Ziya Ordubadi

Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi.

Ziya Ordubadi
Doğum yeri
Fəaliyyəti şair

Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur.

Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir.[1]

  1. "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  • Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.