NAMƏRBUT
NAMƏRDANƏ
OBASTAN VİKİ
Namərdqala
Namərd qala – digər adları: Mamır Qalası, Çarek Qalası Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndi yaxınlığında yerləşən orta əsrlərə aid müdafiə tikilisi. Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Hazırda Namərdqalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII əsr – Eldənizlər dövrünün əsəri sayırlar. Vardan Araveltsinin verdiyi məlumatlara görə, Çarek Qalası 1204-cü ildə İvane Zakaryanın hakimiyətinə keçmişdir. Kirakos Gəncəlinin qeydlərinə görə 1220-ci ildə, monqol-tatar yürüşlərindən qaçan alban katolikosu İohan (1195–1235) Çarek qalasına sığınmış və kilsə mərkəzini buraya daşımışdır. 1224-cü ildə isə Ğatağa Noyin artıq bölgədə monqol-tatar hakimiyətini bərqərar edir. Qalanın yerləşdiyi ərazi Söyüdlü kəndindən təxminən 7–10 km məsafədəki sıx meşəli-dağlı bölgədir. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır.

Digər lüğətlərdə