Parakas yarımadası
Parakas (isp. Península de Paracas) — Peru sahillərində yerləşən, Sakit okeanının suları ilə yuyulan yarımada. İka regionunun cənubunda qərarlaşır. Yarımadanın adı Keçua dilindən tərcümədə «para»—"yağış" və «aso»—"qum" mənasını verir. Yarımadanın bu cür adlanmasının səbəbi burada qum fırtınalarının baş verməsidir.
Parakas yarımadasının sahillərini Peru cərəyanı yuyur. Soyun cərəyan bura planktonları cəlb edir. O isə öz növbəsində bura balıq, dəniz məməliləri və quşları cəlb edir. 1975-ci ildə yarımadanın bir hissəsində Parakas milli parkı təşkil edilmişdir.
Təqribi olaraq b.e.ə 750 - 100 burada insanlar yaşamışdır.