Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akronixiya
Akronixiya (lat. Acronychia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi.
Patronimiya
Patronimiya — sinifsiz cəmiyyətin son dövründə, patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. Patronimiyanı 1931-ci ildə M.O.Kosven kəşf etmişdir. Kosvenə görə patronimiya da nəsil kimi ekzoqam.olmuşdur. Xarici etnoqrafiyada patronimiyanın sinonimi linecdir. (ingiliscə nəsillərin xətti). Düşmən təhlükəsini dəf etmək üçün qəbilələr (qohum və ya qonşu) müvəqqəti ittifaqlarda birləşirdilər. Müdafiə məqsədi ilə yaranan qəbilə ittifaqları əksər hallarda öz ictimai-iqtisadi mənafeləri naminə ittifaqı uzun müddət üçün saxlayırdılar (irokezlərin liqası, kriklərin konfederasiyası). Bəzi hallarda isə hərbi təhlükənin sovuşmasından sonra ittifaqlar dağılırdı. Qəbilə ittifaqları sinfi cəmiyyətə keçid dövründə yaranmışdır. Hərbi demokratiya dövrü adlanan bu dövrdə seçkili rəhbərlərlə yanaşı hərbi sərkərdələrin də ictimai rolu yüksəlirdi.
Turş akronixiya
Turş akronixiya (lat. Acronychia acidula) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin akronixiya cinsinə aid bitki növü. Mənşəcə Avstraliyanın tropik meşələrinə aid kiçik boylu ağac növüdür. Meyvəsi xoş ətirli və turş olduğuna, eləcə də şirəyə əlavə edilməsi, qənnadı məhsullarının hazırlanmasında istifadə olunduğuna və görə daha çox tanınmışdır. Ağac tez boy atır və onubuna görə də onu müntəzəm olaraq budamaq lazım gəlir.