NURANİYYƏ
NURAYƏ
OBASTAN VİKİ
Nuray Hafiftaş
Nuray Hafiftaş — (2 noyabr 1962, Çıldır, Qars ili – 14 fevral 2018, İstanbul), Azərbaycan əsilli Türkiyə xalq musiqisi sənətkarı və bəstəkarıdır. == Həyat və fəaliyyəti == Nuray Hafiftaş 2 noyabr 1962-cü ildə Çıldırda doğulub. İTU Dövlət Konservatoriyasını bitirdikdən sonra İstanbul Bələdiyyə Konservatoriyasının İcra Heyətində 4 il dövlət sənətçisi olaraq işləyib. Eyni illərdə İstanbul Radiosunda da işləyib. İndiyə qədər bir çox albom çıxaran sənətçinin 100-dən çox söz və bəstəsi özünə aid olan əsərləri var. Bunlardan "Ayrılık Nikahı", "Yalan Dünya" və "İsyan Ediyorum"u müğənni Kibariye, "Hasret" ve "Gurbet"i isə İzzet Yıldızhan oxuyub. Sənətçinin son albomuna isə özünə aid "Be Hey Gafil" və "Yavrular" adlı iki bəstəsi də daxildir. "Star Production"ın təsiri ilə bazara çıxan "Yazı Bir Dert Kışı Bir Dert" adlı son albomunun prodüserliyini Yusuf Savaş öz üzərinə götürüb. 12 əsərdən ibarət olan bu albom təxmini dörd il sonra çıxıb. Bir müddətdir xərçəngdən müalicə olunan sənətkar 14 fevral 2018-ci ildə dünyasını dəyişib.
Nuray Məhərov
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. == Həyat və yaradıcılığı == Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir.2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür.2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur. Eyni zamanda sözləri Fikrət Qocaya, musiqisi isə Polad Bülbüloğluna məxsus olan “Mən Mahnı Qoşuram” kinofilmindən olan “Sevimli Diyar” adlı mahnıya çəkilən yeni klipin həmin ilin iyun ayında təqdimatı baş tutmuşdur. 2016-cı ilin may ayında S.Haqverdiyevanın “Ər Quyusu” kinofilmində rol almışdır.
Rəfiqə Nuray
Rəfiqə Nuray — Azərbaycan şairi. == Həyatı == 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971-1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Rəvan Nurayev
Rəvan İsmayıl oğlu Nurayev (d. 3 mart 1997; Zaqatala, Azərbaycan — ö. 3 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rəvan Nurayev 1997-ci ilin 3 mart günündə Zaqatala rayonunun Muxax kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Rəvan Nurayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Rəvan Nurayev Zaqatala rayonunun Muxaxkəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nurayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rəvan Nurayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
вовлека́ться вспаха́ть выторго́вываться зо́льный креп-жакка́рдовый нарека́ние оголте́ло штуке́нция вот тебе, бабушка, Ю́рьев день! вы́лущить нуди́стский повели́тельный поддать па́ру покривля́ться прожа́ривать симпати́ческие чернила кроме штраб air-letter columnar credenza загореться задёргаться малолитражка поснимать