Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Otyeyənlər
Otyeyənlər (lat. Psocoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan qrupu. == Xarici quruluşu == Uzunluğu 1,5 mm, sapşəkilli bığcıqlı və özünəməxsus baş quruluşu olan xırda, zərif cücülərdir. Otyeyənlərin bədəni yumşaq, uzunsov, silindrik və ya dorsoventral istiqamətdə yastılanmışdır. Başı hipoqnatik və ya proqnatikdir. Ağız orqanları gəmirici tipli, ancaq uzunsov lasiniyalıdır. Bığcıqları nazik, uzun, 13-50 buğumlu, tükcüklüdür. Qanadlılarda gözlər iri, çoxfasetli, bəzi qanadsızlarda isə reduksiya olunmuşdur. Qanadları zarşəkillidir, dinc halda kürəyində damvarı yığılır, bəzi növlərdə gödəlmiş və ya yoxdur. Ayaqları yüyürücü, nazik, pəncələri 2-3 buğumlu, 2 caynaqlıdır.
Otyeyənlər dəstəsi
Otyeyənlər (lat. Psocoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan qrupu. == Xarici quruluşu == Uzunluğu 1,5 mm, sapşəkilli bığcıqlı və özünəməxsus baş quruluşu olan xırda, zərif cücülərdir. Otyeyənlərin bədəni yumşaq, uzunsov, silindrik və ya dorsoventral istiqamətdə yastılanmışdır. Başı hipoqnatik və ya proqnatikdir. Ağız orqanları gəmirici tipli, ancaq uzunsov lasiniyalıdır. Bığcıqları nazik, uzun, 13-50 buğumlu, tükcüklüdür. Qanadlılarda gözlər iri, çoxfasetli, bəzi qanadsızlarda isə reduksiya olunmuşdur. Qanadları zarşəkillidir, dinc halda kürəyində damvarı yığılır, bəzi növlərdə gödəlmiş və ya yoxdur. Ayaqları yüyürücü, nazik, pəncələri 2-3 buğumlu, 2 caynaqlıdır.
Ətyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
Leş yeyən və kiçik qız
Leş yeyən və kiçik qız (ing. The vulture and the little girl) - Cənubi Afrikalı fotoqraf Kevin Karter tərəfindən Sudanın (indiki Cənubi Sudan) Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunmuş Ayod qidalanma düşərgəsi yaxılığında çəkdiyi foto. Şəklin 1993-cü ilin mart ayında çəkildiyi təxmin olunur. Bu şəkilə görə Kevin Karter 1994-cü ildə Pulitser mükafatına layiq görülmüşdür. “Bang-Bang Club”un keçmiş üzvü olmuş hərbi fotoqraf Joao Silvanın xatirələrinə görə, Kevin Sudana olan səfərində ilk dəfə kütləvi aclığın şahidi olmuş və rast gəldiyi səhnələrdən heyrətə gəlmişdir. Şəkili çəkilmiş qızın valideynləri həmin anda Ayod şəhərində humanitar yardım təyyarəsinin boşaldılması ilə məşğul idilər. Qısa müddətdə olsa onlar uşaqlarını tək qoymalı olurlar. Bu zaman qızın yanına leşcil ağqartal uçub gəlir. Həm qızın, həm də leşcil ağqartalın hər ikisinin fokusa düşməsi üçün Karter sakitcə qıza yaxınlaşaraq quşu hürkütmədən 10 m məsafədən bir sıra şəkillər çəkmişdir. Bundan sonra o, leşcil ağqartalı qovmuşdur.
Əbu Bəkrə beyət etməyən səhabələrin siyahısı
Əbu Bəkrə beyət etməyən şəxslərin siyahısı — Məhəmmədin ölümündən sonra Məhəmmədlə yaxınlığı və Məhəmmədin özünün ifadələri səbəbindən Əlinin Məhəmmədin yerinə keçəcəyi geniş şəkildə gözlənilirdi. Lakin Əli Məhəmmədin dəfn mərasimini yerinə yetirərkən bir qrup səhabə ortaya çıxaraq Əbu Bəkri xəlifə elan etdi. Buna baxmayaraq bir neçə görkəmli səhabə də Əliyə sadiq qaldı. == Zəmin == Hicri 11-ci ildə (miladi 632-ci ildə) Məhəmmədin vəfatından dərhal sonra ənsarlardan bir neçəsi (mədinəlilər) Səidə qəbiləsinin Səqifəsində (həyətində) toplandılar. Madelunqa görə ənsarlar çox güman ki, Məhəmmədə sədaqətlərinin onun ölümü ilə bitdiyinə inanırdılar və Məhəmmədin icmasının dağılacağını gözləyirdilər. Bu səbəbdən onların görüşündə məqsəd mühacirlərin əksəriyyətinin (Məkkədən köçənlər) onsuz da Məkkəyə qayıdacağına inamla öz şəhərləri, Mədinə üzərində nəzarəti bərpa etmək ola bilərdi.Buna baxmayaraq, Məhəmmədin hər iki əsas yoldaşı Əbu Bəkr və Ömər məclisi öyrəndikdən sonra Səqifəyə doğru tələsdilər. Ənsardan bir başçının Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın görüşdən sonra Səqifədə toplaşan müsəlmanların kiçik qrupu Əbu Bəkrin müsəlman icmasının yeni başçısı olması barədə razılığa gəldilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin çoxunu kənarda qoydu. Məhəmmədin qəbiləsinin bir çox üzvü, Bəni Haşim, eləcə də bir sıra Məhəmmədin səhabələri Əbu Bəkrin namizədliyinə qarşı çıxdı; onlar Əlinin Məhəmmədin qanuni xəlifəsi olduğunu və onun Qədir-Xum hadisəsində təyin olunduğunu müdafiə etdilər. Məhəmmədin varisliyi ilə bağlı məsələ nəhayət İslamın iki əsas məzhəbinin yaranmasına gətirib çıxaracaqdı, sünnilər Əbu Bəkri Məhəmmədin varisi, şiələr isə Əlinin Məhəmmədin qanuni varisi olduğuna inanırlar.