oqurlar

oqurlar
oqur
ol
OBASTAN VİKİ
Oqurlar
Oqurlar və ya Oqur boyu — qədim türk boylarından biri. Müxtəlif corafi ərazilərə yayılmışdilər. Onlara bəzən Bulqar boyu da deyilməkdədir. Tarixi qaynaqlara görə, Tinq-linqlərin qərb qrupundan çıxdıqları bilinən Oqurlar Şərqi Avropaya doğru köç etmədən əvvəl 3 ayrı kütlə halında yaşayırdılar. Birinci kütlə Sır Dərya və Çu çayları arasında, ikinci kütlə Emba çayı hövzəsində, yəni qərbi Qazaxıstan bozqırlarında, üçüncü kütlə isə Yayık çayı civarında yaşayırdı. Böyük ehtimalla, birinci kütlə On Oqurları, ikinci kütlə Otuz Oqurları, üçüncü kütlə isə Doqquz Oqurlarını meydana gətirirdi. Oqurlar daha sonra Saroqur, Bittioqur, Ultinqur-Altziaqır, Kutriqur-kuturqur, Unqur-Hunnuqur, Utriqur kim boy birlikləri halında tarixdə görülməkdədir. Sabarlar tərəfindən 461-465-ci illərdə Ural dağlarının şərqindən qərbinə doğru sıxışdırılmışdırlar. Bu zaman onların bir qismi Cənubi və Şimali Qafqaz ərazilərində də məskunlaşmış və buranın tarixində mühüm rol oynamışdır. Qafqaz ərazisində adının kökü Oqurlardan gələn çox saylı yaşayış məskəni vardır.