərli oymağı == Elin tanınmış nümayəndələri == Hüseyn xan Nəfər—Nadir şah Qırxlı-Avşar tərəfindən Baharlı oymağının kələntəri təyin edilmişdi. Məhəmmədtağı xan Nəfər—atası Hüseyn xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. Ələkbər xan Nəfər—atası Məhəmmədtağı xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. == Mənbə == Ənvər Çingizoğlu, Onlar neçə nəfərdilər? "Soy" dərgisi, №1 (34). Bakı, 2010.səh.42-45.
Nofəl Şahlaroğlu
Nofəl Şahlaroğlu (Nofəl Quliyev Şahlar oğlu; 22 noyabr 1982, Bakı) — filologiya elmləri üzrə fəlsəfə doktoru, aktyor. == Həyatı == 22 noyabr 1982-ci oldə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Müxtəlif televiziyalarda və müxtəlif layihələrdə redaktor, aparıcı, aktyor, ssenari müəllifi, layihə rəhbəri, rejissor kimi çalışıb."Sonuncu pərdə", "4 baş" və "Körpü" kimi teleserial və layihələrdə yer alıb.
Hüseyn xan Nəfər
Nofəl Quliyev (əsgər)
Quliyev Nofəl (tam adı: Nofəl İlham oğlu Quluyev; 11 iyun 1994; Qoşabulaq, Gədəbəy rayonu — 2020, Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Quluyev Nofəl İlham oğlu Gədəbəy rayonu Qoşabulaq kəndində 1994-cü il iyunun 11-də anadan olmuşdur. 2000-ci ildə Qoşabulaq kənd məktəbində tam orta təhsilinə başlamış, 2011-ci ildə də həmin məktəbin məzunu olmuşdur.Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsi, Marketinq mallarının ekspertizası ixtisasına qəbul olmuşdur.2015-ci ildə məzun olduqdan sonra.2015 20 Oktyabr da həqiqi hərbi xidmətə yollanır.Qayıtdıqdan sonra isə öz ixtisası üzrə bir neçə müəssisədə işləyir. == Hərbi Xidməti == Həqiqi hərbi xidmətədə 20 oktyabr 2015-də yollanmış, hərbi xidmətini başa vurduqdan sonra tərxis olunub. İyul hadisələrindən sonra özü könüllü olaraq səfərbərliyə yazılır və sentyabrın 29-u müharibəyə yollanır. Nofəl baş qumbaraatan idi. Düşmənin bir neçə zirehli texnikasını məhv etmişdir.Lakin oktyabrın 27-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yanına minamyot düşərək qəhrəmancasına hər şeyini gözə alaraq vətən üçün canını qurban verdi. İyul hadisələrindən sonra özü könüllü olaraq səfərbərliyə yazılır.Və sentyabrın 29-u müharibəyə yollanır. Nofəl baş qumbaraatan idi düşmənin bir neçə zirehli texnikasını məhv etmişdir.Lakin oktyabrın 27-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yanına minamyot düşərək qəhrəmancasına hər şeyini gözə alaraq dünyasını dəyişdi.
Nofəl ibn Əbdülmanaf
Nofəl ibn Əbdülmanaf (ərəb. نوفل بن عبدالمناف‎) — Əbdülmanaf ibn Qusayın oğlu və Mutim ibn Adi ibn Nofəl də daxil olmaqla Qureyşə aid Bəni Nofəl nəslinin əcdadı.
Nofəl Quliyev (milli qəhrəman)
Nofəl Quliyev (4 oktyabr 1963, Əli-Bayramlı – 13 dekabr 1991, Todan, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. === Ailəsi === Ailəli idi, bir oğlu var. == Hərbi xidməti == 1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur. === Birinci Qarabağ müharibəsində iştirakı === Nofəl Quliyev Füzuli, Goranboy, o cümlədən Dağlıq Qarabağın müxtəlif istiqamətlərində döyüşlərdə iştirak etmiş və fərqlənmişdir. 1991-ci il iyul ayının 15-də Goranboy rayonunun Todan kəndinə erməni silahlılarının hücumu zamanı mülki əhalini kənddən çıxararkən şəhid olmuşdur. == Təltif və mükafatları == Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Nökər
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Yer üzündə iki nəfər (balet)
Yer üzündə iki nəfər (ru. Двое на этой Земле) — Arif Məlikovun "Metamorfozalar" simfonik poeması əsasında qurulmuş haqqında birpərdəli baleti. Libretto Robert Rojdestvenskiyə məxsusdur. Baletmeyster O. Vinoqradovdur. İlk dəfə 1969-cu ildə Mariinskiy teatrda səhnəyə qoyulub. == Tarixçə == == Məzmun == İlk baxışdan sevgi və ruhən birləşmək haqqındadır. == İstinadlar == == Mənbə == Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Музыковед Айтен Ибрагимова: Ариф Меликов - яркая личность современности.
İki nəfər yolda (film, 1967)
"İki nəfər yolda" (ing. Two for the road) — rejissor Stenli Donenin filmi. == Məzmun == Film ər-arvad cütlüyündən bəhs edir. Nikah dağılma ərəfəsindədir. Onların bir yerdə yaşadıqları həyat tamaşaçıların gözü qarşısında tanışlıq məqamından etibarən göstərilir. Doğrudanmı onların hər ikisini Cənubi Fransada ovsunlayan həmin sevgi həmişəlik yoxa çıxıb? Amma bəlkə də hələ tam olaraq itib getməyib? == Mükafatlar və nominasiyalar == === Mükafatlar === ==== 1967-ci ilin "San-Sebastyan" beynəlxalq kinofestivalının mükafatı: ==== Qızıl Balıqqulağı Mükafatı – Stenli Donen === Nominasiyalar === ==== 1967-ci ilin "BAFTA" mükafatı: ==== Ən yaxşı Britaniya ssenarisi – Frederik Rafael ==== 1967-ci ilin "Oskar" mükafatı: ==== Ən yaxşı orijinal ssenariyə görə – Frederik Rafael ==== 1967-ci ilin "Qızıl Qlobus" mükafatı: ==== Komediya və ya müzikldə ən yaxşı qadın roluna görə – Odri Hepbern Ən yaxşı musiqiyə görə – Henri Mançini == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Frederik Rafael Rejissor : Stenli Donen Operator : Kristofer Çellis Bəstəkar : Henri Mançini Prodüser : Stenli Donen === Rollarda === Odri Hepbern – Coanna Volles Albert Finni – Mark Volles Eleanor Bron – Keti Mançester Uilyam Deniels – Hovard Mançester Klod Dofen – Moris Dalbre Nadya Qrey – Fransuaza Dalbre Jorj Deskrier – Devid Qabriel Middlton – Ruti Mançester Jaklin Bisset – Cekki == İstinadlar == == Xarici keçidlər == Two for the Road — Internet Movie Database saytında.
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən 1957-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyası və Maksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir. == Məzmun == Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır. == Festival və mükafat == 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.
Bir nəfər hamıya görə (film, 1989)
Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər. == Məzmun == Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur. Film yalançı liderin iç üzünü açıb göstərir.
Hamı bir nəfər üçün (film, 1984)
Emmi Nöter
Emmi Nöter Amali (23 mart 1882[…], Erlangen, Bavariya Krallığı, Almaniya imperiyası[…] – 14 aprel 1935[…], Brin-Mar[d], Pensilvaniya, ABŞ) — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəssis. == Həyatı == Məşhur riyaziyyatçı, cəbr və fizika səhəsində fundamental kəşflər edib. Uzun müddət Göttingen Universitetində dərs verməsinə universitet rəhbərliyi qadın olmasını əsas gətirərək izin verməmiş, böyük riyazıyyatçı Hilbert, "hamamda deyilik, universitetdəyik" deyə etiraz edərək, öz mühazirələrində onun da çıxış etməsi üçün şərait yaratmışdı. Bu gün Emma Noter ən önəmli alimlərdən sayılır və "Noter teoremi" ilə xatırlanır. Noter teoreminə görə hər simmetriya bir qorunma qanununun manifestidir, zamanda homogenlik enerjinin saxlanma qanunundan irəli gəlir. Təbiət qanunları dünən də, bügün də eynidir, dəyişməzdir. Əgər belə olmasa idi, məsələn həftənin tək günləri yerin cazibə qanunu cüt günlərdəkindən az olsaydı, tək günlər yüksəyə qaldırdığımız bir yükü cüt günlər endirib, artıq enerji əldə edərdik. Ancaq bu, mümkün deyil çünki enerjinin saxlanma qanunu hər zaman eynigüclüdür.
Manuel Noyer
Manuel Pitr Noyer (27 mart 1986[…], Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır. == Klub karyerası == === Şalke 04 FK === Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür. 2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib. 5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir.
Nökər (Monqolustan)
Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri. == Tarixi == XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur. Onlar igid və sadiq döyüşçülər idilər. Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Nökər (dəqiqləşdirmə)
Nökər — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Həmçinin bu mənaları ifadə edə bilər: Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.
Ofer Levi
Ofer Levi (17 iyun 1964) — İsrailli müğənni.
Cəfər
Cəfər — Kişi adı.
Jan Jorj Nover
Jan Jorj Nover (fr. Jean-Georges Noverre; 29 aprel 1727[…], Paris – 19 oktyabr 1810[…], Sen-Jermen-an-Le) — Fransa baletmesyteri. == Həyatı == Jan Jorj Nover 29 aprel 1727-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1743-cü ildən rəqqas, 1755-ci ildən isə London, Paris, Vyana, Ştutqart teatrlarında baletmeyster kimi fəaliyyət göstərmiişdir. Balet sənətinin islahatçısı olan Nover rəqs divertismentlərini süjetli baletlə əvəz etmişdir. O, baletin məzmununu açaraq, onu dramatik, plastik obrazlarla ifadə etmişdir. Nover Avropa baletinin inkişafında böyük rol oynamışdır. Jan Jorj Nover 19 oktyabr 1810-cu ildə, 83 yaşında İl-de-Frans vilayətində yerləşən Sen-Jermen-аn-Le kommunasında vəfat etmişdir. == Əsas əsərləri == Les Fêtes Chinoises (Paris 1754) (mus. Jean-Philippe Rameau) La Fontaine de jouvence (Paris 1754) La Toilette de Vénus (Lyon 1757) (mus.
Nohur
Nohur (rus. пруд, ing. pond, pool) — sahəsi 1 km²-dən böyük olmayan süni su hövzəsi, kiçik çay dərələrində, qobularda, yarğanlarda qazma və bənd tikmə yolu ilə yaradılır. Səth və ya yeraltı sularla dolur. Nohur su təchizatı, suvarma, balıqyetişdirmə və su quşlarının çoxaldılması üçün, eləcə də sanitar və idman məqsədilə yaradılmış süni su hövzəsidir.
Noqir
Noqir (Oset. Ногир) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Noqirski kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. == Coğrafiya == Noqir kəndi Priqorodnı rayonunun şimal hissəsində, Terek çayının sol sahilində yerləşir və faktiki olaraq onun şimal ətrafı kimi Vladiqafqaz şəhəri ilə birləşir. Qəsəbə torpaqları ilə həmsərhəddir: cənubda Vladiqafqaz, şimalda Alxaçurt, şimal-şərqdə Mixaylovskoye və şərqdə Zavodski. == Etimologiya == Noqir sözü osetin dilindən tərcümədə Yeni Osetiya (Oset. Ног Ир) deməkdir. == Tarix == Oktyabr inqilabından əvvəl Noqir kəndini yerində çar hərbi təlim poliqonu yerləşirdi. Müasir Noqir kəndi 1921-ci ildə əvvəllər Xristianovskoye kəndində (indiki Diqora şəhəri) məskunlaşmış Cənubi Osetiya qaçqınları tərəfindən qurulmuşdur. Kənddəki ilk məktəb 1930-cu illərin sonlarında inşa edilmişdir.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəzər
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
"Zəfər" ordeni
"Zəfər" ordeni — Azərbaycan Respublikasının 2-ci yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir. Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır.
Bofor (İzer)
Bofor (fr. Beaufort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38032. Kommunanın 1999-cı il üçün əhalisi 415 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 266 ilə 374 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 55 km cənubda, Qrenobldan 50 km qərbdə yerləşir.
Cəfər (Qürvə)
Cəfər (fars. جعفر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 199 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Cəfər Axundov
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878, Nehrəm – 1931, Gəncə) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat. == Həyatı == Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvidir. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C.Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
Cəfər Ağa
Qanlı Cəfər Ağa — (türk. Kanlı Cafer Ağa; v. 1521, Konstantinopol) — Osmanlı admiralı. == Bioqrafiya == Cəfər Ağa Osmanlı imperiyasında 1516–1520-ci illərdə donanmaya rəhbərlik etmişdir. Cəfər Ağa yerli xalqa qarşı zülm etməsi və səbəbsiz vergilər toplaması səbəbindən 1521-ci ildə Sultan Süleyman Qanuninin göstərişi ilə İstanbul şəhərində edam edilmişdir.
Bofen
Bofen (fr. Beaufin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38031. Kommunanın 1999-cı il üçün əhalisi 27 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 744 ilə 2080 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənubda, Qrenobldan 50 km cənub-şərqdə yerləşir.
Coker
Coker (personaj)
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.