Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilək-əldarağı oynaqları
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq beşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəsilə möhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.