Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fatma Pəsənd xanım
Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol – 5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı. == Həyatı == Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi.
Pərənd
Pərənd (fars. پرند‎) — İranın Tehran ostanınında yeni şəhər. Rubatkərim şəhərinin 10 km qərbində və Tehranın 35 km cənub qərbində yerləşir.
Pəşəng
Pəşəng (Fars: پشنگ / Pashang) - Firdovsinin Şahnamə əsərində əfsanəvi Turan xaqanı. Alp Ər Tonqanın (Əfrasiyabın) atası və Tur xanın nəvəsi. == Həyatı == Həyatı haqqında məlumatlar fars şairiFirdovsinin Şahnamə adlı əsərində mövcuddur. Şahnamədə Pəşəng xan haqqında çox məlumat yoxdur və sadəcə Turan xaqaxı Əfrasiyabın (Alp Ər Tonqanın) atası və İran kralı Fəridunun üç oğlundan ( digər oğulları: Səlm və İrəc ) biri olan Turun nəvəsi kimi qarşımıza çıxır.
Dələnd
Dələnd-İranın Gülüstan ostanının Ramiyan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,732 nəfər və 1,981 ailədən ibarət idi.
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Mərənd
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir. Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir. Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir.
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) === Digər növləri === Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum == Tibbi faydaları == Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Səhənd
Səhənd dağı – İranda, Təbriz şəhərinin cənub tərəfində yerləşən və vulkan mənşəli dağ. Dəniz səthindən 3700 m hündürlükdə olan Səhənd dağı və qolları olan Qaflantı, Şibli keçidi, onun Qərbində isə Liqvan yüksəkliyi Təbriz şəhərini əhatə edir. Qaranqu çayı öz başlanğıcını Səhənd dağından alır. Səhənd dağı öz əsrarəngiz gözəlliyi ilə qədim Azərbaycan şəhəri Təbrizin simvollarından biridir.
Vənənd
Vənənd — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erməni tarixçisi Moisey Xorenlinin (V əsr) məlumatına görə bu oykonim ədim türkdilli bulqarlardan Vahandur Vəndin adı ilə bağlıdır. Qafqazdan şm-da və qara dəniz sahillərində yaşamış bulqarlar m.ö. II əsrdə Cənubi Qafqaz ərazisinə gəlmiş və binasını qoymuş olduqları yaşayış məntəqələri də tayfanın başçısının adı ilə bağlı olmuşdur(Vənənd). XII əsrdə Qars vilayətində Vənənd yaşayış məntəqəsi və Vənənd mahalı qeydə alınmışdır. Yaşayış məntəqəsi hələ erkən orta əsrdə oradan gəlmiş ailələrin Naxçıvanda məskunlaşması nəticəsində yaranmış və ona köhnə yurdun adı verilmişdir. Tədqiqatçıların bir qisminin ehtimalına görə toponim Azərbaycanın məhçur Əlvəndi tayfasının adından götürülmüşdür. Oykonim hər iki halda etnotoponimdir. == Tarixi == Vənənd Azərbaycanın tarixi yaşayış məntəqələrindəndir.
Zərənd
Zərənd (Farsca: زرند, Zərənd), İranın Kirman ostanında şəhər. Öz adını daşıyan Zərənd şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 54.745 nəfərdir. Kirman şəhərinin 75 km. şimal-qərbində yerləşən şəhər öz adını daşıyan Zərənd ovasında qurulmuşdur. Şəhər və çevrəsində 22 may 2005-ci il tarixində, Rixter cədvəlinə görə 6.4 şiddətində bir zəlzələ meydana gəlmiş və 250-yə yaxın insan həyatını itirmişdir.. Marsda bir kraterə bu şəhərin adı verilmişdir.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov -- Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Həsən Hami — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Fətullayev — Həsən Adıgözəlov — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir.Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Abarğan (Mərənd)
Abarğan (fars. ابرغان‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,184 nəfər yaşayır (505 ailə).
Alancıq (Mərənd)
Alancıq (fars. النجق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,408 nəfər yaşayır (333 ailə).
Aralan (Mərənd)
Aralan (fars. ارلان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,983 nəfər yaşayır (524 ailə).
Aydın Həsəni
Aydın Həsəni — Azərbaycan kinoprodüsseri. == Həyatı == Azərbaycan Televiziyası Telefilm Yaradıcılıq Birliyi istehsalat şöbəsinin rəhbəri, kinotarixçi və kinematoqrafdır. 120-dən çox televiziya sənədli və bədii filmini ərsəyə gətirib. == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) - direktor Balaş və Mədinə (film, 2003) Bəxtiyar Vahabzadə (film, 2003) Bir ocağın nuru (film, 2001) Böyük sınaq (film, 2003) Çay daşı (film, 2001) Cümhuriyyət generalları (film, 2006) Dədə Qorqud axtarışında (film, 2000) Dönüş (film, 1999) Duz gölü (film, 2001) Əbədi zirvə (film, 1998) Əhməd Bakıxanov (film, 2003) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Girdiman (film, 2003) Haradasan, Mübubət?
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
Arbatan (Mərənd)
Arbatan (fars. ارباتان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,582 nəfər yaşayır (336 ailə).
Asdağı (Mərənd)
Asdağı (fars. اُسداغي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 576 nəfər yaşayır (185 ailə).
Avindin (Mərənd)
Avindin (fars. اويندين‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (89 ailə).
Ağkəhriz (Mərənd)
Ağkəhriz (fars. اغ كهريز‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (6 ailə).
Barıc (Mərənd)
Barıc (fars. باروج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,340 nəfər yaşayır (574 ailə).
Peyvənd
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. == Haqqında == Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Westend.
Jerar Daniel Vestendorp (fr. Gérard Daniel Westendorp; 8 mart 1813, Haaqa, Birinci Fransa İmperiyası – 31 yanvar 1868) — holland əsilli Belçika botaniki. == Elmi fəaliyyəti == Jerar Daniel Vestendorp mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Herbier cryptogamique, ou, Collection des plantes cryptogames et agames qui croissent en Belgique (with A.C.F. Wallays), 1845-1859. Notices sur quelques cryptogames, 1851-1863. Polypiers flexibles de la Belgique. Collection des bryozaires, sertulaires, flustres & spongiaires qu'on rencontre en Belgique, et particuliérement aux environs d'Ostende, 1853. Les cryptogames : classes d'apres leurs stations naturelles, 1854. Description de quelques Cryptogames inédites ou nouvelles pour la flore des deux Flandres, 1863. == Şərəfinə adlandırılmış taksonlar == Aspergillus westendorpii Sacc.
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
Qəşəd
Qəşəd — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.