Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pankration
Pankration — Qədim Yunanıstanda yaradılan bu idman növünün mənası yunancadan tərcümədə "yumruqla güləş" anlamını verir. Yunanıstanda keçirilən Olimpiya oyunlarına daxil edilən bu idman növündə idmançılar çox zədə aldığı üçün sonralar Olimpiya oyunlarının proqramından çıxarılmışdır. Qədim qladiatorların döyüşdüyü bu idman növünün hazırda müasir növü mövcuddur, bu növ üzrə dünya və Avropa yarışları, beynəlxalq turnirlər və müxtəlif idman yarışları keçirilir.
Semyon Pankratov
Semyon Andreyeviç Pankratov (? - ?) — Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Fövqəladə Komissiyanın sədri. Semyon Pankratov 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi hərbi əks-kəşfiyyat şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Əslində onun bu vəzifəyə təini haqda rəsmi Dekret olmayıb. Onun vəzifəsi Həştərxandan 11-ci Ordunun zirehli qatarında Bakıya gələndə ona verilmiş siyahıdakı Azərbaycanlı siyasi, hərbi, polis, dini və ziyalı xadimləri güllələmək idi. Pankratov bu işi aprel-iyun ayları ərzində öz batalyonu ilə icra etmişdir. Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə sui-qəsdlərin və repressiyaların təşkilatçılarından biri kimi tanınır. Bolşevik ÇK-ına qədər qədər Odessada çar ordusunun hərbi əks-kəşfiyyatında işləmişdir. Mənşəcə rus kazak idi. N.Hərimanov onu Baba Əliyevlə əvəz etməyə nail olsa də, ÇK-da və bütün Azərbaycanda real siyasi hakimiyyətin mandatı Moskva tərəfindən ona verilmişdi.