Baksan (şəhər)

Baksan (kab.-çərk. Бахъсэн) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Baksan şəhər dairəsininBaksan rayonunun inzibati mərkəzidir.

Baksan
Бахъсэн
Gerb
Gerb
43°41′ şm. e. 43°32′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 20 km²
Mərkəzin hündürlüyü 450 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 40.010 nəf. (2024)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86634
Poçt indeksi 361530–361535, 361538
Xəritəni göstər/gizlə
Baksan xəritədə
Baksan
Baksan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baksan şəhəri respublikanın şimal hissəsində, Baksan çayının hər iki sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 18 km şimaldadır.

Şəhərin ərazisi - 27.79 km².

Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Dugulubqey, cənub-qərbdə İslamey, şimalda Psiçox, şərqdə Baksanyonok və cənub-şərqdə Kişpek.

Şəhərin iqlim rütubətli mülayimdir. İsti yaya və sərin qışa sahibdir. Orta illik havanın temperaturu təqribən + 9.5 ° C-dir. İyulda ortalama + 21.5 ° C, yanvarda isə ortalama -3.0 ° C olur. Havanın orta sutkalıq temperaturu qışda −10,0 ° C-dən + 15.0 ° C-ə, yayda + 16.0 ° C-dən + 30.0 ° C-ə qədərdir. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Yazda dağlardan gələn soyuğun nəticəsində güclü küləklər əsir. Küləyin istiqaməti cənub-qərbdədir.

1822-ci ildə Kuçmazukino kəndinin qarşısında, Qafqaz hərbi xəttinin bir hissəsi olan bir rus hərbi qəsəbəsi qurulur.

1825-ci ildə Kabardiyanın Rusiya imperiyasına ilhaq edilməsindən sonra, asıllığı qəbul etməyən Kuçmazukino aulunun əhalisi, adıgeylərlə birlikdə mübarizəni davam etdirmək üçün Kubana köçürlər. Qafqaz Müharibəsi başa çatdıqdan sonra, 1867-ci ildə Kuçmazukino kəndinin sakinləri Kabardiyaya geri qayıdır və hərbi istehkamın şərqində, əvvəlki yerlərində yurd qururlar.

1891-ci ildə Rusiya İmperiyasından tərəfindən hərbi istehkamın qərbində Baksan məntəqəsi qurulur.

1920-ci ildə Kabardində Sovet hakimiyyətinin qurulmasından sonra Nalçik mahalının İnqilab Komitəsinin qərarı ilə Kuçmazukino, Kabardiyanın digər knyaz və zadəgan adları ilə bağlı olan yaşayış məntəqələrinin adı dəyişdirilir. Kuçmazukinonun adı Staro Krepost olaraq adlandırılır.

İkinci Dünya müharibəsi illərində kənd və məntəqə 1942-ci ilin oktyabrında Alman qoşunları tərəfindən işğal edilir. 1943-cü il yanvarın əvvəlində isə ərazi almanlardan geri alınır. Şəhərdə ölən əsgərlərin xatirəsinə bir neçə abidə qoyulmuşdur.

1960-cı ildə Staraya Krepost (1959-cu ildə təxminən 8000 əhali) və Baksani (1959-cu ildə 3583 nəfər) birləşdirilir. 1964-cü ildə kəndə şəhər tipli qəsəbə statusu verilir.

1967-ci ildə şəhər tipli bir qəsəbəyə şəhər statusu alır.

2003-cü ildə Duqulubqey kəndi şəhərə daxil edildi. Sonradan 8 avqust 2003-cü ildə Baksan respublika tabeliyindəki bir şəhər statusu aldı və Baksan şəhər dairəsinə çevrildi.

2008-ci ildə Duqulubqeyə kənd statusu qaytarıldı və Baksan şəhərindən ayrıldı. Lakin qəsəbə şəhər dairəsinin bir hissəsi olaraq qaldı.

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 401-ci yerdədir. Əhalisinin sıxlığı — 1380.39 nəf./km².

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[2]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
Kabardinlər 33 303 90,4 %
ruslar 2 770 7,5 %
digərləri 787 2,1 %
ümumi 36 860 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[3]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 4 383 3 923 8 306 22,5 %
15 — 59 yaş 11 584 12 740 24 324 66,0 %
60 yaşdan yuxarı 1 629 2 601 4 230 11,5 %
ümumi 17 596 19 624 36 860 100,0 %

Kişilər — 17 596 nəf. (47,7 %). Qadınlar — 19 264 nəf. (52,3 %)[4].

Əhalinin orta yaşı — 33,2 yaş. Kişilərin orta yaşı — 31,4 yaş. Qadınların orta yaşı — 34,8 yaş.

  1. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  2. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  3. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  4. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-12.