Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süskənd
Süskənd — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Süskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Süskənd oyk, mür. Qax r-nunun Qum i.ə.v.-də kənd. Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Pulkənd
Pulkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. == Toponimi == Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünə, "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Suskənd bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.