Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Milyonu necə oğurlamalı (film, 1966)
"Milyonu necə oğurlamalı" (ing. How to Steal a Million) — rejissor Vilyam Uaylerin filmi. Hadisələr 1960-cı illərdə Fransanın Paris şəhərində baş verir. Şarl Bonne istedadlı rəssam-həvəskardır. O, dünya şöhrətli impressionistlərin oxşarını (saxtasını) düzəldərək onları orijinal kimi baha qiymətə nüfuzlu hərraclarda satır. Bundan başqa, Bonnenin evində çılpaq Veneranın heykəlciyi də var. Bu əsər italyan heykəltəraşı Çellininin adından təqdim olunaraq nüfuzlu bir sərgidə nümayiş olunmağa dəvət alıb. Bunun təhlükəli olduğunu və yalanın üstünün açılacağını deyən qızının xəbərdarlıqlarına baxmayan Bonne heykəlciyin sərgiyə getməsinə razılıq verir. İncəsənətin dəlisi olan Amerika oliqarxı Devis Lilend sərgi salonunda Veneranı görür. Devis Veneraya yiyələnmək haqqında düşünür.
Oqurlar
Oqurlar və ya Oqur boyu — qədim türk boylarından biri. Müxtəlif corafi ərazilərə yayılmışdilər. Onlara bəzən Bulqar boyu da deyilməkdədir. Tarixi qaynaqlara görə, Tinq-linqlərin qərb qrupundan çıxdıqları bilinən Oqurlar Şərqi Avropaya doğru köç etmədən əvvəl 3 ayrı kütlə halında yaşayırdılar. Birinci kütlə Sır Dərya və Çu çayları arasında, ikinci kütlə Emba çayı hövzəsində, yəni qərbi Qazaxıstan bozqırlarında, üçüncü kütlə isə Yayık çayı civarında yaşayırdı. Böyük ehtimalla, birinci kütlə On Oqurları, ikinci kütlə Otuz Oqurları, üçüncü kütlə isə Doqquz Oqurlarını meydana gətirirdi. Oqurlar daha sonra Saroqur, Bittioqur, Ultinqur-Altziaqır, Kutriqur-kuturqur, Unqur-Hunnuqur, Utriqur kim boy birlikləri halında tarixdə görülməkdədir. Sabarlar tərəfindən 461-465-ci illərdə Ural dağlarının şərqindən qərbinə doğru sıxışdırılmışdırlar. Bu zaman onların bir qismi Cənubi və Şimali Qafqaz ərazilərində də məskunlaşmış və buranın tarixində mühüm rol oynamışdır. Qafqaz ərazisində adının kökü Oqurlardan gələn çox saylı yaşayış məskəni vardır.
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.