Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurtay Abıkayev
Nurtay Əbikay oğlu Əbikayev (qaz. Нұртай Әбіқайұлы Әбіқаев; 15 may 1947) — Qazaxıstanın dövlət xadimi, diplomat, general-mayor, iqtisad elmləri doktoru. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin çoxdankı dostu və köməkçisi və Qazaxıstan elitasını təşkil edən siyasi "klanlardan" birinin lideri kimi qəbul edilir . == Bioqrafiyası == 15 may 1947-ci ildə Alma-Ata bölgəsi, Jambıl rayonunun Jambıl kəndində anadan olmuşdur. S. M. Kirov adına Ural Politexnik İnstitutunu (Sverdlovsk), Alma-Ata Ali Partiya Məktəbini, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1972-1976-cı illərdə Almatı Ağır Maşınqayırma Zavodunda mühəndis vəzifəsində çalışıb 1976-1988 — partiya və sovet işində 1988 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədrinin köməkçisi 1989-1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin köməkçisi 1990-1995 — Qazaxıstan Respublikası Prezidentinin və Baş nazirinin Baş Katibi, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının üzvü 1995 — Qazaxıstan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, eyni zamanda Danimarka, Norveç və İsveçdəki fövqəladə və səlahiyyətli səfiri 1996-cı ilin sentyabrında Qazaxıstan Respublikası Prezidentinin ilk köməkçisi vəzifəsində çalışır. 1998-1999 — Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsidir. 2000-2002 — Qazaxıstan Xarici İşlər Nazirinin 1-ci müavini. 2002-ci ilin yanvarından — Qazaxıstan Respublikası Prezident Administrasiyasının rəhbəri 2004-cü ilin martında ikinci çağırış Qazaxıstan Respublikası Parlamenti Senatının sədri oldu. 12 fevral 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi.
Burğac
Burğac — çilingər aləti olub, yivli bərkidici hissələrin bağlanması və açılması üçün yerinə yetirilən burma hərəkətini icra etmək üçün tətbiq edilir. İlk dəfə burğacın tətbiqinə 17-ci əsrdə rast gəlinir. Metal burğacların 19-cu əsrdə metaləksən dəzgahların ixtirası ilə əlaqədar olaraq əhəmiyyəti artmağa başlamışdır. Ona görə ki, metalların emalı ona qədər çətin olduğundan vintlərin istehsalı da məhdud idi. Vintlər əllə bülövlənirdilər. Burğac dəstəkdən və tildən ibarətdir. Dəstək adətən ağac və ya rezindən, til olan hissə isə metaldan hazırlanır. Dəstəyin diametri 10-40 mm civarında yerləşir. Bu ölçü yivli hissəyə tətbiq olunan fırladıcı momentin qiymətindən asılı olaraq seçilir. Kiçik hissələrin bərkidilməsində dəstəyi kiçik olan burğaclardan istifadə edilir ki, tətbiq olunan qüvvə hissəni zədələməsin.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Nurlan
Nurlan — ad. Nurlan Novruzov — Azərbaycan futbolçusu. Nurlan İbrahimov — Azərbaycanlı yüngül atlet. Nurlan Növrəsli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016) Nurlan Abdullazadə — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Əsgərov — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.DigərNurlan nəşriyyatı — Azərbaycanda nəşriyyat evi.
Nurlat
Nurlat (tatar. Нурлат; rus. Нурлат) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Pirtac
Pirtac — İranın Kürdüstan ostanının Bicar şəhristanının Çəng Almaz bəxşində şəhər və bu bəxşin mərkəzi. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 1,199 nəfər yaşayır (359 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Şurtan
Aşağı Şurtan
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Nuran
Nuran (Ağsu)
Turac
Turac (lat. Francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Aşağı Şurtan
Aşağı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Tərtər çayının sahilində, Dəlidağın ətəyindədir. == Əhalisi == 1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Nurlan Abdalov
Nurlan Abdalov (azərb. Abdalov Nurlan Faiq oğlu;‎12 iyun 2000, Sumqayıt – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 - ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir. == Hərbi xidməti == 2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 - ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkur məktubu göndərilmişdir. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılmış və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir. Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş,2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nurlan Abdullayev
Nurlan Abdullayev (hərbçi) — Nurlan Abdullayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nurlan Əbilov
Nurlan Fərrux oğlu Əbilov (2 avqust 1994; Ağakişibəyli, Masallı rayonu, Azərbaycan — 19 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nurlan Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olmuşdur. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirmişdir. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olmuşdur. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməmiş, diplomu müharibə zamanı ailəsinə çatdırılmışdır. Ailəli idi, 5 yaşlı və 3 yaşlı iki oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanmışdır və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həlak olmuşdur.
Nurlan Əfəndiyev
Nurlan Mürvət oğlu Əfəndiyev (8 oktyabr 1995, Xalxalqışlaq, Oğuz rayonu – 6 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə getmişdir. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsi idi. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyümüşdür. Bütün təsərrüfat işlərində ailəyə kömək edərdi. Bərbər ixtisasına yiyələnmişdir. Ən böyük arzusu yanğınsöndürmə işində işləmək idi. İdmanın qaçış növü ilə məşğul olmuş, rayon yarışlarında iştirak etmişdir.
Nurlan Əhmədli
Nurlan Rəhim oğlu Əhmədli (12 oktyabr 1996, Xaçmaz, Oğuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-ci ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2014-ci ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə Bakalavr təhsili almışdır. == Hərbi xidməti == Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda da xidmətini uğurla başa vurmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində savaşıb. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nurlan Əsgərli
Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995; Viləş, Masallı rayonu, Azərbaycan — 4 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi. == Həyatı və hərbi xidməti == Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu.
Nurlan Əsgərov
Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995; Viləş, Masallı rayonu, Azərbaycan — 4 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi. == Həyatı və hərbi xidməti == Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu.
Nurlat rayonu
Nurlat rayonu (tatar. Nurlat rayonı, Нурлат районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənubunda yerləşir. kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Nurlat kəndidir. == Coğrafiyası == Rayon respublikanın cənubunda yerləşir. Respublikanın Əlki, Alekseyevsk, Aksubay, Çirmeşən rayonları, Samara vilayəti (Koşkinski və Çelno-Verşinski rayonları) və Ulyanovsk vilayəti (Novomaluklinski rayonu) ilə həmsərhəddir. Ən böyük çayları: Bolşaya Çirmeşən, Kondurca, Bolşaya Sulça. Rayon ərazisindən keçir Moskva - Ulyanovsk - Ufa dəmir yolu keçir. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Çistopol qəzasına və Samara vilayəytinin Melekess qəzasına daxil idi.
Nurtən Rəmzi
Nurtən Rəmzi (türk. Nurten Remzi)— Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi == Həyatı == Nurtən Rəmzi Hamit 8 iyun 1964-cü ildə Bolqarıstanın Şumnu (Şumen) şəhərində anadan olmuşdur. Atatası Rəmzi Mehmet Şaban bəy Osmanlı kökənli, anası Əzizə xanım tatar türklərindəndir. O, bəzi qaynaqlarda həyat yoldaşının soyadı ilə Hamit kimi tanınmaqdadır. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almış, liseyi Köstəndildə bitirmişdir. Daha sonra Rusçuk (Ruse) Məktəbəqədər Təhsil İnstitutunda oxumuşdur (1983–1985). 1989-cu ilin yayında Bolqarıstanda türklərin sıxışdırılması səbəbindən məcburi köçə məruz qalmış və İsveçə sığınmışdır. Bolqarıstanda totalitar rejimin çökməsindən sonra, 1990-cı ildə geriyə dönmüş və eyni məktəbdə vəzifəsini davam etdirmişdir. "Haqq və Özgürlük Hərəkatı"nın dəstəkçilərindən olmuşdur. Yeni yaradılan Şumnu Universitetinin Türkologiya bölməsinə yazılmış və qiyabi şəkildə təhsil almışdır.
Orta Şurtan
Orta Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Orta Şurtan kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Aşağı Şurtan və Yuxarı Şurtan kəndləri arasında yerləşir və Aşağı Şurtan kəndindən çixmiş ailələr tərəfindən salınmişdir.
Nurlan Abdullazadə
Nurlan Rasim oğlu Abdullazadə (d. 14 fevral 1994; Zərdab, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. == Hərbi xidməti == Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullazadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Gültac Əlili
Gültac Əlili — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası.[mənbə göstərin] == Həyatı == Əlili Gültac Müzəffər qızı 1 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakultəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist solist vəzifəsində çalışır. İşlədiyi müddətdə O. Rəcəbov, A. Babayev"Seytanın yubileyi" Xəyalə, R. Mirişli, M. Haqverdiyev"Qısqanc ürəklər" Leyla, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu" Qonşu qız, İ. Kalman " İdialı qaraçı" Zari, R. Mirişli, M. Haqverdiyev "Amerikalı kürəkən" Reyhan, O. Rəcəbov, A. Babayev "Əlin cibində olsun" Əsmər, S. Ələsgərov, İ. Məlikzadə "Kələkbazlar" Çiçək, F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana"Gülnaz, R. Hacıyev"Talelər qovuşanda" Nərgiz, Ə. Haqverdiyev "Kimdir müqəssir" Bahar, Nikolay Qoqolun "Evlənmə" Aqafa Tixonovna, Ü. Hacıbəyov "O olmasın bu olsun"Gülnaz R. Heydər O. Kazımi"Qızıl Toy" Aygün, Ə. Səmədli"Toya bir gün qalmış" Kiçik qız.