Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ottava
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Ottava adaları
Ottava adası (ing. Ottawa Islands, inuit: Arviliit) — Hudzon körfəzinin şərq hissəsində yaşayan bir qrup insansız ada. Unqava yarımadasının sahillərində yerləşir. İnzibati cəhətdən Ottava adaları, bütün digər Hudzon körfəzi adaları kimi, Kanadanın Nunavut ərazisinə aiddir. == Coğrafiya == Arxipelaqın ən yüksək nöqtəsi Gilmur adasında yerləşir və dəniz səviyyəsindən 550 m yüksəklikdədir. 24 kiçik adacıqdan ibarətdir, bunlardan ən əhəmiyyətliləri: Bronson adası - 5 km², But adası - 5 km², Qilmour adası - 84 km², Perley adası - 45 km², Petti adası - 12 km², Eddi adası - 12 km².Ottava adaları, eləcə də qonşu Belçer adaları adi qaqanın yerli yarımnövləri üçün qida bazası rolunu oynayır.
Ottava şəhəri
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Ottavalar
Ottavalar (Odavalar) ya da Otavalar (özlərincə: Nishnaabe ya da Daavaa; ing. Ottava, Odava) Kanada ilə ABŞda yaşayan və Alqonkin dilləri qrupundan Ottava dilini danışan hindu Ojibva xalqıdır. == Tarixi == Ottavaların qədim torpaqları Huron gölünün şimali, cənubi və şərqi sahilləri olsa da günümüzdə bu torpaqların çox az qismində yaşayırlar. Bugün daha çox Kanadanın Ontario əyalətinin cənubu ilə ABŞ-nin Miçiqan ştatının şimalında yaşayan Ottavalar ata torpaqlarında qalarkən, ABŞ-nin Kanzas ilə Oklahoma ştatlarında yaşayanalar isə ağdərililər tərəfindən doğma torpaqlarından sürülən Ottavalardır. Avropalılarla ilk təması 1615-ci ildə olan ottavaların adları daha sonraları Kanadanın paytaxtı Ottava şəhərinə verilmişdir.
Oktava
Oktava (lat. səkkizinci) — Qammanın səkkizinci pilləsi, habelə müxtəlif yüksəklikdə olan ən yaxın eyniadlı səslər arasındakı interval.
Ottana
Ottana (sardin: Otzàna) Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. == Qonşu kommunalar == Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Ottavia Pikkolo
Ottavia Pikkolo (it. Ottavia Piccolo; 9 oktyabr 1949) — İtaliya televiziya və kino aktrisası. İtaliyanın Bolsano şəhərində anadan olmuşdur. İlk rolunu 13 yaşında Fyodor Dostoyevskinin Bəyaz gecələr povestinin tamaşa qoyulmasında oynamışdı. Rejissoru Vittorio Cottaffavi idi. Əsasən serial və şoularda çıxış edirdi. Həmçinin konda da rol alırdı. Öz geniş şöhrətini Serafino filmində, Lidia rolu ilə qazanmışdır. 1980-ci illərdən 1990-cı illərə kimi yalnız televiziyada çıxış edirdi. Sonuncu rolu, 2004-cü ildə çəkilən («Tu la conosci Claudia?») filmində olur.
Kotava
Kotava — 1978-ci ildə linqvist Staren Fetcey tərəfindən yaradılmış süni dildir. == Etimologiya == == Tarix == == Əlifba == Yazıda latın qrafikasından istifadə olunur və 24 hərfdən ibarətdir. == Qrammatika == == Əvəzliklər == 9 əvəzlik var.
Ostrava
Ostrava (cz. Ostrava; de Ostrau; qulaq as; IPA: [ˈɔstrava]) — Çexiyanın şimal-şərqində, əhalinin sayına görə Çexiyada 3-cü yerdə, Moraviya-Sileziya diyarının inzibati mərkəzidir. Ostravitsenin, Oderin и Opavanın qovuşduğu yerdə yerləşir. Şəhərin tarixi yüksəkkeyfiyyətli kömür istehsalatı ilə sıx bağlıdır. Bununla o ofisial olmayan "Respublikanın döyünən polad ürəyi" adı almışdı. Bugünlərdə ekologiyanın qorunması ilə əlagədar olaraq bu fabrik və zavodlarının bir çoxu bağlanılıb. == Tarixi == Arxeoloji qazıntılar təsdiq etdilər ki, Ostrava ərazisində insanlar hələ 25 000 il əvvəl yaşamışlar. Orta əsrlərdə buradan Kəhrəba yolu keçirdi. Şəhərin əsası 1267-ci ildə qoyulmuşdu. Vaxt keçdikcə şəhərin iqtisadi əhəmiyyəti enməyə başladı və XVIII əsrə Ostrava 1000 nəfər əhalisi olan, xırda bir provinsial şəhərə çevrildi.
Poltava
Poltava — Ukraynada şəhər. Vorskla Poltava futbol klubu bu şəhərin təmsilçisidir.
HotJava
HotJava (daha sonra HotJava Browser kimi tanındı) modul, genişləndirilə bilən Java əsaslı veb brauzerdir. Java əsaslı ilk veb brauzerdir. HotJava iyul 2011-ci ildən dəstəklənmir.
Opava
Opava (çex. Opava, alm. Troppau‎, pol. Opawa) — Çex Respublikasıda şəhər. Moraviya-Sileziya bölgəsində, Opava çayının sahilində yerləşir. Əhalisi - 59,4 min nəfər, sahəsi isə 90.6 km² == Tarix == Opavanın əsası 1224-cü ildə, Opava knyazlığının mərkəzi kimi göstərilir. 1348-ci ildən Opava Çex kralının və Çexiya Sileziyasının mərkəzinə çevrilmişdir. 1820-ci ildə burada Troppau konqresi keçirilmişdir. Tezliklə bu yerlər coğrafi cəlbediciliyinin qiymətləndirilməsi ilə, Opava çayının ətrafında məskunlaşmış qədim qəsəbə sakinləri (X c), Baltik dənizindən olan Adriatikaya yolun olduğunu bilmişlər. Sonralar orada çay ətrafı regionunda adına böyük bir ticarət mərkəzi, yaranmış - Opavanın ticarət sahələrində, anbar, həmçinin tacirlərin sex və evləri yarandı.
Ficus dottata
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Klaudia Oktavia
Klaudia Oktavia və ya Oktavia Neron (latınca CLAVDIA•OCTAVIA) (təq. 40 və ya 39, Roma – 9 iyun 62, Ventotene, Latsio) — Roma imparatoru Neronun ögey bacısı və ilk həyat yoldaşı olan Roma imperatriçası. == Həyatı == === Ailəsi === Oktavia Roma imparatoru Klavdinin üçüncü həyat yoldaşı olan Messalinanın tək qızı. Adı imperator Avqustun böyük bacısı olan Klaudia Oktavianın nənəsi Balaca Oktavianın şərəfinə qoyulmuşdur. Qardaşı Britannikus, ögey bacısı isə Klaudia Antonia idi. === İlk illəri === Romada doğulmuşdur. Hələ kiçik qız ikən atası tərəfindən Auvqust nəslindən olan və gələcəkdə pretor olacaq Lucius Junius Silanus Torquatus ilə nişanlanmışdır. === Neronun yüksəlişi === Oktavianın anası atasına qarşı sui-qəsd təşkil etməkdə ittiham olunaraq 48 yaşında edam edildi. Daha sonra Klavdi Kiçik Aqrippina ilə evlənmişdir. Kiçik Aqrippinanın ilk evliliyindən Lukius Domitius Ahenobarbus (gələcək imperator Neron) adlı bir oğlu var idi.
Merab Kostava
Merab Kostava (gürcü: მერაბ კოსტავა; 26 may 1939, Tbilisi – 13 oktyabr 1989) — gürcü musiqiçi, dissident və şair, həmçinin Gürcüstanda Milli-Azadlıq hərəkatının liderlərindən biri idi. 1989 -cu ilə qədər Sovet İttifaqına qarşı Gürcüstanda müxalif hərəkata rəhbərlik etdi. == Həyatı == Kostava 1939-cu ildə SSRİ -nin Gürcüstan Sovet Sosialist Respublikasının Tbilisi şəhərində anadan olub. 1954 -cü ildə Kostava və Zviad Qamsaxurdiya, paytaxt Tbilisinin əsasını qoymuş orta əsr gürcü kralı Vaxtanq Qorqasalinin xatirəsinə həsr olunmuş gürcü gənclər "Qorqasliani" təşkilatını qurdular. 1956-1958-ci illər arasında Kostava, Qamsaxurdiya və bu təşkilatın bir neçə üzvü ilə birlikdə "anti-sovet fəaliyyətinə" görə DTK tərəfindən həbs edildi. Kostava və Qamsaxurdiaya qarşı irəli sürülən ittihamlara anti-kommunist ədəbiyyatın yayılması və elanlar daxil idi. Kostava 1962 -ci ildə Tblisi Dövlət Konservatoriyasını bitirdi. 1962–1977 -ci illərdə Tbilisidə yerli musiqi məktəbində müəllim idi. 1973 -cü ildə Kostava və Qamsaxurdiya İnsan Hüquqlarının Müdafiəsi Təşəbbüs Qrupunu yaratdılar. 1976-cı ildə Kostava, Gürcüstan Helsinki Qrupunu (daha sonra 1989-cu ildə Gürcüstan Helsinki Birliyi adlandırıldı) təsis etdi.
Oktavia Spenser
Oktavia Spenser — ABŞ-lı aktrisa və yazıçı.1970-ci ilin may ayında anadan olmuşdur.
Ottavio Rinuççini
Otavio Rinuççini (it. Ottavio Rinuccini, 20 yanvar 1562, Florensiya – 28 mart 1621[…], Florensiya) — italyan şairi və librettoçu. Yaradıcılıq illəri İntibah dövrünün sonu və Barokko erasının əvvəlinə təsadüf etmişdir. == Əsərləri == O, I Ferdinand və Kristina Lotarinqiyalının toyunda səslənən La pellegrina əsəri üçün mətinlər yazmışdır. Bundan başqa o, Yakopo Perinin "Dafna" və "Evridika", Culio Kaççininin "Evridika", Klaudio Monteverdinin "Ariadna" və "Nankör qadınların rəqs gecəsi", Marko de Qalyanonun "Dafna" operaları üçün mətnlər yazmışdır. == İstinadlar == == Ədəbiyyat == Grout, Donald Jay; Williams, Hermine Weigel (1988). A Short History of Opera. New York: Columbia University Press. ISBN 0-231-06192-7. Leopold, Silke (1991) [1982].
Poltava döyüşü
Poltava döyüşü, Şimal Müharibəsinin ən böyük döyüşü kimi 27 iyun 1709-ci ildə Poltavanın (Sol taylı Ukrayna) 6 verstliyində baş verib. Rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi oldu, və İsveçin Avropada əsas hərbi qüvvə kimi mövqelərini sarsıtdı. == Ümumi məlumat == Narva döyüşündən sonra(1700) XII Karlın ordusu Avropaya soxuldu və bir çox ölkənin yer aldığı müharibə əsnasında Karlın qoşunları cənuba doğru xeyli irəlilədilər. I Pyotr XII Karldan Livoniyanı alandan və burada Sankt Peterburqun əsasını qoyandan sonra, Karl Moskvanı tutmaq məqsədi ilə Rusiyanın mərkəzinə yürüşə hazırlaşmağa başladı. Lakin əlverişsiz iqlim şəraiti Karlın bu planına əngəl oldu, və o ordusunu Moskvaya cənubdab Ukrayna vasitəsilə aparmalı oldu. Poltavaya yaxınlaşanda Karl ordusunun üçdən birini itirmişdi, onun arxalarına döyüşün lap ərəfəsində kazak və kalmıklar tərəfindən hücum edilmişdi, Karlın özü də yaralanmışdı. Döyüş gedişində isveçlilər darmadağın edildilər, Karl Osmanlıların yanına qaçdı. == Döyüş ərəfəsindəki vəziyyət == 1707-ci ilin avqustunda İsveç kralı XII Karl Saksoniyadan öz ordusu ilə Rusiyaya qarşı irəliləyərək, Belarus və Smolenskdən keçir. O Moskvanı zəbt etmək, Rusiya taxtına Polşa kralını çıxarmaq, sonra isə Rusiyanı 8 ayrı knyazlığa bölmək istəyirdi. Olduqca mobil isveçli ordusu Avropanın ən yaxşı ordusu sayılırdı.
Poltava vilayəti
Poltava vilayəti (ukr. Полтавська область, Poltavska oblast) — Ukraynada ərazi vahidi. Dnepr çayının orta hissəsinin sol sahili boyunca uzanır. Ərazi vahidinin mərkəzi olan Poltava və Kremençuk şəhərlərindən başqa böyük şəhər yoxdur. Poltavanın bir çox yerində qaz və neft yataqları vardır.
Vltava çayı
Vltava çayı — Elba çayının qolu olub, Çexiyanın ən uzun çayıdır. Çayın uzunluğu 430 kilometrdir. Çay Bohemiya meşəsi boyunca cənub-şərqə doğru axır və sonra Çeski Krumlov, Çeske Budejovice və Praqanı keçərək Bohemiyanın şimalına tərəf axıraq, Melnikdə Elba çayı ilə birləşir. Ümumilikdə çay "Çex milli çayı" kimi adlanır. Çayda hər il avarçəkmə turları keçirilir. Vltava çayı Çexiyanın ən önəmli turizm mənbəyidir. == Ümumi məlumat == Vltava çayı 430 km (270 mil) uzunluğundadır və sistemin sahəsi 28.090 kvadrat kilometr (10.850 kvadrat metr) ölçüdə Bohemiyanın yarısından və Çexiyanın bütün ərazisinin təxminən üçdə birindən çoxunu təşkil edir. Praqadan axdığı hissədə 18 körpü (aşağıda göstərilən məşhur Çarlz körpüsü daxil olmaqla) vasitəsilə kəsilib və uzunluğu şəhər daxilində 31 kilometr (19 mil) əhatə edir. Vinohrad Su Qalası (Vinohrady Water Tower) nasos əməliyyatları dayandırılan vaxta, 1912-ci ilə qədə çayın suyundan içməli su kimi sitifadə olunurdu. Lakin, içməli su mənbəyinin iflasa uğraması səbəbiylə Zelivka və Karane mənbələrindən su təchizatı təmir edilir.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Cunko Ozava
Cunko Ozava (d. 7 dekabr 1973) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
Mequmi Oqava
Mequmi Oqava (XX əsr, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Miçihiro Ozava
Miçihiro Ozava (d. 25 dekabr 1932) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 36 oyun keçirib.
Oktav Bençile
Oktav Bençile (rum. Octav Băncilă; d. 4 fevral 1872, Botoşani – ö. 3 aprel 1944, Buxarest) — Rumıniya realist rəssamı və solçuluq aktivisti. O, jurnalist Sofia Nadejdanın qardaşı və Ioan Nadejdanın qaynıdır (ateist, sosialist, Kontemporanul qəzetinin redaktoru). == Həyatı == 1872-ci ildə Botoşanidə doğulan Oktav 4 yaşında valideynlərini itirdikdən sonra böyük bacısı və onu incəsənətə ilk həvəsləndirən şəxs bacısının həyat yoldaşının ailəsində Yassıda böyüyüb. Orta məktəbi bitirdikdən sonra o, Yassı İncənət Gimnaziyasına daxil olub və burada həmin dövrün məşhur rəssamları Corc Panaytinu Bardasar, Konstantin Daniel Stahi və Emanoyl Bardasardan dərs alıb. O,1894-1897-ci illər arasında təqaüdlə xaricdə yaşayıb və oxuyub: əvvəlcə İtaliya və Fransada, sonra Almaniyada Münhen İncəsənət Akademiyasında Nikolas Gizisin sinfində təhsil alıb (bitirib bitirmədiyi dəqiq deyil).Xaricdən qayıtdıqdan sonra o, Yassının mərkəzində emalatxana açmaq istəsə də maliyyə çatışmazlığı üzündən şəhər kənarını seçməli olub. Bu illər Bençilanın əsas rəsm mövzularını müəyyənləşdirdiyi dövr idi: kəndlilərin, fabrik işçilərinin, yoxsullaşmış yəhudi tacirlərinin və sənətkarlarının, mühafizəçi əsgərlərin, köçəri romalıların yaşayışı. 1901-ci ildən o, şəhər məktəblərində kalliqrafiya və rəsm dərsləri verməyə başlayıb.
Oktav Mirbo
Oktav Mirbo (fr. Octave Mirbeau; d. 16 fevral 1848 - ö. 16 fevral 1917) — fransız yazıçı-dramaturqu. == Əsərləri == Le Calvaire (1886). L'Abbé Jules (1888). Sébastien Roch (1890). Dans le ciel (1892-1893). Les Mauvais bergers (1897). Le Jardin des supplices (1899).