Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ordubadi
Ordubadi — çox işlədilən təxəllüs.
Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Kazım Ordubadi
Kazım Ordubadi (1919, Şiraz – 2002) — rəssam. == Həyatı == 1919-cu ildə Şirazda dünyaya gəlmişdir.Atası Məhəmmədhəsən Kompani və anası Rafiyə Ordubadi idi.Onun babalarının hər ikisi, Hacı Məhəmməd Tacir və Hacı Abbas Ordubadi,Naxçıvandan Şiraza köçmüşlər. == Xarici keçidlər == "Kazım Ordubadi". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
Möhtərəm Ordubadi
Möhtərəm Ordubadi — şair. == Həyatı == XIX əsrdə Ordubadda yaşayıb. Əncüməni şüəra ədəbi məclisinin üzvü olub. Fars dilində də yazmışdır. Azərbaycan Milli Elmər Akademiyası Əlyazmalar İnstututunda saxlanılan bəzi cünglərdə şeirlərindən nümunələr mühafizə edilmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 326.
Ziya Ordubadi
Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi. == Həyatı == Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. == İstinadlar == == Ədəbiyyat == Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.
Ziyai Ordubadi
Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi. == Həyatı == Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. == İstinadlar == == Ədəbiyyat == Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.
İbrahim Ordubadi
İbrahim Ordubadi (Ordubad – İsfahan) — XVII əsr Azərbaycan şairi. == Bioqrafiyası == İbrahim Ordubadi Azərbaycan sadatlarından (seyidlərindən) və riyaziyyatçı Məhəmmədbağır Yəzdinin kürəkəni idi. O, Hindistana Şahcahanın sarayına getdi və onun vəziri əzəminin uşaqlarının təlim və tədris məsulu oldu. Sonra İsfahana getdi və orada vəfat etdi.
Şahhüseyn Ordubadi
Şahhüseyn Ordubadi — şair == Həyatı == XV əsrdə yaşayıb. Gənc yaşlarından Xorasana gedib zəkası və biliyi sayəsində böyük şöhrət qazanmışdır. Əlişir Nəvainin (1441-1501) məclislərində iştirak etmiş, burada şeirlərini oxuyaraq,bir neçə dəfə mükafat və ənam almışdır. Qəsidələrinin çoxu müəmma formasındadır. == Ədəbiyyat == Tərbiyət M., Danişməndani-Azərbaycan,Bakı., 1987. səhifə.416-417.
Əbülqasim Ordubadi
Əbül-Qasim Ordubadi (dekabr 1857, Təbriz – 17 iyun 1915, Həmədan) — Azərbaycanlı İslam alimi, müctəhid (mərceyi-təqlid), ayətullah. == Həyatı == Ayətullah Mirzə Əbül-Qasim ibn Məhəmməd Təqi ibn Məhəmməd Qasim ibn Əbdi-Əli Ordubadi Nəcəfi əslən Ordubad məntəqəsindən idi, hicri 1274-cü il cəmadiyül-əvvəl ayında (təqribən miladi 1858-ci il) Təbrizdə anadan olmuşdu. İbtidai təhsilini aldıqdan sonra Əbül-Qasim Ordubadi İraqa gedib, Nəcəf hövzəsinə daxil olur. O, fiqh, üsuli-fiqh, hədis, rical və s. elmləri mənim¬səmək üçün öz dövrünün məşhur alimlərindən sayılan Fazil İrəvani, Fazil Ərdəkani, Şeyx Məhəmməd Hüseyn Kazimi və Molla Əli Nəhavəndidən dərs alır. Əbül-Qasim Ordubadi həmçinin, Samirə şəhərində Ayətullahül-üzma Mirzayi-Şirazinin, Kazimeyndə Ayətullah Məhəmməd Həsən Ali-Yasinin dərslərinə qatılır. Bəzi biblioqraflar onun müəlimləri sırasında Molla Hüseynqulu Həmədaninin də adını qeyd etmişlər. Hədis elmi sahəsində isə onun əsas müəllimi Şeyx Məhəmməd Taha Nəcəf olmuşdur. Əbül-Qasim Ordubadinin ictihad qabiliyyətini Fazil Şərabiyani, Şeyx Zeynül-abidin Mazandarani Hairi, Mirzayi-Şirazi kimi alimlər təsdiq etmişlər. Müdərris Təbrizinin “Reyhanətül-ədəb”, İsfahaninin “Əhsənül-vədiə” kitablarında Əbül-Qasim Ordubadi “fəzilətli alim, kamil ədib, üsul və rical elmlərini gözəl bilən fiqh mütəxəssisi, cəfəri məzhəbi fəqihlərinin seçilmişi, öz dövründə şiələrin mərceyi-təqlidi, rical elmində məharətli” və sair epitetlərlə təqdim edilir, rical şəxsiyyətləri barələ məlumat dairəsində, hafizədə, dostluq və ünsiyyət möhkəmliyində, davranış və rəftarda, səliqədə çox üstün məqama malik olduğu vurğulanır.
Ətiq Ordubadi
Ətiq Ordubadi — XVI əsrin görkəmli xəttatı Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alan,"tuğrayi‐şahi" adlanan xətt növünü ixtira edən Ətiq Ordubadi dövrünün tanınmış sənətkarlarından olmuşdur. Araşdırmamız zamanı aydın oldu ki, tuğra, padişahın adı və ləqəbi yazılan möhür mənasına gəlir. Tuğra, xəttatlıq sənaətinin bir qolu olmuş və yüz illərcə usta xəttatlar tərəfindən istifadə olunmuşdur. Türk dilində söz olaraq padşahın adını ehtiva edən xüsusi bir işarə, padşahın imzası kimi mənalar da ifadə edir. Oğuz ləhcəsində isə bu söz tuğrağ şəklindədir, hökmdarın möhürü mənasını ifadə edir. Qeyd edək ki, M. Tərbiyət özünün "Danişməndani-Azərbaycan" əsərində də bu haqda məlumat vermişdir: "Ətiq Ordubadi sonralar dəftərxanadakı vəzifəsini tərk etmiş, Məşhəd məqbərəsi ziyarətgahının işlər müdiri olmuş, uzun müddət orada yaşayaraq, Şahrux mədrəsəsi yanında özünə məqbərə tikdirmişdir". Mənbələrdən əldə etdyimiz məlumatlarda onun təmkinli, alicənab və saf savada malik insan olduğunu görürük. Şah İsmayıl dəftərxanasında xüsusi hörmətə malik olan Ətiq Ordubadi haqqında bir çox təzkirədə məlumat verilmişdir..
Qorçubaşı
Qorçubaşı yaxud Qorçibaşı – “Qorçuların rəisi” qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı “hərbi nazir” idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur.Salnamələrdə qorçibaşı adını ilk dəfə çəkən Həsən bəy Rumlu hicri 911 (1505-1506)-ci ildə yazırdı ki, bu il Şah İsmayıl “Sultan Heydərlə döyüşdə (onun düşmənlərinin) tərəfində iştirak edənlərin hamısını öldürməyi əmr etmişdir. O, bunu təhqiq etməyi qorçibaşı Əbdül bəy Dədəyə tapşırmışdır.” I Şah İsmayılın anonim tarixində bəzi təfsilatlar vardır. Buradan aydın olur ki, qorçibaşı qoşunla Şirvana yollanmış, çoxlu “türkmanı”, Tabasaran və Şirvan sakinlərini qırmışdır.Əbdül bəy Dədə Talış sakini idi. O, Şeyx Heydərin ölümündən sonra, gənc İsmayıl Gilanda olduğu dövrdə, Ərdəbil təriqətinin işlərini aparmış məhdud şəxslər dairəsinin – “əhl-i ixtisas”ın üzvü olmuşdu. Lakin sonralar qorçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar. Hicri 915 (1509-1510)ci ildə qorçibaşı kimi Yegan bəy Təkəlinin adı çəkilir23. 920 (1514-1515)-ci ildə bu vəzifədə Sarı Pirə Ustaclı olmuşdu. Səfəvilər dövləti banisinin dövründə qorçibaşı əmir əl-üməra ilə müqayisədə xeyli kiçik sima idi. I Şah Təhmasibin dövründə qorçibaşı vəzifəsində hicri 937 (1534)-ci ildə təkəli tayfasının qiyamı yatırılarkən öldürülmüş Durə bəy Təkəlinin adı çəkilir.Sonralar siyasi və hərbi dairələrdə qorçibaşının rolu artır.
Ordubad
Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. == Etimologiyası == Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur. Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır. Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir. Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür.
Hatəm bəy Ordubadi
Hatəm bəy Ordubadi (XVI əsr, Ordubad – 1610-cu illər, Urmiya) — məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri. Nəsirəddin Tusinin törəmələrindəndir. Atası Məlik Bəhram Ordubadın kəlantəri idi. Hatəm bəy Ordubadi, bir müddətdə Xoy hakimi Dolubudaq Rumlunun vəziri olmuşdur. Sonra Kirman hakimi Vəli xan Əfşar və oğlu Beyktaşın vəziri olubdur. Azərbaycan, Ərəb və fars dillərini mükəmməl bilirdi. Hətəm bəy Ordubadi Nəsrəddin Tusinin törəmələrindəndir. Hətəm bəy Ordubadinin qəbri Xorasandadır.
M.S.Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim.
Mirzə Sadiq Ordubadi
Mirzə Sadiq Ordubadi (?-?) - Şərq şairi (XVI əsr). == Həyatı == Həyatı haqqın da məlumat çox azdır. 1562-ci ildə Hindistana getmiş, biliyi və istedadı, şirin söhbəti, gözəl rəftarı, xoş xisləti və təmiz əxlaqı ilə şöhrət qazanmışdır. Fars dilində yazmışdır. Rübai janrına daha çox meyl göstərmiş, bu janrda aşiqanə və fəlsəfi məzmunlu əsərlər, o cümlədən Cəlaləddin Dəvvani və Əbdürrəhman Caminin rübailərinə cavab və nəzirələr yazmış, onların şeirlərini şərh etmişdir. Sadıq bəy Avşar (Sadiqi) "Məcməül-xəvas" (1599) təzkirəsində M. S. O.-nin həcv deməkdədə mahir olduğunu qeyd etmişdir. Bəzi mənbələrə görə ("Həft iqlim" təzkirəsi və s.) Böyük Moğol hökmdarı Sultan Əkbər Cəlaləddin şah [1556-1605] Dəkkəni aldıqdan sonra burada dövlət qulluğunda çalışan M. S. O. Qəribguş qəsəbəsin də öldürülmüşdür. == Mənbə == Tərbiyət M. Danişməndani-Azərbaycan, B., 1987, səh. 278-79.
Məhəmməd Əli Ordubadi
Ayətullah Məhəmməd Əli Ordubadi (18 yanvar 1895, Təbriz – 26 iyul 1960, Nəcəf) — Azərbaycanlı İslam alimi == Həyatı == Əbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə bütünlükdə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Ayətullah Əbül-Qasim Ordubadi ol¬muşdur. Atasının vəfatından sonra Məhəmməd Əli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Ayətullahül-üzmalar Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi təqribən 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş. Müasirləri bu böyük şəxsiyyətin şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəm¬bərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
Məhəmmədqulu Salik Ordubadi
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Xanağa, Naxçıvan xanlığı – 1861, Xanağa, Naxçıvan qəzası) — Əncüməni-şüəra məclisinin fəal üzvlərindən və ilk rəhbərlərindən biri == Həyatı == Əncüməni-şüəra məclisinin fəal üzvlərindən Salik Ordubadi haqqında ilk məlumata Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı təzkirəsində rast gəlirik. Məhəmmədəli Tərbiyət bu əsərində "Salik" təxəllüslü şairlər sırasında Salik Ordubadinin də adını çəkmiş və haqqında çox bəsit məlumat verərək yazmışdır: "Salik Ordubadi – hicri-qəməri XIII əsr (miladi XIX) söz ustalarındandır. Onun şeirləri Türk dilindədir M. Tərbiyət çox güman ki, Salikin əlyazma divanından xəbərsiz olduğundan onun əsərlərinin yalnız Türk dilində olduğunu söyləmişdir. Halbuki şairin əlimizdə olan divanı həcmcə çox geniş olub, həm Türk, həm cığatay, həm də fars və ərəb dillərindədir. Bu divanı ilk dəfə Ordubadın tanınmış maarif xadimlərindən olan mərhum Əli Qənbərli tapmışdır. 25–30 il bundan öncə Ordubadın Xanəgah (indiki Xanağa) kəndindəki qədim müqəddəs pir uçmuş və oradan xeyli kitablar çıxmışdır. Əli Qənbərli ərəb əlifbasını bildiyi üçün həmin kəndə dəvət olunmuş və pirdəki kitabların içərisindən Salikin də divanını tapıb öz arxivində saxlamışdır. Bu divanın fotosurətini mən sonralar doktorluq mövzumla ("XIX əsr Ordubad ədəbi mühiti") əlaqədar olaraq çox çətinliklə əldə etmiş və çapa hazırlayıb Təbrizdə əski əlifba ilə nəşr etdirmişəm.1 Divanın fotosurətini mənə hörmətli alimlərimizdən olan mərhum Yolçu Piriyev vermişdir. Bu lütfkarlığına və xeyirxahlığına görə allahdan ona rəhmət diləyirəm. Məzarı nurla dolsun.
Məmməd Səid Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim.
Ordabası Çimkənd FK
Ordabası – Qazaxıstanın Çimkənd şəhərinin futbol klubu.
Aza (Ordubad)
Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə.
Hacı ağa Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Mirzə Talıb xan Ordubadi
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. == Həyatı == Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir.1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Anabad (Ordubad)
Anabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Eyniadlı bələdiyyənin tərkibindədir. Rayonun mərkəzindən 4 km şimal-şərqdə, Ordubad-Gənzə avtomobil yolunun sağ kənarında, Gənzə çayının sol sahilindədir. Əhalisi 208 nəfər(2000); meyvəçilik və heyvandarlıqla məşğuldur.İbtidai məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Anabad kəndi Zəngəzur silsiləsinin cənub ətəyindədir. Bu sözlə bağlı Anabad yeri (Qubadlı), Anabad dərəsi (Laçın) və s. mikrotoponimlər mövcuddur. Van gölündən cənubda, Anabad məbədinin yaxınlığında Anabad adlı kənd var. Tədqiqatçılar toponimi orta fars dilindəki anapat. (adam yaşamayan, abad olmayan yer) sözü ilə bağlayırlar. Oykonim ana (əsas, böyük, baş) və bad/bat/bet (dağ yamacı, eniş, dağ ətəyi) sözlərindən düzəlib, "böyük dağ ətəyi" deməkdir.
Azadkənd (Ordubad)
Azadkənd (əvvəlki adı: Aşağı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Aza kəndi Azadkənd adlandırılmışdır.Düzənlikdədir.Araz və Gilançayın birləşdiyi ərazidə yerləşir. Oykonim "Aşağıda yerləşən Aza kəndi" mənasındadır. 2003-cu ildən kəndin adı Azakənd kimi rəsmiləşdirilmişdir..Kənddə əsasən əkinçilik,meyvəçilik və maldarlıq inkişaf etmişdir. Kənddə 510 yerlik məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi fəaliyyət göstərir. == Tarixi == == Əhalisi == Əhalisi 1095 nəfərdir.
Ağdağ (Ordubad)
Ağdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3497,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan eyniadlı qolunun suayırıcısında, Nürgüt kəndindən 5,2 km şərq-cənub-şərqdə zirvə. Orta Eosen yaşlı sönmüş vulkan boğazına cavab verən, aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı və kəskin parçalanmış piramidayabənzər qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxım zonalarının təmas zolağını mürəkkəbləşdirən Saqqarsu dərinlik qırılmasının cənub qanadında yerləşir. Zirvədə və yamaclarında çoxsaylı diorit-porfirit daykaları açılır.
Ağdərə (Ordubad)
Ağdərə — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir qəsəbə. == Tarixi == Ordubad rayonunun Parağaçay qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəngəzur silsiləsinin cənub qərb yamacındadrr. Qəsəbə 1950-ci ildə Ağdərə adlı ərazidə filizsaflaşdırma kombinatının yaradılması ilə əlaqədar salınmışdır. Ətraf yamaclar ağ rəngə calan suxurlardan ibarətdir. Adını ərazidəki eyni-adlı dərədən almışdır.
Ağrı (Ordubad)
Ağrı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 15 km şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənəndçayın (Arazın sol qolu) sol sahilindədir. Əhalisi 304 nəfər (2000); əsasən meyvəçilik, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur. Kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ağrı Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "Hündürlüyüdur, yüksək" deməkdir. Adını Türkiyənin Şərqində, Van gölündən Şimalda, Ermənistan yaylasının orta hissəsində yerləşən Ağrıdağ silsiləsindən almışdır.. == Əhalisi == Əhalisi 313 nəfərdir.
Başkənd (Ordubad)
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Cindağ (Ordubad)
Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir.
Diridağ (Ordubad)
Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.
Dizə (Ordubad)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 18 km şimal-qərbdə, Ordubad-Unus avtmobil yolunun kənarında yerləşir. Əhali bağçılıq, tərəvəzçilik və əkinçiliklə məşğuldurlar. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Keçmiş adı Cəfərxan Dizəsi olmuşdur; Bir çox coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimlərə əlavə edilən baş, Kələntər, qoşa, Kərimqulu, Oruc və s. komponentlər həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyə və vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. == Tarixi == Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir.
Dəstə (Ordubad)
Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir. == Tarixi == Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır. == Coğrafiyası və iqlimi == Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi 5000 nəfərdir (2016). === Tanınmış şəxsləri === Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
Gilançay (Ordubad)
Gilançay — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gilançay kəndi Parağa kənd inzibati ərazi dairəsi tərkibindən aynlaraq, bu kənd mərkəz olmaqla, Gilançay kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Rayonun mərkəzindən 31 km şimal-qərbdə, Gilançayı sol sahilində, Ordubad-Xurs avtomobil yolunun sol tərəfində yerləşir. Əhalisi bağçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, kulubu, tibb məntəqəsi var. Gənzə -Ordubad rayonunda kənd.Ordubad şəhər bələdiyyəsinin tərkibindədir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi və məscidi var. == Əhalisi == Əhalisi 314 nəfərdir.
Gənzə (Ordubad)
Gənzə (əvvəlki adı: Kənzə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Kənzə kəndi Gənzə kəndi adlandırılmışdır.Gənzə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 12 km şimal-şərqdə, yaşıllıqlar qoynunda yerləşir. == Toponimi – oykonomi == Tədqiqatçıların Gənzə toponimi – oykonomi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. M.Seyidov, Q.Qeybullayev, F.Rzayev və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər. Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən filologiya elmləri namizədi F.Rzayevin fikrincə, "kan" qədim türk dillərində "ulu", "ata" mənasında işlənmiş, kəndin adındakı son kompanent "zə" (əslində "zək") isə sak tayfalarının adından götürülmüşdür. Deməli, oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olunduğu kimi Kənizək–Kənzək şəklində işlənmiş, zaman keçdikcə tədricən dəyişilərək sondakı "k" səsi düşmüş, Gənzə formasına düşmüşdür. Qeyd etmək yerinə düşər ki, türk dillərində söz sonunda "k" samitinin eleziyası (səsdüşümü) xarakterik haldır. Türkoloq alim C.Cəfərov bu toponimin hunların ən qədim adından – "kun"un morfloji birləşməsi "kunçuk"dan törəmiş "Gəncək" türk tayfasının adından götürüldüyünü vurğulayır.
Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi
Ayətullah Məhəmməd Əli Ordubadi (18 yanvar 1895, Təbriz – 26 iyul 1960, Nəcəf) — Azərbaycanlı İslam alimi == Həyatı == Əbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə bütünlükdə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Ayətullah Əbül-Qasim Ordubadi ol¬muşdur. Atasının vəfatından sonra Məhəmməd Əli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Ayətullahül-üzmalar Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi təqribən 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş. Müasirləri bu böyük şəxsiyyətin şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəm¬bərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
Körpübaşı
Körpübaşı (Trabzon) — Trabzon elinin bir ilçəsidir. Körpübaşı (Manisa) — Manisa ilinə bağlı bir ilçədir.
Körpübaşı (Manisa)
Körpübaşı (türk. Köprübaşı) — Manisa ilinin ilçəsi. == Təhsil == İlçədə 4 ibtidai təhsil məktəbi, 1 çox proqramlı lisey, 1 Anadolu lisesi və Cəlal Bayar Universitetinə bağlı 1 Peşə Yüksekokulu var.
Körpübaşı (Trabzon)
Körpübaşı — Trabzon elinin bir ilçəsidir. Sürmənə, Araklı və Çaykara mahalları arasında qalar. 1998-ci ildə Körpübaşının Beşköy diyarında əlim bir sel fəlakəti olmuş və 40 küsər türk vətəndaşı həyatını itirmişdir. Mərhum Adnan Qəhvəçi, mərhum Rəcəb Yazıcıoğlu və Mustafa Sait Yazıcıoğlu bu mahala bağlı Beşköy diyarının yetişdirdiyi dövlət adamlarıdır. Milli futbolçu Fateh Təkkə bu mahalda doğulmuşdur. Tarix boyunca bir çox nazirlər və vəkillər yetişdirmişdir. == Tarixi == Körpübaşı mahalının tarixçəsi və ilk yerləşmələr haqqında elmi məlumat yox deyiləcək qədər azdır. Əldəki tarixi məlumatlara görə Trabzon və havalısının Orta Asiyadan gələn qövmlər tərəfindən məskunlaşdırılması ilə, əvvəl sahil şeridi, daha sonra da Körpübaşı məskunlaşdırılmışdır. Köprübaşını ilk məskunlaşdıran qövmlər gur meşələr arasında Günəşdən bir yer taparaq bura yerləşmişlər. İlk məskunlaşdırılan bu yerlər əvvəlcə Günəşdən ar, daha sonra GÜNEŞARA adını almışdır.
Orduşahi (Urmiya)
Orduşahi (fars. اردوشاهي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 451 nəfər yaşayır (111 ailə).
Körpübaşı (Duzluca)
Körpübaşı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Çinçavat kimi qeyd olunur ki, bu da ermənicə "imansız, dini pozğun" mənasını verir.