Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Craniopagus parasiticus
İki tərəfli üz — patologiyada "Craniophagus Parasiticus" adlanır. Belə hallarda bir bədəndə iki siam əkizlərinin kəllə qutusu bitişməyə başlayır. 1896-cı ildə nəşr olunan "Tibbin anomaliyalari və qeyri-adilikləri" kitabında maraqlı hadisə qeyd olunub. Belə ki, Edvard Mordreyk adlı şəxs iki üzlə anadan olub. O, İngiltərənin imkanlı ailəsinin varisi olub. Bütün tanışlar onun haqqında müsbət fikirdə idilər. Onu görənlər ön tərəfdən üzünün çox yaraşıqlı olduğunu deyirdilər. Ancaq başının arxa hissəsində yerləşən üzü əksinə çox çirkin olub. Onun dediyinə görə gecələr ikinci üzü ona iblisyana sözlər pıçıldayırmış. Hətta onun ön üzü güləndə arxa üzünün kədərləndiyi halları da olub.