Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parametr
Parametr — (q.yun. παραμετρέω «ölçürəm») — bir çox eyni tip elementlərin oxşarlığını müqayisə etmək üçün qəbul edilən ölçüdür.
Sahə (ölçü parametri)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür.Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Parametrik dövrə
Parametrik dövrə xassələri zamandan asılı olan və qeyri-stasionar sistem operatoru T(t) ilə xarakterizə olunan xətti dövrədir [1]. Belə dövrəyə dəyişən parametrli dövrə də deyilir. Parametrik dövrələrdə giriş siqnalının ugir(t) çevrilmə qanunu uçıx(t) = T(t)• ugir(t) kimidir. Parametrik dövrə termini xətti dövrənin tərkibində parametrlərindən heç olmazsa biri zaman funksiyası olan elementin olması ilə əlaqədardır. Radiotexnikada rezistiv R(t), tutum C(t) və induktiv L(t) parametrik elementlərdən istifadə olunur. Xətti və qeyri-xətti parametrik dövrələri fərqləndirirlər. Xətti parametrik dövrələrdə elementlərin parametrləri qoşulan gərginlikdən asılı olmur. Lakin reaktiv elementlərdən heç olmazsa biri zamanca dəyişir. Xətti parametrik dövrələr dəyişən əmsallı xətti diferensial tənliklərlə ifadə olunur, məsələn, d2x/dt2+a1•(dx/dt)+a0(t)•x=f(t), burada x - dövrənin elementindəki cərəyan və ya gərginlik, f(t) - xarici təsirdir. Xətti parametrik sistemin fərqləndirici xüsusiyyəti elementin parametrini idarə edən köməkçi rəqs mənbəyinin olmasıdır.
Biometrik parametrlәr
Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması == Biometrik parametrlər == Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir. === Barmaq izləri === Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur. Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var: fərdilik və təkraredilməzlik; zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək); bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur).Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır. Barmaq izinin identifikasiyası Barmaq izinə görə identifikasiya-bu ən geniş yayılmış biometrik texnologiyadır.
Simvol obyektinin parametrləri
Simvol obyektinin parametrləri bunlardır: yazılış şəkli, keql, rəng, effekt, sürüşmə, kerninq. Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur: qlif - (ing.glyph, ru глиф) – hər hansı çap simvolu; bir simvolun çap olunmuş görünüşü. Keql şriftin ölçüsüdür.Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Rəng Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur. Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən çox istifadə olunan effektlər bunlardır: Altından xətt çəkilmiş . üstündən xətt çəkilmiş, kölgəli, konturlu, qabarıq, batıq, kiçik baş hərflər, hamısı baş hərflər. Sürüşmə (İndeks) simvolun təməl xəttinə görə yerini müəyyən edir.İki növ sürüşmə olur : aşağı və yuxarı , yəni aşağı indeks və yuxarı indeks.
Simvolun parametrləri
Simvol obyektinin parametrləri bunlardır: yazılış şəkli, keql, rəng, effekt, sürüşmə, kerninq. Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur: qlif - (ing.glyph, ru глиф) – hər hansı çap simvolu; bir simvolun çap olunmuş görünüşü. Keql şriftin ölçüsüdür.Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Rəng Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur. Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən çox istifadə olunan effektlər bunlardır: Altından xətt çəkilmiş . üstündən xətt çəkilmiş, kölgəli, konturlu, qabarıq, batıq, kiçik baş hərflər, hamısı baş hərflər. Sürüşmə (İndeks) simvolun təməl xəttinə görə yerini müəyyən edir.İki növ sürüşmə olur : aşağı və yuxarı , yəni aşağı indeks və yuxarı indeks.
Barometr
Barometr (q.yun. βάρος) – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı və metal (aneroid) Barometrlər olur. Hipsotermometrlər də Barometrlərə aiddir. Mayeli Barometrlərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir. Civəli barometr 1644-cü ildə itakyan fizik və riyaziyyatçı Evangelista Torriçelli tərəfindən kəşf edilmişdir.
Perimetr
Perimetr (yun. περίμετρον — çevrə, yaxud yun. περιμετρέο — ətrafı ölçürəm) — fiqurun sərhəddinin ümumi uzunluğu (əsasən müstəvi üzərində). Uzunluq kəmiyyətləri ilə ölçülür. Bəzən həndəsi fiqurun sərhədini də perimetr adlandırırlar. == Həndəsi fiqurların perimetr düsturları == Müxtəliftərəfli üçbucaq: a+b+c; Bərabəryanlı üçbucaq: 2a+b; Bərəbərtərəfli (düzgün) üçbucaq: 3a; Düzbucaqlı və paraleloqram: 2(a+b); Kvadrat və romb: 4a; Müxtəliftərəfli trapesiya: a+b+c+d; Bərabəryanlı trapesiya: 2a+b+c. == Nümunə == Çoxbucaqlının perimetri onun tərəfləri cəminə bərabərdir. dairənin perimetri (onun çevrəsinin uzunluğu) ;;; P = 2 π r = π d , {\displaystyle P=2\pi r=\pi d,} -yə bərabərdir, burada π {\displaystyle \pi } =3.14159… -sabit, r {\displaystyle r} — dairənin radiusu; d {\displaystyle d} — dairənin diametridir. Üçbucaqla əlaqəli düsturlarda (məsələn üçbucağın sahəsinin Heron düsturu ilə hesablanması zamanı) yarımperimetr anlayışından da istifadə edirlər.
İrem Karamete
İrem Karamete (20 iyun 1993, İstanbul) — Türkiyə rapira qılıncoynatması idmançısı. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısı. 2016 Yay Olimpiya Oyunlarının iştirakçısı. == Həyatı == İrem idmançı ailəsində anadan olmuşdur, atası Mehmet Karamete, Almaniyanın qılıncoynatma komandası və 1976 və 1984 Olimpiadalarında çıxış edən həyat yoldaşı Niliyə məşqçilik etmişdir. İremin böyük bacısı Merve qılıncoynatma ilə məşğul olmuş və millinin heyətində çıxış etmişdir. İstanbulda yerləşən Özyeğin Universitetini bitirmişdir.İrem 10 yaşında qılıncoynatma ilə məşğul olmağa başladı. 2008-ci ildə beynəlxalq yarışlarda debüt etdi. 2013-cü ildən qılıncoynatma dünya çempionatlarında müntəzəm olaraq çıxış edir. 2014-cü ildə o, Türkiyə çempionu oldu. 2015 Qılıncoynatma Dünya Kubokunun mərhələlərində bir neçə mükafat qazanmışdır.