Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eucalyptus numerosa
Eucalyptus amygdalina (lat. Eucalyptus amygdalina) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Numerologiya
Numerologiya (lat. numerus – rəqəm) — bir insanın xarakterini şərh etmək və ya gələcəyini təyin etmək üçün rəqəmlərdən istifadəyə əsaslanan psevdoelm. Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiya – astrologiyadan, tibb – xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır. Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir.
Eucalyptus amygdalina var. numerosa
Eucalyptus amygdalina (lat. Eucalyptus amygdalina) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Numéro
Numéro — aylıq beynəlxalq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1998-ci ildə Fransada təsis edilmişdi. Groupe Alain Ayache nəşriyyat evində buraxılır. Numéro Homme kişilər üçün moda jurnalıdır. Numéro ailəsinə daxildir. Numéro 1998-ci ildə Elisabeth Djian tərəfindən təsis edilib. O indi jurnalın şef-redaktor vəzifəsində işləyir. Onun özünün dediyinə görə, "Mən əsl ağıllı qadınlar üçün moda junalı yaratmağı arzulayırdım. Ağıllı qadın, hansı ki, üz qırışlarını aparan kremlərdən yox, musiqi, dizayn və mədəniyyət haqda oxuyur." 2010-cu ilin sentyabr ayında Numéro Çin jurnalı çap edilmişdi, bu isə bu ölkədə olan böyük tələbatla izah etmək olar.
Nemuro
Nemuro (yap. 根室市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Nemuro sabprefekturanın eyni adlı paytaxt.
Puçero
Puçero — əvvəlcə İspaniya, daha dəqiq Əndəlus, sonralar Argentina, Kolumbiya, Uruqvay, Filippin və Kanar adaları mətbəxlərinə aid şorbaya yaxın olan isti yemək. Puçeroya ən oxşar yemək kosido hesab olunur. Əvvəllər Əndəlusda puçero kəndli yeməyi hesab olunurdu. Onun tərkibinə noxud, düyü və ya makaron, konservləşdirilmiş ət, kartof, müxtəlif tərəvəzlər: kələm, kabaçok, çuğundur daxildir. Puçero bir neçə günə hazırlanır. Birinci gün onu düyü ilə, sonrakı günlər ənənəvi olaraq makaronla yeyilir. Puçerodan artıq qalan sous digər yeməklərin hazırlanmasında istifadə olunur. Artıq ət tikələri isə prinqa adlanan yeməklə birlikdə verilir. Пучеро. Мексиканская кухня.
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Nuoro
Nuoro — Sardiniyada şəhər.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Amaya Romero
Amaya Romero Arbisu (isp. Amaia Romero Arbizu; d. 3 yanvar 1999, Pamplona, Navarra, İspaniya) — İspaniya müğənnisi və Operación Triunfo yarışmasının qalibi. O, Alfred Qarsiya ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Amaya Romero 3 yanvar 1999-cu ildə İspaniyanın Navarra muxtar ərazisində yerləşən Pamplona şəhərində anadan olmuşdur. O, universitetdə fortepiano ixtisası üzrə təhsilinin sonuncu ilindədir. == Musiqi karyerası == 2010-cu ildə Amaya Romero İspaniyanın Telecinco telekanalında yayımlanan Cántame una canción adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2012-ci ildə isə o, Antena 3 telekanalının təşkil etdiyi El Número Uno məharət yarışmasında iştirak etmişdir. Romero yarışmanın altıncı həftəsində iştirakını dayandırmışdır. 2017-ci ildə Amaya İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır.
Bernat Lomero
Corc Romero
Corc Endryu Romero (ing. George Andrew Romero; 4 fevral 1940 – 16 iyul 2017) — ABŞ rejissorudur. Çəkdiyi ən uğurlu film Yaşayan ölülərin gecəsi" filmidir. Atası əslən ispan olan Kubalı və anası isə Litva əsillidir. Romero ilk klassik nəzərə çarpan və çoxlu sayda qorxulu filmlər çəkdiyinə görə "Xaç atası" ləqəbi qazanmışdır.
Nemuro yarımadası
Nemuro yarımadası Hokkaydo adasının şimal-şərqində yerləşir. Sonucunda Yaponiyanın ucqar şərq nöqtəsi olan Nosappu burnu qərarlaşır. Qərbdən Nemuro-Van körfəzi ilə yuyulur. Yarımada Siretoko yarımadasından fərqli olaraq alçaq platodur. Siqnalnıy, Rifovıy və Storojovoy adalarından Sovet boğazı ilə ayrılır. Yarımadanın mərkəzində 30 000 əhalisi olan Nemuro şəhəri yerləşir. Yarımada yaxınlığında yerləşən adalarda quşlar yuva qurur. İyunda Nemuro yarımadasında Yaponiyada ən tez gün çıxır (3:30). Yarımadada Harayçı qu quşu, Ağquyruq dəniz qartalı, Qara ağacdələn, Əkin qazı və Yapon durnasına rast gəlmək olar. Burada tülkü, maral və dələ kmi məməlilər yaşayır.
Numfor adası
Numfor adası (ind. Pulau Biak) — Biak adalarına daxil olan ada. İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxildir. Ada Yeni Qvineyada yerləşən Çendravasix yarımadasından 50 km şərqdə, Biak adasından qərbdə, Çendravasix körfəzinin daxilində yerləşir. Adanın sahəsi 335,1 km²; sahil xətdinin uzunluğu 95,5 kmr.-dir. Uzunluğu 26 km, eni 19 km-dir. Maksimal hündürlüyü 204 metrdir. Cənub-şərq hissəsi istisna olmaqla ətrafı riflə əhatələnmişdir. Adanın daxili rayonları meşə ilə örtülüdür 2010-cu il məlumatına görə adada 9336 nəfər yaşayır.
Qaston Dumerq
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
Rucero Leonkavallo
Rucero Leonkavallo (it. Ruggero Leoncavallo; 23 aprel 1857[…], Neapol – 9 avqust 1919[…]) — italyan bəstəkarı, 20 dən artıq opera əsərinin müəllifi. Tərəfindən bəstələnmiş iki pərdəli, proloqlu Palyaçolar (it. Pagliacci) oprası ona dünya şöhrəti qazandırmışdır. Atası — Vinçenso Leonkavallo hakim olmuş, anası Virciniya D`Aurio rəssam ailəsindən çıxmışdır. Bəstəkar öz təhsilini Neapol konservatoriyasında almışdır. Pagliacci (Milan, 21 may 1892) I Medici (Milan, 10 noyabr 1893) Chatterton (Roma, 10 mart 1896) La bohème (Venesiya, 6 may 1897) Zazà (Milan, 10 noyabr 1900) Der Roland von Berlin (Berlin, 13 dekabr 1904) Maià (Roma, 15 yanvar 1910) Zingari (London, 16 sentyabr 1912) Mameli (Genuya, 27 aprel 1916) Edipo re (Çikaqo, 13 dekabr 1920) La jeunesse de Figaro Malbrouck La reginetta delle rose Are you There? La candidata Prestami tua moglie A chi la giarrettiera?
Sezar Romero
Sesar Xulio Romero (ing. Cesar Julio Romero; 15 fevral 1907, Nyu-York, Nyu-York ştatı, ABŞ - 1 yanvar 1994, Santa Monika, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Silbo Qomero
Silbo Gomero — İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan sadəcə fitdən ibarət ünsiyyət vasitəsi. Yerlilər tərəfindən El Silbo olaraq adlandırılan fit dili məişətdə hələ də aktiv şəkildə istifadə olunur. İki sait və 4 samitdən ibarət fit dili dərin vadilər və sıldırımlı qayalara malik adada mükəmməl ünsiyyət vasitəsidir. 3.2 km məsafəni qət etməyə qadir olan fit bu cəhətdən adi nitq imkanlarını üstələyir. Dilin yaranması barədə dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, 15-ci əsrdə, avropalıların La Qomerada məskunlaşmağa başladığı dövrdə adanın Şimali Afrika mənşəli sakinləri fit dilindən istifadə ediblər. Yerlilərin dilini əks etdirən fit sonradan mənimsənilərək İspan dilinə uyğunlaşdırılıb. La Qomera sakinləri fit dilinin 1940 və 1950-ci illərdə geniş işlədildiyini xatırlayırlar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə iqtisadi çətinliklər üzündən yerlilər adanı tərk etməyə başlayıblar. Eyni zamanda rabitə ilə yol şəbəkəsinin inkişafı ilə fit dilinə olan ehtiyac da get-gedə azalmaqda idi.
Typhlodromina musero
Typhlodromina musero (lat. Typhlodromina musero) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromina cinsinə aid heyvan növü.
Nero
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Eduin Quero
Eduin Estiver Quero Albarrakin (22 aprel 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda müdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Quero Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Kiş (Şumer)
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi.
Nuevo-Leon
Nuevo-Leon Meksikanın şimal-şərqində yerləşən ştat. Ştatın ərazisi 64.210 kvadrat km, əhalisi isə 2005-ci ilin statistikasına əsasən 4.199.292 nəfərdir.
Nuevo sol
Yeni (Nuevo) sol (isp. Nuevo sol) — Perunun valyutası. Yeni Peru solu, (İspanca: nuevo sol peruano) Perunun milli pul vahdidir. S/. işarəsi ilə göstərilir. Yeni Peru solunun beynəlxalq kodu "PEN"dir. 1 yeni sol 100 sentimoya bərabərdir. Yeni solun çoxluğuna yeni soles, sentimonun çoxluğuna isə sentimos deyilir. Perunun milli pul vahidinə "Sol" yəni, ispanca "Günəş" adının verilməsi təsadüfi deyil, beləki bu perunun yerli xalqları üçün Günəşin müqəddəsliyi ilə bağlıdır. Peru valyutasının tarixi 1985-ci ildən başlanır.
Omero Tonyon
Homero Tognon (it. Omero Tognon) 3 mart 1924, Padova, Veneto – 23 avqust 1990, Pordenone, Friuli-Venesiya-Culiya) — İtalyalı keçmiş futbolçu. Futbolçu karyerasın bitirdikdən sonra futbol məşqçisi olub. Oyunçu kimi əsasən "Milan" klubunda, eləcə də İtaliya millisində oynaması ilə tanınır. İkiqat İtaliya çempionudur . Peşəkar futbolda debütünü 1945-ci ildə "Milan" klubunda edib. Ümumilikdə futbolçu karyerasının 11 mövsümünü "rossonerilər"in heyətində oynayıb. Uzun müddət komandanın əsas oyunçusu olub. Bu müddət ərzində o, iki dəfə İtaliya çempionu adını qazanıb. O, peşəkar futbolçu karyerasını 1956–1958-ci illərdə oynadığı "Pordenone" klubunda başa vurub.
Pol Dumer
Pol Dumer (fr. Paul Doumer; 22 mart 1857[…] – 7 may 1932[…], Paris) — 1931-1932-ci illərdə Fransa Respublikasının 14-cü prezidenti. 1932-ci mayın 6-da məruz qaldığı sui-qəsd nəticəsində vəfat etmişdir.
Qaston Dumer
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
İlmi Ümerov
İlmi Ümerov (krımtat. İlmi Rustem oğlu Ümerov; 3 avqust 1957, Fərqanə vilayəti) — Ukraynalı dövlət xadimi, 2015-ci ildən bəri Krım Tatar Milli Məclisi sədrinin müavini, 2002–2005-ci illərdə Krım Ali Şurası sədrinin müavini, 2005–2014-cü illərdə Baxçasaray rayonu dövlət idarəsinin başçısı. 1980-ci ildə Əndican Dövlət Tibb İnstitutunun tibb fakültəsini bitirmişdir. 1980–1981-ci illərdə Fərqanə şəhər doğum evinin həkimi olur. 1981–1984 — Fərqanə vilayəti, Marqilan şəhər xəstəxanasının mama-ginekoloqu olur. 1984-cü ildə Marqilan İpək Fabrikinin tibbi hissəsinin anestezioloq-reanimatoloqu olur. 1986–1988-ci illərdə Krasnodar vilayəti Krımsk şəhəri Krım Rayon Xəstəxanasının anestezioloq-reanimatoloqu işləyir. 1990–1992-ci illər arasında Krım, Baxçasaray rayonu Dostluq Kooperativinin Satınalma Mühəndisi olur. 1992–1994-cü illərdə isə Elmaz MMC-nin direktoru olur. 1993-cü ilin payızında Milli Firqə Krım Tatar partiyasının yenidən qurulmasını müdafiə edir.
Faruq Sümer
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.