BAL₃

[ fr. ] Böyük rəqs gecəsi.
Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. Puşkindən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAL I 1. BAL [Ayı] Aha... harda an varsa; Demək orda bal da var (M.Rzaquluzadə); ƏSƏL (kl.əd.) Təşnədildir bu Xətayi, can veribdir ləlinə; Necə kim ləlin

Omonimlər

  • BAL BAL I is. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Dodaqların şəkər dadır, bal dadır; Gözəllikdə olmaz sənə tay, gözəl (S

Etimologiya

  • BAL1 Bərk (qatı) anlamında təsadüf etmişəm. Bərk bəkməz mənasını verən bal palçıq ifadəsi olub. Göründüyü kimi, birləşmədəki bal sözü bərk kəlməsinin sinon
BAL₂
BAL-MASKARÁD
OBASTAN VİKİ
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Bal (dəqiqləşdirmə)
Bal — arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida. Bal (rəqs) — təntənəli rəqs növü.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Bal ayı
Bal ayı — evliliyin ilk ayı ki gəzməkdə keçirilir, evliliklərini səmimiyyət və inzivada qeyd etmək üçün yeni evlilər tərəfindən keçirilən ənənəvi tətil.
Bal porsuğu
Bal porsuğu (lat. Mellivora capensis) — Afrika və Asiyada yaşayan dələlər fəsiləsinə aid olan bir növ. Mellivorinae alt fəsiləsində yeganə olan bal porsuğu monotipik cins (Mellivora) kimi təsnif edilir. Çox kiçik ölçüsünə baxmayaraq vəhşiliyi və qorxmazlığı ilə tanınır. Ginnesin Rekordlar Kitabı 1998-2003-cü illər üçün nəşrlərində bal porsuğunu "dünyanın ən qorxmaz məməlisi" elan etmişdir. Bal porsuğu orta boylu bir heyvandır (Avropa porsuğundan bir qədər kiçikdir), bədən uzunluğu təxminən 70-75 sm, quyruğu orta hesabla 18-20 sm[-ə (25 sm-ə qədər) çatır. Çəkisi 7 ilə 13 kq arasında dəyişir. Erkəklər dişilərdən bir qədər ağırdır. Bal porsuqunun bədən quruluşu köklü və çömbəlmiş, ayaqları və quyruğu nisbətən qısa, ön pəncələri qazmağa uyğunlaşmış iti pəncələrlə təchiz olunmuşdur. Başı uzunsov və genişdir, qısa iti buruna, kiçik göz və qulaqlara (qulaqların hündürlüyü təxminən 2 sm-ə çatır).
Bal pətəyi
Bal pətəyi və ya Bal şanı — bal və yumurtalarını saxlamaq üçün arıların mumdan hazırladığı yuvacıqlar. Bal pətəyinin qəribə memarlığı tarix boyunca insanların marağına səbəb olmuşdur. Yan-yana altıbucaqlılardan təşkil olunan bu quruluş, son dərəcə dəqiq olub ortalama divar qalınlıqları 0.1 mm-dir. Bu orta rəqəmdən fərqlənmə isə, ən çox 0.002 mm-ə qədərdir. Pətəklərin inşasında həndəsə qaydalarına ideal şəkildə riayət olunur. Dairə, müəyyən bir sabit sahəni əhatə edən ən qısa kənar uzunluğuna malik həndəsi formadır. Məsələn, sahəsi 10 sm² olan kvadrat və dairənin çevrə uzunluqları müqayisə edildikdə dairənin çevrəsinin daha qısa olduğunu görərik. Ancaq bal pətəyinin inşasında vəziyyət heç də belə deyil. Burada bal pətəyinin geniş çərçivəsi, bərabər və daha kiçik sahələrə bölünəcəkdir və bölmə əməliyyatında ən az çevrə uzunluğuna malik quruluş istifadə ediləcəkdir. Çərçivəni, bərabər sahələrə malik kiçik dairələr şəklindəki pətəklərə bölmək istəsək, yuxarıda ifadə edildiyi kimi ən qısa kənar xüsusiyyəti təmin edəcək, fəqət dairələrin kənarları arasında qalan boşluqlar üçün daha çox mum sərf edilmiş olacaqdır.
Bal tortu
Bal şəlalələri
Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir. Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır.
Bal (film, 2010)
Bal — 2010-cu ildə çəkilmiş türk filmidir. Film 60-cı Berlin Beynəlxalq Film Festivalının ən prestijli mükafatı olan "Qızıl Ayı" mükafatını almışdır. Film 16 Fevral 2010-cu ildə 60-cı Berlin Beynəlxalq Film Festivalında tənqidçilərin bəyənməsinə təqdim olunmuşdur. Filmdə Yusifin iç dünyası Qara dənizin möcüzəvi ortamı içərisində göstərilmişdir. Film Yusifin evdə ana-atasıyla, məktəbdə müəllim və dostları ilə olan münasibətlərindən bəhs edir. Yusifin atası arıçıdır, anası isə çay tarlasında çalışır.
Bal Qandahar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.
Bal və yonca
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Əsl bal arıları
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787 Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arı Yarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı Осычнюк А. З., Панфилов Д. В., Пономарева А. А. Надсемейство Apoidea. // Определитель насекомых европейской части СССР. Л., 1978. Т. 3, ч. 1: Перепончатокрылые. С. 279—518.
Bal Qandadhar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Bal arısının virus xəstəlikləri
Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar. Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır. Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir. Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
Azərbaycan baleti
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu. Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi. 1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Azərbaycan balığı (film, 1925)
Azərbaycan balığı qısametrajlı sənədli filmi 1925-ci ildə Azərdövlətkinoda istehsal edilmişdir. Filmdə Azərbaycanda Xəzər dənizi və Kür çayında balıqçılığın inkişaf etdirilməsi və balıq istehsalı müəssisələrinin yaradılmasından danışılır. Filmdə Azərbaycanda Xəzər dənizi və Kür çayında balıqçılığın inkişaf etdirilməsi və balıq istehsalı müəssisələrinin yaradılmasından danışılır. İstehsalat filmi Moskvanın Dövlət Kino-Foto Sənədlər Arxivində saxlanılır.
Azərbaycan süitası (balet)
Azərbaycan süitası — Rauf Hacıyev tərəfindən 1972-ci ildə bəstələnmiş bir pərdəli balet (xoreoqrafik miniatür). Premyera 1972 ildə olub. Baletmeyster Rəfiqə Axundova və Maqsud Məmmədov, rəssam Tahir Tahirov. Soloları Rüfət Zeynalov və Tamilla Məmmədova, Çimnaz Babayeva və Vladimir Pletnyov oynayırdılar.
Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Ağ balıqlar
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Ağ dəniz-Baltik irqi
Ağ dəniz-Baltik irqi — Böyük Avropa irqinin tərkibində kiçik irq. Atlantika-Baltika irqi ilə şimali avropoidləri birləşdirən və depiqmentasiyasının yüksək səviyyəsi ilə səciyyələnən vahid Baltika irqinə aid edilə bilər.. Fin-uqor xalqlarında (karellər, komi-zıryanlar, komi-permyaklar, udmurtlar və s.) rusların şimal qruplarında və belorusların əksəriyyətində üstünlük təşkil edir. Ağ dəniz-Baltik irqi nümayəndələrinin anklavları Baltikyanı ölkələrdə və Skandinaviyada, Mərkəzi Rusiyada və Şərqi Ukraynada mövcuddur. Ağ dəniz-Baltik irqi xüsusiyyətlərinin Ural irqinin elementləri ilə qarışması nəticəsində formalaşdığını ehtimal etmək olar. Ağ dəniz-Baltik irqi nümayəndələrinin dərisinin rəngi çox açıqdır (bəzən cəhrayıya çalır).. Saçları, adətən, yumşaq, düz və açıq rənglidir (təqribən 50%); Atlantika-Baltik irqi nümayəndələrinə nisbətən kürənçalarlıdırlar, həmçinin kişilərin saqqalı və tük örtüyü daha azdır. Başları nisbətən kiçik olan irqin nümayəndələrində mezokefaliya və orta braxikefaliya əlamətləri üstünlük təşkil edir. Atlantika-Baltik irqi ilə müqayisədə üzləri az profilləşmiş, daha yastı və enlidir. Burunları nisbətən qısa və enli,.
Ağ dəniz-Baltik kanalı
Ağ dəniz-Baltik kanalı (rus. Беломо́рско-Балти́йский кана́л) — Ağ dənizi Oneqa gölü ilə birləşdirən kanal. Birinci beşilliyin ən mühüm qurğularından biridir, 1933-cü ildə istifadəyə verilmişdir. Yolun ümumi uzunluğu 227 kilometrdir. Kanalda 19 şlüz, 15 bənd, 49 damba, 12 ənkəc. Kanal SSRİ-nin Avropa hissəsinin dənizləri arasında daxili su əlaqəsinii təmin etmiş, Sankt-Peterburqla (o vaxtlar Leninqrad) Arxangelsk arasındakı yolu 4 min kilometr qısaltmış, ətraf rayonların zəngin meşə və tikinti materialından istifadə imkanını genişləndirmişdir. "Беломорско-Балтийский канал: Указатель литературы". library.karelia.ru (rus). İstifadə tarixi: 2019-12-06. / Сост.: М. Ю. Ванчурова, Н. В. Чикина; авт.
Ağa-bala Hacıyev
Ağa-bala Hacıyev – texniki elmlər namizədi, AR Nazirlər Kabineti Aparatının rəhbəri Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə kimi başlamış, daha sonra çilingər olmuşdur. 1960-1965-ci illərdə Xarkov Dəmir yol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunun (Ukrayna) tələbəsi olmuşdur.1965-1978-ci illərdə Azərbaycan Baş istehsalat energetika və elektrikləşdirmə idarəsinin "Azərenerjisazlama" müəssisəsində mühəndis, baş mühəndis olmuşdur. Sex rəisinin müavini vəzifələrində işləmişdir. 1978-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri, 1983-1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (sonradan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi) sədrinin müavini vəzifəsində çalışmış, komitənin kollegiyasının üzvü təsdiq edilmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşdur. 1991-1994–cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ilin sentyabrından Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəridir. A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür. Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.
Babək (balet)
Babək — Aqşin Əlizadənin 1986cı ildə yazdığı ikipərdəli balet. Libretto Rəfiqə Axundova və Maqsud Məmmədovundur. Quruluşçu rəssamları Tahir Salahov və Tahir Tahirov idi.
Baladadaşın ilk məhəbbəti (film, 1974)
Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".
Baladas En Español
Ballads en Espanol — Roxette qruppunun ispan dilində albomudur.
Baladeh
Baladeh (Fars) — İranın Fars ostanının Kazerun şəhristanının Cereh və Baladeh bəxşində şəhər. Baladeh (Gilan) — İranın Gilan ostanında kənd.
Baladeh (Fars)
Valashahr — İranın Fars ostanının Kazerun şəhristanının Cereh və Baladeh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2015-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,972 nəfər və 856 ailədən ibarət idi.
Baladeh (Gilan)
Baladeh — İranın Gilan ostanında kənd. Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 11 km. cənubda, Ənzəli-Astara avtomobil yolunun 2 kilometrliyindədir.
Baladovdaq
Baladovdaq (lat. Chlamydotis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda baladovdaq cinsinə 1 nümayəndəsi var: Gözəl baladovdaq (Chlamydotis undulata) Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Balaena mysticetus
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Balaena novaeangliae
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Balaena vulgaris
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Balaenicipitidae
Balinabaşlar (lat. Balaenicipitidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
Balaenidae
Əsl balinalar (lat. Balaenidae) — cetacea dəstəsinə aid heyvan fəsiləsi.
Balaenoptera jubartes
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Balaenoptera musculus
Göy balina (lat. Balaenoptera musculus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Cütləşmə və balalama müddətləri çox uzundur. Cənub yarımkürəsində cütləşmə iyul-avqust, Şimalda -yanvara təsadüf edir. Hamiləlik 10–11 aydır. Yeni doğulmuş balanın uzunluğu 7–8 metr olur. Dişilər iki ildən bir balalayır. Bir bala gətirir. Laktasiya müddəti 6–7 aydır. Cinsi yetkinliyə 8–10, başqa məlumata görə 23–30 yaşında çatır.
Balaenoptera omurai
Balaenoptera omurai (lat. Balaenoptera omurai) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Müstəqil növ olaraq 2003-cü ildə molyekulyar-genetik araşdırmalar nəticəsində müəyyənləşmişdir. Bu növün aşkarlanmasında yapon Hideo Omurinin (大村 秀雄) şərəfinə adlandırılmışdır. Növün təstiqlənməsi 20 noyabr 2003 ildə "Nature" jurnalında dərc olunmuşdur. Yapon zooloqları Siro Vada, Masayoki Oisi və Tadasu Yamada muzeylərdə olan Brayde zolaqlı balina və İden zolaqlı balina skeletlərini araşdırdıqdan sonra yeni növün aşkarlanmasını qeydə alırlar. 2015-ci ilin oktyabrında beynəlxalq araşdırmaçılar Madaqaskar sahillərində bir qrup Omuri balinasını aşkarlamışlar. Bu zaman ilk dəfə olaraq növün xüsusiyyətləri müəyyənləşdirilmişdir. Əsasən Sakit okeanın Yaponiya adaları sahillərində yayılmışlar.
Balaenopteridae
Zolaqlı balinalar (lat. Balaenopteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Qan və Bal diyarında (film, 2011)
Qan və Bal diyarında — 2011-ci ildə ABŞ tərəfindən istehsal edilən romantik-dram filmi. Filmin rejissoru Ancelina Colidir. Filmin büdcəsi 13 milyon dollardır. Filmdə Bosniya müharibəsi fonunda müəyyən bir sevgi hekayəsi təsvir edilir.

Digər lüğətlərdə