Paramos
Paramos — And dağlarında, Ekvador və Kolumbiya ərazisində, Kosta-Rika dağlarında, habelə Afrikada Kilimancaro dağında 3 000-4 500 metr hündürlükdə yerləşən dağ-tundra ekosistemi. Paramosda bütün aylarda orta temperatur +4,+8°-dir, hava seyrəkdir, hər gün günortadan sonra yağış yağır və bərk küləklər olur, insolyasiya isə güclüdür. Bu şəraitə uyğun bitki örtüyü vardır. Paramosdan otlaq kimi istifadə edilir. Davamlı meşə xəttinin üstündə, daimi qar xəttinin isə altında yerləşən ərazilər üçün səciyyəvi ekosistemdir.