Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mokşan dili
Mokşa dili, mokşan dili və ya mokşen dili (мокшень кяль) — mokşaların dili. Əsasən Rusiyanın tərkibində olan Mordoviyada yayılmışdır. == Ədəbiyyat == Цыганкина Д. В. Грамматика мордовских языков (фонетика, графика, орфография, морфология). Саранск, Мордовское книжное издательство, 1980, s.430. Коляденковой М. Н., Заводовой Р.Грамматика мордовских (мокшанского и эрзянского) языков. Ч.1. Фонетика и морфология. Саранск, Мордовское книжное издательство, 1962, с.376. Имяреков А. К. Мокшанско-русский словар. Саранск, Мордовское книжное издательство, 1953, с.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Doxsan
Doxsan — say sistemində ədədlərdən biridir. Səksən doqquzdan sonra, doxsan birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Heksan
Heksan (n-heksan) (C6H14) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Zəif iyli rəngsiz maye. Sındırma əmsalı p20D 1,37506-dir. Oktan ədədinin aşağı olması səbəbindən(25)heksan sintetik benzinin tərkibi üçün arzuolunmazdır.
Mokban
Mukbanq (kor. 먹방; kor. 먹방, moknın - yemək və kor. 방송, banson - yayım) — dinləyiciləri ilə qarşılıqlı əlaqə saxlayarkən çox miqdarda qidaları yeyərək canlı onlayn audiovizual yayımdır. Adətən yayım evdə veb-kamera qarşısında olur.
Neysan
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.rXX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Nissan
Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılmışdır. Adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilmişdir. Şimali Amerika, Avropa, Yaponiya, Afrika, Çin, İran və Cənub-şərqi Asiyada istehsal edilən "Nissan" Avropaya avtomobil ixracını 1962-ci ildə başladı. 1983-də Terrano II və Vanette Cargo modellərinin istehsalının reallaşdırıldığı "Nissan Motor İberica", İspaniyada fəaliyyətə başladı. 1984-cü ildə "Nissan"ın başqa bir fabriki, Motor Manufacturing İngiltərə quruldu. 1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd etdi və yenə 1993-cü ildə İngiltərədə çıxarılan Micra ilin ən yaxşı avtomobili mükafatını aldı. == Modellər == === Minik Vasitələr === Nissan 350Z Nissan Micra Nissan Qeydə Nissan Almera Nissan Primera === Ərazi Vasitələri === Nissan X-Trail Nissan Pathfinder Nissan Murano Nissan Patrol Nissan Qashqai === Ticari Vasitələr === Nissan Cabstar Nissan Atleon Nissan NT500 Nissan Navara Nissan Pick-up == Nissan-Renault Əməkdaşlığı == "Nissan" 1990-cı illərdə maliyyə krizisindən xilas olmaq məqsədi ilə 27 mart 1999-cu ildə Renault ilə bir güc birliyi razılaşması imzaladı. Razılaşmaya görə Renault Nissanın idarə hissəsini satın aldı və şirkətin rəhbəri vəzifəsinə fransız Carlos Ghosnu təyin etdi.
Nokdaun
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. == Nokdaun == Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Novdan
Novdan-İranın Fars ostanının Kazerun şəhristanının Kuhmərə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,589 nəfər və 581 ailədən ibarət idi.
Roksana
Roksana (avest. Raoxšna, fars. رخشانه‎, q.yun. Ῥωξάνη, lat. Roxana - e.ə.342-e.ə.309) — Baktriya şahzadəsi, Makedoniyalı İsgəndərin xanımı. == Rövşənək əsərlərdə == Böyük Nizami yazır: Nizami Gəncəvinin «İskəndərnamə» poemasına Buxarada 1571-72-ci illərdə çəkilən miniatür bu baxımdan maraqlıdır. Şərti olaraq İskəndər və Rövşənək adlanan miniatürdə İskəndərin şah taxtında əyləşərək ətrafında məclis təşkil etməsi təsvir olunub. Burada müxtəlif musiqi alətləri ifaçıları ilə yanaşı qanun çalan qız da əks olunub. Başında çalma tipli baş örtüyü, uzun mili libas geymiş ifaçı qız bardaş qurub əyləşib, qanunu dizləri üzərində saxlayıb hər iki əlinin barmaqları ilə simlərə toxunarkən təsvir edilmişdir. Müasir qanunla müqayisədə bu alət həcmcə kiçikdir.
Toksin
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır.Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.
Vonsan
Vonsan (kor. 원산시) — Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası. 2013-cü il hesablamalarına əsasən, şəhər əhalisinin sayı 329,207 nəfər olmuşdur.
Loksa
Loksa (est. Loksa) — Estoniyanın şimalında, Baltik dənizində yerləşən şəhər, Haryumaa bölgəsində şəhər. == Əhali == Loksanın 57% ruslar təşkil edir. == Web link == 360° aeropanoraam / aerofoto. 1 aprill 2012 Loksa linn Loksa linnal keelatakse end lõhki laenata, Postimees, 8.
Nisan
Nisan (ivr. ‏נִיסָן‎‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nokia
Nokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon bazarındakı payı 39% təşkil edir. Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.
Nonan
Nonan (C9H20) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Abraham Foksal
Abraham Foksal (ing. Abraham Foxall; 1874 – 1950) — hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. == Karyerası == 1899-cu ildə "Liverpul" komandasında "Derbi Kaunti" klubuna qarşı 1 oyunda meydana çıxmışdır, oyun "Liverpul"un 2-0 hesablı məğlubiyyəti ilə bitmişdir.
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur. == Alınması == Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra “molekulyar ələk”lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər. == Tətbiqi == Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1-2 Mn/m2 və ya 10-20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir. == Izomerləri == Oktanın 18 struktur izomeri var: oktan (n-oktan) 2-metilheptan 3-metilheptan (+ optik izomerləşmə) 4- metilheptan 3-etilheksan 2,2-dimetilheksan 2,3-dimetilheksan (+ optiki izomerləşmə) 2,4-dimetilheksan (+optiki izomerləşmə) 2,5-dimetilheksan 3,3- dimetilheksan 3,4- dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz)) 2-metil-3-etilpentan 3- metil-3-etilpentan 2,2,3-trimetilpentan (+optiki izomerləşmə) 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur) 2,3,3-trimetilpentan 2,3,4- trimetilpentan 2,2,3,3-tetrametilbutan == İstinad == http://www.cdc.gov/niosh/npg/npgd0470.html == Mənbə == Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. - 2-е изд., перераб. и доп.- М.: Асс.
Baksan (şəhər)
Baksan (kab.-çərk. Бахъсэн) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Baksan şəhər dairəsinin və Baksan rayonunun inzibati mərkəzidir. == Coğrafiya == Baksan şəhəri respublikanın şimal hissəsində, Baksan çayının hər iki sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 18 km şimaldadır. Şəhərin ərazisi - 27.79 km². Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Dugulubqey, cənub-qərbdə İslamey, şimalda Psiçox, şərqdə Baksanyonok və cənub-şərqdə Kişpek. Şəhərin iqlim rütubətli mülayimdir. İsti yaya və sərin qışa sahibdir. Orta illik havanın temperaturu təqribən + 9.5 ° C-dir.
Baksan rayonu
Baksan rayonu (kab.-çərk. Бахъсэн район / Бахъсэн куей, qaraç.-balk. Бахсан район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Baksan şəhəridir (rayonun ərazisinə daxil deyil). == Coğrafiyası == Baksan rayonu Kabarda-Balkariya Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Stavropol diyarı, şərqdə Proxladnenski, cənub-şərqdə Urvan rayonu, cənubda Çeqem rayonu, cənub-qərbdə Elbrus rayonu, qərbdə Zolski rayonu. Rayonun mərkəzi hissəsinə onun inzibati vahidliyinə daxil olmayan Baskan şəhər dairəsi yerləşir. Baksan şəhər dairəsinin inzibati ərazi quruluşunun təşkili ilə əlaqədar olaraq, Baksanyonok və Kişpək kənd yaşayış məntəqələri Baksan rayonunun ərazisinin qalan hissəsindən ayrılmışdır. Zonallıq üzrə rayonlaşdırmaya görə, rayon ərazisi cənubdan şimal-şərqə qədər 3 zonaya bölünür: dağ, dağətəyi və ovalıq. Baksan rayonunun ümumi sahəsi 829.58 km²-dir.
Baksan çayı
Baksan (Azau ; qaraç.-balk. Басхан, kab.-çərk. Бахъсэн,) — Kabarda-Balkariya Respublikasında, Şimali Qafqazda axan çay. Baksan çayı Malka çayının sağ qoludur. Bir başqa mənbələrdə çayın yuxarı axınlarına bəzən Azau adı altında rast gəlinir. Çayın orta illik su sərfi 33.6 m³/s-dir. Çayın suyundan kənd təsərrüfatında suvarma üçün istifadə olunur. Baksan çayı üzərində Baksan Su Elektrik Stansiyası fəaliyyət göstərir. == Təsviri == Çayın uzunluğu 169 km, su hövzəsini sahəsi 6800 km²-dir. Baksan,Elbrus bölgəsindəki Böyük Azau və Kiçik Azau buzlaqlarından qaynaqlanır.
Doxsan altı
Doxsan altı — say sistemində ədədlərdən biridir. Doxsan beşdən sonra, doxsan yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Doxsan beş
Doxsan beş — say sistemində ədədlərdən biridir. Doxsan dörddən sonra, doxsan altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Dovşan
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Hövsan
Hövsan – Bakı şəhərinin Suraxanı rayonunda şəhər tipli qəsəbə. Xəzər dənizi sahilindədir. Yerli əhalinin məlumatına görə, keçmışdə kəndin ərazisində iki hovuz olduğuna görə Hovuzan adlandırılmışdır. Mənbələrə görə, oykonim hovuz sözü və məkan bildirən -an şəkilçisindən ibarət olub, "hovuzlar" və ya "hovuz yeri" mənasındadır. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı ərəb dilindəki hisn (qala, istehkam) sözündəndir. Əslində, kənd dəniz sahilində, hövzədə yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Hövsan qəsəbəsi Abşeron yarımadasının cənubunda, dəniz sahilində yerləşir. Hövsan kəndi Bakı şəhərinin qədim yaşayış məskənlərindən biridir və 1793-cü ildə yaradılıb. 2 avqust 1966-cı ildə o qəsəbə statusu alaraq, Bakı şəhərinin inzibati ərazisinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Qışı çox da sərt olmayan mülayim təbiətə malikdir.
Lövşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Norşen
Norşen — Şirak mərzində kənd.
Yovşan
Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda yaşayır. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.