ÇÖLMƏY
ÇÖMÇƏQURUTMAZ
OBASTAN VİKİ
Azov çömçəxulu
Azov çömçəxulu (lat. Benthophilus magistri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Əsasən Azov dənizinin Taqanroq körfəzi, Kerç boğazı, Mius və Yeva çayı deltaları və of Axtanizovski limanlarında yayılmışdır. Bu növə ancaq lilli estuari sularında rastlamaq olur.
Kessler çömçəxulu
Kessler çömçəxulu (lat. Benthophilus kessleri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub qərb sahilləri boyunca, Manqışlaq yarımadasından Türkmənbaşıya qədər ərazidə yayılmışdır. Dərinliyi 65-75 m olan sularda yayılırlar. Növ adı rus-alman zooloqu Karl Kesslerin (1815-1881) şərəfinə adlandırılmışdır.
Mahmudbəyov çömçəxulu
Mahmudbəyov çömçəxulu (lat. Benthophilus mahmudbejovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub əsasən onun Volqa deltası və onun qərb sahili boyunca, Pesçannıy burnundan, Çələkən yarımadası, Oğurca adası ətrafı bölgələrə kimi yayılmışdır. Yetkinlərə ümumiyyətlə 11 m-dən daha 50 metrə qədər dərinmlikdə rastlanılır. Uzunluğu 6,6 sm olan fərdlərinə rast gəlinir. Azərbaycan ixtioloqu A. Mahmudbəyovun şərəfinə adlandırılmışdır.
Nazikbaş çömçəxul
Nazikbaş çömçəxul (lat. Benthophilus leptocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növüdür. Orta və Cənub Xəzərdə yayılıb. Əvvəlki növlərə nisbətən bədəni və başı az enlənmişdir. Başın eni uzunundan xeyli azdır (ortalama 71%), burnu gödək və girdədir. Başın üst tərəfində çökək yalnız gözlərin arasında nəzərə çarpır. Başın alt tərəfində dəri qırışlar və bığcıq adətən olmur. Başın səthi çılpaqdır. Samurdan Abşerona qədər dənizin cənub-qərb sahillərində seyrək, Cənubi Xəzərin bütün qərb sahilində isə azsaylıdır.
Nazikburun çömçəxul
Nazikburun çömçəxul (lat. Benthophilus leptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növüdür. Azərbaycan sahillərində ancaq Yalamadan Giləziyə qədər qeydə alınmışdır. Bədəni bir qədər uzunsov, öndən və üstdən basıq, başı ensiz, burnu uzunsovdur. Başı üstdən demək olar ki, düzdür. Çənəsində kiçik dəri bığcıq, ağızın küncləri arxasında isə dəri qırış əvəzinə iki sıra xırda dişcik vardır. Bədəni və başı üstdən və böyürlərdən yeknəsəq ziyillərlə örtülmüşdür. Belində və böyürlərində iri xallar yoxdur. 1915-ci ildə təxminən 4,0 sm uzunluğunda təxminən yetkin bir dişi fərd tutuldu.
Pinçuk çömçəxulu
Pinçuk çömçəxulu (lat. Benthophilus pinchuki) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən Abşeron yarımadasından İran sahillərinə qədər, Xəzərin Türkmənistan sahillərinə yaxın ərazilərdə yayılmışdır. İlk olaraq Benthophilus ctenolepidus növünə aid bir yarımnöv olaraq qeyd edilmişdir. Lakin sonradan müstəqil növ olması məlum olmuşdur. Rus ixtioloqu Vitali Pinçukun (1931-1992) şərəfinə adlandırılmışdır.
Qaradəniz çömçəxulu
Qaradəniz çömçəxulu (lat. Benthophilus nudus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Qara dənizin Tendrovski körfəzində, Dunay deltasında yayılmışdır: Dəmirqapı, Dnestr çayının Bəndər şəhəri, Dnepr çayının Kiyev şəhərinə qədər.. Bu növ əsasən çayı və onların deltalarında, limanlar və laqunlarda yayılmışlar. Maksimal uzunnluqları 15 sm çatır.
Qazaxıstan çömçəxulu
Qazaxıstan çömçəxulu (lat. Benthophilus casachicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən onun Volqa deltası və onun qərb sahili boyunca, Pesçannıy burnu, Oğurca adası ətrafı bölgələrə kimi yayılmışdır. Uzunluğu 7,6 sm olan fərdlərinə rast gəlinir. Bu növ sahil sularını üstün tutur.
Qrimm çömçəxulu
Qrimm çömçəxulu (lat. Benthophilus grimmi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növüdür. Azərbaycan sahillərində Yalamadan Abşerona qədər və Küryanı rayonlarda azsaylıdır. D IV, 18-9, A I 7-8 (9)-dur.Bədəni gödəkdir, ön hissəsi enli və yoğundur.Burnu girdədir.Başı öndən basıqdır. Başın üst tərəfində, gözlərin arasında və peysərdə novşəkilli çökəklik var. Başın alt tərəfində dəri bığcıq var. Ağzın künclərindən arxada dəri qırış zəif inkişaf etmişdir. Bədənin ön və başın üst hissəsi xırda, yastı sümük lövhəciklərlə sıx örtülmüşdür. Belində və böyürlərində üç qonurumtul-qara xal vardır.
Rəhimov çömçəxulu
Rəhimov çömçəxulu (lat. Benthophilus ragimovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən Çeçen adasından Azərbaycanın Astara rayonu ərazisinə qədər yayılmışdır Azərbaycan ixtioloqu Dadaş Rəhimovun şərəfinə adlandırılmışdır.
Svetovidov çömçəxulu
Svetovidov çömçəxulu (lat. Benthophilus svetovidovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən Xəzər dənizinin şərq sahilləri boyunca, Oğurca adası ətraflarına qədər yayılmışdır. Növün qeydə alınmasında Vitali Pinçuk və Dadaş Rəhimov 1979-cu ildə birgə işləmişlər.
Tikanlı çömçəxul
Tikanlı çömçəxul (lat. Benthophilus spinosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzər endemiki olub dənizin şərq sahillərində geniş yayılmışdır. Bədəni gödəlmiş, ön hissəsi və başı enlənmiş və yoğunlanmışdır. Ağzın küncləri arxasında dəri qırış üç-dörd dişçiyə ayrılmışdır. Başın üst hissəsində iri piramidaşəkilli lövhəciklər iki sıra əmələ gətirir. Bunlar gözlərin arasında qovuşur, buruna tərəf isə yenə də ayrılırlar. Bədənin üst hissəsində və böyürlərində üç iri parlaq xal vardır. Azərbaycanda Yalamadan Çilov adasına qədər azsaylıdır. Şah Dilindən Astaraya qədər qeydə alınmamışdır.
Ulduzlu çömçəxul
Ulduzlu çömçəxul (lat. Benthophilus stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Qara, Azov, Xəzər dənizləri hövzələrində yayılmışdır. D III-IV,I 8-9, A I 7-9-dur. Bel sırasında 27-30, qarın sırasında 22-25 ziyil olur. Belində qonur rəngli 3 xal vardır. Uzunluğu 107 mm-ə qədər olur. Enlənmiş başı ilə seçilir. Bunların üzərində daha çox inkişaf etmiş tikancıqlar vardır. Rəngi bozdur.
Xəzər çömçəxulu
Xəzər çömçəxulu (lat. Benthophilus macrocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzər dənizində sahil boyu şimaldan cənuba qədər yayılmışdır. Yalamadan Sumqayıta və Nordost qoltuğundan Lənkəranın cənub hissəsinə qədər azsaylıdır. Abşeron və Astara yaxınlığında qeydə alınmamışdır. D III-IV,I 7-8 (9) ,A I (6) 7-8-dir.Bel sırasında 23-25 ziyil olur. Uzunluğu 116 mm-ə qədər olur.Bədəni gödəlmiş, güclü şəkildə enlənmişdir. Başı və bədənin ön hissəsi basıqdır. Gözlərin arasında novşəkilli çökək yoxdur. Bel çıxıntıları sırası başın üst hissəsinə qədər uzanır.
Ziyilli çömçəxul
Ziyilli çömçəxul (lat. Benthophilus granulosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub Azərbaycan sahillərində azsaylıdır, orta və cənub hissələrində yayılmışdır. Volqa çayının aşağı qollarında mövcuddur. D III-IV, I 8-9, A I 6-8-dir.Bədənin ön hissəsində xüsusən baş nahiyəsində daha çox enlənmiş, burnu girdədir. Başın üst hissəsi yastı olub yalnız gözlərin arasında yüngülcə çökəkdir. Çənəsində pərşəkilli bığcıq var. Ağzın küncləri arxasında dəri qırış zəif inkişaf etmişdir. Bədəni və başı üstdən və böyürlərdən çox xırda eyni ölçülü ziyillərlə sıx örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri tünd qonur xal var.
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Çömçədan
Çömçədan - mətbəx ləvazimatlarını saxlamaq üçün torba. Çömçədan Azərbaycanda uzunsov torba, üz tərəfi Zilinin toxunuş üsulu ilə toxunmuş, ancaq arxa tərəfi isə sadə palaz toxunuşuna bənzəyir. Onda qaşıq, çömçə, oxlov və digər bunlara bənzər məişət əşyaları saxlanılardı. Çömçədan (Qaşıqdan) müxtəlif ölçülərdə toxunsada əsasən 15x35x40 olçülü çımçədana (qaşıqdana) daha çox təsadüf edilir. Azərbaycanlılar tərəfindən "qaşıqdan" və ya "çömçədan" adlandırılan bu xalça məmulatını türkmənlər çömçə torba adlandırırlar.
Çömçəquyruq
Çömçəquyruq — suda-quruda yaşayanların, xüsusən qurbağanın, inkişaf mərhələsi. Çömçəquyruqlar, adətən, tamamilə suda yaşayırlar.Yəni çömçəquyruq qurbağanın balasıdır Bəzi çömçəquyruqlar Çində, Peruda və Hindistanda qida kimi istifadə olunur, məsələn Oreolalax rhodostigmatus yaxud Telmatobius mayoloi qurbağanın çömçəquyruqları.
Çömçəxatun
Çömçəxatun və ya Çömçəgəlin (türk. Çümçe gelin) — Azərbaycan və Anadolu türklərində mifoloji qəhrəman. Bu qəhrəmanla bağlı olaraq Azərbaycanda ən çox yağış yağmayanda, bayramqabağı günlərdə, eləcə də digər vaxtlarda əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim mərasim tipli oyun vardır. Gözəl və mömin bir qız olan Çömçəxatunun hörməti Allah qatında hamıdan üstün idi. Ona qut verilmişdi və Allahdan nə istəsə gerçək olurdu. Quraqlıq ilində bütün heyvanlar kəsilib, insanlar qırılmaq mərhələsinə çatanda bir təpəyə çıxır, üzünü göyə tutub yağış üçün dua edir. Allah onun duasını eşidib yağış yağdırır. Ancaq Çömçəxatun yağışın altından getmir, axırda çox islanır və yamyaşıl bir ağaca çevrilir. Bu hadisədən sonra Çömçəxatun xalq arasında müqəddəs hesab edilir və il quraq keçəndə onun adına mərasimlər təşkil edilir. Bu oyunda çömçəgəzdirən gənclər arasından seçilir.
Çömçəxatun (mif)
Çömçəxatun və ya Çömçəgəlin (türk. Çümçe gelin) — Azərbaycan və Anadolu türklərində mifoloji qəhrəman. Bu qəhrəmanla bağlı olaraq Azərbaycanda ən çox yağış yağmayanda, bayramqabağı günlərdə, eləcə də digər vaxtlarda əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim mərasim tipli oyun vardır. Gözəl və mömin bir qız olan Çömçəxatunun hörməti Allah qatında hamıdan üstün idi. Ona qut verilmişdi və Allahdan nə istəsə gerçək olurdu. Quraqlıq ilində bütün heyvanlar kəsilib, insanlar qırılmaq mərhələsinə çatanda bir təpəyə çıxır, üzünü göyə tutub yağış üçün dua edir. Allah onun duasını eşidib yağış yağdırır. Ancaq Çömçəxatun yağışın altından getmir, axırda çox islanır və yamyaşıl bir ağaca çevrilir. Bu hadisədən sonra Çömçəxatun xalq arasında müqəddəs hesab edilir və il quraq keçəndə onun adına mərasimlər təşkil edilir. Bu oyunda çömçəgəzdirən gənclər arasından seçilir.
Çömçəxullar
Ördəkburun çömçəxul
Ördəkburun çömçəxul (lat. Anatirostrum profundorum) — Xulkimilər fəsiləsinə daxil olan cins. Xəzər dənizinin endemik balığıdır. Əsasən dənizin cənubunda yayılmışdır. Adının bu cür olması bir ördəyin başına bəznər olması ilə xarakterizə olunur. Eyni adlı növə daxildir 1904-cü ildə 294 m dərinlikdə tutulmuşdur. Yalnızca bu növün sonrakı nümunələri əsasən İranın 50-100 m dərinlikdə olan sularından toplanmışdır.
Şəffaf çömçəxul
Şəffaf çömçəxul (lat. Benthophilus ctenolepidus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Orta və Cənubi Xəzər regionunda yayılmışdır. Uzunluqları 38—65 mm, çəkisi isə 1,2 - 6,7 q arasında dəyişir. Xəzər dənizi: Abşeron yarımadasından Astaranın cənubuna qədərki sahil ərazisi.
Əbdürrəhmanov çömçəxulu
Əbdürrəhmanov çömçəxulu (lat. Benthophilus abdurahmanovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən onun şimalında yayılmışdır. Volqa və Terek çaylarının hövzəsində rastlanılır. FishBase internet bazasında Azov çömçəxulunun yarımnövü olaraq göstərilir (Benthophilus magistri abdurahmanovi) Azərbaycan ixtioloqu Yusif Əbdürrəhmanovun şərəfinə adlandırılmışdır .
Çömçəxul
Çömçəxul (lat. Benthophilus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinə aid heyvan cinsi. Cinsə daxil olan balıqların ümumi uzunluqları 3,4 sm-dən (B. spinosus) 15 sm qədər (B. nudus) olur. Qara, Azov və Xəzər dənizlərinin hövzələrində yayılmışlar. Şirin və az duzlu sullarda yaşayırlar. Əsasən duzluğu 20 ‰ qədər olan sularda görülür. Bununla belə 30 ‰ duzluğa malik sularda da yaşayırlar.

Digər lüğətlərdə