Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib.1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur. 2013-cü ilin mart ayında kəmərin başqa bir hissəsi dənizə çökür.
Diskurs pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. == Yaranma tarixi == Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.2006-cı ildə diskurs pəncərəsi konsepsiyasının davamı olaraq neokonservativ publisist və siyasətçi Coşua Trevino ideyaların açıq müzakirədə səsləndirilməyə uyğunluğunu təsnifatlaşdırmaq üçün altıpilləli qiymətləndirmə şkalası təklif edir və bu şkalada diskurs pəncərəsinin sərhədlərini qeyd edir.
Lazur pəncərəsi

Overton pəncərəsi

Transfer pəncərəsi
Transfer pəncərəsi — bir futbol klubunun daha əvvəl başqa klubla müqaviləsi olan oyunçuları il ərzində öz siyahısına əlavə edə biləcəyi dövrdür. Belə bir transfer futbolçunun FİFA vasitəsilə yeni klubuna qeydiyyatı ilə tamamlanır.
Qəm Pəncərəsi (1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. == Məzmun == Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. == İstehsal == "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.Film bir il müddətinə hazırlanıb, çəkilişlər isə 3.5 ay ərzində — 1985-ci ilin iyul ayından oktyabr ayına qədər davam edib.
Qəm pəncərəsi (film, 1986)

Qonşuların pəncərəsi (qısametrajlı film, 2019)
Qonşuların pəncərəsi - Marşal Karrinni yazdığı və rejissorluq etdiyi 2019-cu il Amerika istehsalı qısametrajlı fılm. 2020-ci ildə Ən Yaxşı Canlı Aksiya Qısa Filmi üzrə Akademiya Mükafatını qazandı. Film Dayn Veypertin Sevgi və Radio podkastında danışdığı həqiqi hekayədən ilhamlanıb. == Mövzu == Elli və Yakob üç azyaşlı uşaqları ilə Nyu-Yorkda yaşayan 30-lu yaşlar cütlükdür.
Dünya Bir Pəncərədir (1990)
== Məzmun == Filmdə XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilmiş və indi də Bakının gözəl arxitektura incilərindən sayılan, yarandığı dövrün ab-havasını qoruyub saxlayan memarlıq abidələrindən, həmin tikililərin interyerlərindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Akif Nuriyev Elmi məsləhətçi: Şamil Fətullayev (memarlıq elmləri doktoru) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Dünya bir pəncərədir (film, 1990)