Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paramos
Paramos — And dağlarında, Ekvador və Kolumbiya ərazisində, Kosta-Rika dağlarında, habelə Afrikada Kilimancaro dağında 3 000-4 500 metr hündürlükdə yerləşən dağ-tundra ekosistemi. Paramosda bütün aylarda orta temperatur +4,+8°-dir, hava seyrəkdir, hər gün günortadan sonra yağış yağır və bərk küləklər olur, insolyasiya isə güclüdür. Bu şəraitə uyğun bitki örtüyü vardır. Paramosdan otlaq kimi istifadə edilir. Davamlı meşə xəttinin üstündə, daimi qar xəttinin isə altında yerləşən ərazilər üçün səciyyəvi ekosistemdir.
Paradoks
Paradoks (q.yun. παράδοξος - qəribə, gözlənilməz) — ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər. "Bütün yunanlar yalançıdır" deyən yunan Epimenides tarixə məlum olan ilk paradoksun müəllifidir. Epimenidesin yunan olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaradıb. Bu elə mühakimədir ki, müəyyən hökmün həm həqiqi olmasını, həm də yalanlığını sübut edir. paradoks doğru olan amma insan beynin heç cürə doğru qəbul edə bilmədiyi bir anlayışdır. Məntiqi paradoks-bu bir ziddiyyətdir, hansı ki sonda məntiqi cəhətdən düz olan nəticəyə çıxardır və eyni anda bu bir müzakirədir, hansıki qarşılıqlı fərqlənən fikirlərlə bitir. Paradoksun məntiqi səhvi hələ ki tapılmıyıb, çünki məntiq metodları hələ o qədər mükəmməl deyildi. Amma paralogizmin və sofizmin məntiqi səhvi tapılıb.
Paramore
Paramore — 2004-cü ildə Tennessi ştatının Frenklin şəhərində qurulmuş amerikan rok qrupu. Qrupun hazırda üç üzvü var: Heyli Vilyams, Teylor York və Zak Farro. Qrupun debüt albomu “All We Know Is Falling” 2005-ci ildə buraxılıb. Bu albom Billboard musiqi cərgəsində 30-cu yeri çatıb. Onların ikinci albomu olan “Riot!” 2007-ci ildə təqdim edilib. Albomun məşhur sinqlları “Misery Business”, “Crushcrushcrush” və “That's What You Get” olmuşdur. Albom ABŞ-də RIAA tərəfindən platin sertifikat alıb. Qrup 2008-ci ildə Qremmi mükafatlarında “Ən yaxşı yeni sənətçi” nominantları siyahısına daxil olub. Paramore qrupunun 2008-ci ildə yayımladığı üçüncü studiya albomu “Brand New Eyes” Billboard 200 cərgəsinin 2-ci pilləsinə yüksəlmişdir. Albomda yer alan “The Only Exception” sinqlı bir çox ölkədə hitə çevrilmişdir.
Parazoa
Parazoa (lat. Parazoa) — heyvanlar aləminə aid heyvan yarımaləmi.
Porajmos
"Porajmos", Qaraçı holokostu, Qaraçı soyqırımı (rom. Porajmos; mənası – azərb. Dağıdılma‎), Parrayimos (rom. Porajmos; mənası – azərb. "Kəsmək" , "Parçalamaq" , "Dağıtmaq"‎) və ya Samudaripen (azərb. kütləvi qətliam‎) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası tərəfindən Şərqi Avropa ərazisində yaşayan qaraçı xalqına qarşı sistematik şəkildə həyata keçirilmiş soyqırım aktı. 1935-ci ilin 26 noyabr tarixində Nürnberq qanunları olaraq tanınan, Avropada yaşayan etnik alman və yəhudi xalqlarının sinifləndirildiyi qanunlara yeni əlavələr edilmiş və bununla da qaraçılar irqin təməllərini sarsıdan düşmənlər olaraq təsinfatlandırılmışdır. Bu dəyişikliklərlə Üçüncü Reyxin gözündə qaraçı ilə yəhudilərin eyni tərəzidə olduğu və aralında heç bir fərqin qoyulmadığı mesajı verilmişdir. Bu səbəbdəndir ki, Holokost soyqırımının gedişatında etnik qaraçıların qətliamlarına da, rast gəlmək mümkündür. Holokost ilə Poraymos tarixi bir-birilə sıx bağlıdır.
Poraymos
"Porajmos", Qaraçı holokostu, Qaraçı soyqırımı (rom. Porajmos; mənası – azərb. Dağıdılma‎), Parrayimos (rom. Porajmos; mənası – azərb. "Kəsmək" , "Parçalamaq" , "Dağıtmaq"‎) və ya Samudaripen (azərb. kütləvi qətliam‎) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası tərəfindən Şərqi Avropa ərazisində yaşayan qaraçı xalqına qarşı sistematik şəkildə həyata keçirilmiş soyqırım aktı. 1935-ci ilin 26 noyabr tarixində Nürnberq qanunları olaraq tanınan, Avropada yaşayan etnik alman və yəhudi xalqlarının sinifləndirildiyi qanunlara yeni əlavələr edilmiş və bununla da qaraçılar irqin təməllərini sarsıdan düşmənlər olaraq təsinfatlandırılmışdır. Bu dəyişikliklərlə Üçüncü Reyxin gözündə qaraçı ilə yəhudilərin eyni tərəzidə olduğu və aralında heç bir fərqin qoyulmadığı mesajı verilmişdir. Bu səbəbdəndir ki, Holokost soyqırımının gedişatında etnik qaraçıların qətliamlarına da, rast gəlmək mümkündür. Holokost ilə Poraymos tarixi bir-birilə sıx bağlıdır.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Hao kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Qramos
Qramos (yun. Γράμμος) — Yunanıstanın şimal-qərbindəki dağ silsiləsi. Albaniya ilə sərhəd yaxınlığında yerləşir. Ən hündür zirvəsi dəniz səviyyəsindən 2522 metrdə yerləşən Suka-Petsikdir (Τσούκα Πέτσικ). 1946–1949-cu illər Yunanıstanda vətəndaş müharibəsi zamanı şiddətli döyüşlərin baş verdiyi yer olmuşdur. Гра́мос // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Asparagus paragus
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Paradox Interactive
Paradox Interactive — İsveçin Stokholm şəhərində yerləşən, kompüter oyunlarını inkişaf etdirən, əsasən qlobal tarixi strategiyalar (xəritə üzərində oynanılan) videooyunları yaradan bir şirkətdir.
Parakas yarımadası
Parakas (isp. Península de Paracas) — Peru sahillərində yerləşən, Sakit okeanının suları ilə yuyulan yarımada. İka regionunun cənubunda qərarlaşır. Yarımadanın adı Keçua dilindən tərcümədə «para»—"yağış" və «aso»—"qum" mənasını verir. Yarımadanın bu cür adlanmasının səbəbi burada qum fırtınalarının baş verməsidir. Parakas yarımadasının sahillərini Peru cərəyanı yuyur. Soyun cərəyan bura planktonları cəlb edir. O isə öz növbəsində bura balıq, dəniz məməliləri və quşları cəlb edir. 1975-ci ildə yarımadanın bir hissəsində Parakas milli parkı təşkil edilmişdir. Təqribi olaraq b.e.ə 750 - 100 burada insanlar yaşamışdır.
Yaşıl paradoks
Yaşıl paradoks (alm. Das grüne Paradoxon‎) — alman iqtisadçısı Hans-Verner Zinnin mübahisəli kitabı, zaman keçdikcə yaşıllaşan, lakin qalıq yanacaq sahibləri üçün milliləşdirmə rolunu oynayan, onları resurs hasilatını sürətləndirməyə və buna görə də qlobal istiləşməni sürətləndirməyə təşviq edən ekoloji siyasətlər haqqında müşahidəni təsvir edir. Yaşıl Paradoks arqumenti fundamental, qaçılmaz faktın tanınması ilə başlayır: yanan qaz, kömür və ya neftdəki hər bir karbon atomu atmosferə buraxılır (əgər yanma his əmələ gətirməyəcək qədər səmərəli olarsa). Atılan karbonun təxminən dörddə biri atmosferdə demək olar ki, əbədi olaraq qalacaq və qlobal istiləşməyə səbəb olan istixana effektinə töhfə verəcək. Meşələrin salınmasından başqa, yalnız iki şey atmosferdə karbonun yığılmasını azalda bilər: ya yerdən daha az karbon çıxarmaq, ya da enerjini yığdıqdan sonra onu yeraltına qaytarmaq. Ekoloji siyasət səyləri, xüsusən də Avropada, alternativ, CO2-siz enerji mənbələrini və daha səmərəli enerji istifadəsini təşviq etmək məqsədi daşıyan birinci istiqamətdə irəliləyir. Hər iki yanaşma karbohidrogenlərə tələbatı azaltmalıdır. Müəllif, xüsusən də Hans-Verner Zinn, bərpa olunan enerjiyə dəstək sxemlərinin az təsir göstərdiyini iddia etsə də, o, yanacaq istehlakı və istehsalı üçün hökumət dəstəyini nəzərdən qaçırır. OECD hesabatına görə, bu cür dəstək OECD ölkələrində və əsas inkişaf etməkdə olan iqtisadiyyatlarda yüksəkdir və ildə 160-200 milyard ABŞ dolları təşkil edir. Bu dəstəyin emissiyaların azaldılması və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə mane olduğu bildirilir.
Paramore (albom)
Paramore — ABŞ rok qrupu Paramore-un dördüncü studiya albomu. 5 aprel 2013-cü ildə Fueled by Ramen tərəfindən buraxılıb.
Alamos (Qafqaz)
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Aramus guarauna
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Paranoa su anbarı
Paranoa su anbarı (port. Lago do Paranoá) — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur. «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir. 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir. Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır.
Teseyin gəmisi (paradoks)
“Teseyin gəmisi” və ya Tesey paradoksu - əşyaların mahiyyətinə dair paradoksdur. “Əgər obyektin bütün tərkib hissələri dəyişdirilibsə, obyekt həmin obyekt olaraq qalırmı?”. Plutarxın ötürdüyü yunan mifində deyilir ki, Teseyin Kritdən Afinaya qayıtdığı otuz avarlı gəmi Falerli Demetrinin dövrünədək afinalılar tərəfindən mühafizə olunub saxlanırdı. Gəmi təmir olunduqca köhnə lövhələr tədricən yeniləri ilə əvəz olunurdu və buna görə də, filosoflar arasında “bu hələ həmin gəmidirmi?” mövzusunda mübahisələr yaranmışdı . Yunan filosofu Heraklit bu paradoksun həlli yolu kimi “bir çaya iki dəfə girmək olmaz” iddiasını səsləndirmişdir . Aristotelin fəlsəfi məktəbinə uyğun olaraq, obyektin bir neçə xarakteristikası var: forma, material və əşyanın mahiyyəti. Aristotelin təliminə görə, əşyanın mahiyyəti ən vacib əlamətdir və “Teseyin gəmisi”nin mahiyyəti dəyişmədiyindən o, həmin gəmi olaraq qalır. Digər bir yanaşmaya görə, əşyalar kəmiyyət və keyfiyyət əlamətlərinə görə eyniləşdirilə bilərlər. Bu halda, lövhələr dəyişdirildikdən sonra Teseyin gəmisi kəmiyyətcə həmin gəmi olsa da, keyfiyyətcə artıq başqa gəmidir. Filosof Con Lokkun nəzərdən keçirdiyi variantda söhbət corabdan və yamaqlardan gedir və ilkin corabla tamam yamaqlardan ibarət corab qarşılaşdırılır Teseyin gəmisi paradoksu Terri Pratçettin “Beşinci elefant” kitabında xatırlanır.
Erik Ramos
Erik Fabian Ramos — Paraqvay futbolçusu, "Neftçi Bakı" klubunun eks-oyunçusu və Paraqvay milli futbol komandasının oyunçusu. == Karyera == === Klub karyerası === Erik Ramos Karapequada doğulub. Karyerası boyunca Ramos Paraqvayda və Azərbaycanda "12 oktyabr", "3 fevral", "Rubio Nyu", "Neftçi Bakı" futbol klublarında oynayıb. 2012-ci ilin yayında Erik Ramos "Neftçi Bakı" ilə 1 illik icarə müqaviləsi imzalayıb. İlk mövsümdə o klubu ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi və Azərbaycan kubokunun sahibi olub. 2012–2013-cü il mövsümündən sonra 2 klub öz aralarında transfer barədə anlaşa bilməyib və Erik Ramos Paraqvaya qayıdıb. 2014-cü ilin iyununda "Neftçi Bakı" Erik Ramosun klubuna transfer üçün pul ödəyib və müqavilə imzalanıb. 2015–2016-cı il mövsümündəki Azərbaycan kubokunun finalından sonra Erik Ramos klubda qalmayacağını bildirib. === Milli === Erik Ramosun Paraqvay milli futbol komandasında debütü 2012-ci ildə olub.
Nataliya Ramos
Nataliya Nora Ramos Koen (ing. Nathalia Norah Ramos Cohen; 3 iyul 1992, Madrid) — ABŞ aktrisası.
Ruy Ramos
Ruy Ramos (d. 9 fevral 1957) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 32 oyun keçirib, 1 qol vurub.
Beverli Ramos
Beverli Ramos (24 avqust 1987, San Xuan, Puerto-Riko) — Puerto-Rikonu təmsil edən marafonçu. Beverli Ramos Puerto-Rikonu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Beverli Ramos birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneələrlə qaçış yarışlarında qüvvəsini sınadı və təsnifat mərləhəsini 9 dəqiqə 55.26 saniyəyə qət edərək 12-ci yeri tutdu. Beverli Ramos növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 71-ci yeri tutdu.
Serxio Ramos
Serxio Ramos (30 mart 1986[…]) — Pari Sen-Jermen FK-nın müdafiəçisi. Real Madrid İspaniya La Liqası Qalib (5): 2006/07, 2007/08, 2011/12, 2016/17 İspaniya Superkuboku Qalib (4): 2008/09, 2012/13, 2017/18, 2019/20 İspaniya Kral Kuboku Qalib (2): 2010/11,2013/14 Çempionlar Liqası Qalib (4): 2013/14,2015/16,2016/17,2017/18 Klublararası Dünya Çempionatı Qalib (4): 2014, 2016, 2017, 2018 UEFA Superkuboku Qalib (3): 2014/15, 2016/17, 2017/18 PSJ Fransa Liqa 1 Qalib (1): 2021/22 Fransa Superkuboku Qalib (1): 2022/23 İspaniya U-19 U-19 Avropa Çempionatı Qalib (1): 2004 İspaniya Avropa Çempionatı Qalib (2): 2008, 2012 Dünya Çempionatı Qalib (1): 2010 Karyerasına Sevilya FK-da başlayıb. Burada 2003-2004 sezounda 5 oyunda meydana çıxdı. Ancaq heç bir qol vura bilmədi. Növbəti sezon da da Sevilya Futbol Kulubunda oynadı. Bu mövsümdə 23 oyun keçirən Ramos 2 qolla yadda qaldı. Sevilya ilə ilk qolunu 26 iyul 2004-cü ildə Real Sosyedad ilə oynanılan oyunda vurub.Matç Sevilyanın 2-1 hesablı üstünlüyü ilə qurtardı. 2005-ci ildə Ramos 27 milyon avro qarşılığında Sevilyadan Real Madridə transfer olundu. O, Real Madridin kapitanı səviyyəsinə yüksəlib. İlk mövsümündə 4 qol vurub.
Toni Ramos
Toni Ramos (port. Tony Ramos); 25 avqust 1948) — Braziliyalı aktyor. 1968 - O Pequeno Mundo de Marcos... Tony 1971 - Diabólicos Herdeiros 1976 - Ninguém Segura Essas Mulheres... Gugu 1984 - Noites do Sertão... Miguel 1987 - Leila Diniz... sr. Diniz 1989 - Minas-Texas 1997 - O Noviço Rebelde... Dr. Filipe 1997 - Pequeno Dicionário Amoroso...
Augustin Pyramus de Candolle
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. == Dekandolun şərəfinə adlandırılmış taksonlar == Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Qaradöş qaqar
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaradöş sərçə
Qaradöş sərçə,İspan sərçəsi və ya söyüd sərçəsi (Passer hispaniolensis) sərçəkimilər ailəsinin bir üzvüdür.Əsasən Aralıq dənizi regionunda cənub-qərbi və mərkəzi Asia zonasında məskunlaşmışdır Ev sərçəsi ilə sıx bağlılığı ilə seçilirki bu da və hər 2 növ bioloji hibrid olaraq Aralıq dənizi sahillərində rast gəlinir,bu da növün taxomaniyasında,təsnifləşdirilməsində problem yaradır. İspan sərçəsi olduqca böyükdür,beləki onun uzunluğu 15-16 sm (6-6.5 in) -ə çatır və ağırlığıda 22-36 q aralığında dəyişir.BU ev sərçələrində çox az böyük və ağırdır , həmçinin daha uzundur . Erkəklərin tükləri ev sərçələrinin tükləri ilə eynidir.ancaq alt hissələrindəki çoxlu qara cizgi olması ilə seçilir.boz tacları və ağ yox boz yanaqları var Dişilərin tükləri ev sərçələrindən ciddi şəkildə fərqlənməsədə onlar arasında da fərqlər var.Dişinin yanaqları yüngül cizgili və soluq krem rəngli kürək cizgiləri var İki alt növ aşşınmış çoxalma xəzlərində çox az fərlilik göstərir,ancaq hər iki cinsdədə qış quş tüklərində fərqliliklər mövcuddur. Erkək yuvasında nümayiş olunarkən,sərçəninkindən bir az fərqli çağrı edir.Bu çağrı sərçə səsinə bənzər,ancaq yüksək səslə və yüksək pərdəli chveeng-chveeng, cheela-cheeli olaraq yazılan səslər çıxardır Ev sərçələri yumşaq və daha çox tschilp kimi səslər çıxardır ,əsasən ərazilərinə girən və çıxan quşlar üçün istifadə olunur.İspan sərçəsinin digər çağrıları demək olar ev sərçəsinin ki ilə eynidir.Yuvada cütləşmiş çiftlər tərəəfindən yumşaq bir quer quer quer,axın quşları tərəfindən isə quer-it uçuş çağrısı verilir və chur-chur-it çağrısı təhdid hallarında istifadə olunur.. İspanyol serçe Passer cinsi ve serçe ailesi Passeridae cinsindeki ev serçesinin yakın bir akrabasıdır İspan sərçəsi Passer cinsi və Passeridae sərçə ailəsinin üzvü ev sərçəsi ilə qohumdur Onun taksonomiyası, Aralıq dənizində olan ev sərçəsi ilə meydana gələn "bioloji qarışıqlıq" çox mürəkkəbdir. Aralıq dənizinin əksəriyyətində iki növdən biri və hər ikisi hibridizmi yalnız məhdud dərəcədə baş verir. Apennin Yarımadası və Korsikada iki növ əvəzinə, İspan sərçəsi ilə ev sərçəsi arasında olan bir sərçə tipi İtalyan sərçəsi ilə əvəzlənir.
Əhməd Yaramış
Ahmet Yaramış (türk. Ahmet Yaramış; 1968, Çorum) — türk professor. 20 aprel 2020-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Tarix Cəmiyyətinin rəhbərliyinə təyin edildi, 22 iyul 2020-ci ildə istefa etdi. 1968-ci ildə Çorumda anadan olan Yaramış, ibtidai və orta təhsilini Amasya şəhərinin Merzifon ilçəsində oxumuş, daha sonra orta məktəb təhsilini İskilipdə tamamlamış, universitet təhsilini isə Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində almışdır. Qazi Universiteti (1993) ve Konnektikut universitetində (1996) magistr təhsili almışdır. Daha sonra “II Mahmud dövründə Asakir-i Mansure-i Muhammediye, 1826-1839” adlı tezis ilə Ankara Universitetində doktoranturanı müdafiə etmişdir. 1991-1993-cü ildə Ankaranın Gölbaşı mahalında Milli Təhsil Nazirliyində tarix müəllimi olaraq çalışdı və 1993-cü ildə Afyon Böyüktəpə Universiteti dil və ədəbiyyat fakültəsi tarix bölməsinin tədqiqatçı köməkçisi vəzifəsinə təyin edildi. 2002-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə professor oldu. 20 aprel 2020-ci ildə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə başladı və 22 iyulda istefa verdi.