Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parkalar
Parkalar – Qədim Roma mifologiyasında tale ilahələri. Yunan mifologiyasında moyralara uyğun gəlirlər. İnsanın taleyi üç parkanın – Nona, Desima və Mortanın əlindədir. Nona (lat. Nona) – həyat ipini əyirir (moyra Kloto ilə eynidir). Detsima (lat. Decima) – ipi hörür (moyra Laxezis ilə eynidir). Morta (lat. Morta) – ipi kəsərək insan həyatına son qoyur (moyra Atropos ilə eynidir). == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Parsabad
Parsabad və ya Parsa Abad (farslaşdırılmazdan öncəki tarixi adı Qoçkəndi, bəzi qaynaqlarda həmçinin Muğanşəhr kimi də qeyd olunub) — İranın Ərdəbil ostanında şəhər, Parsabad şəhristanının inzibati mərkəzi. Şəhər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhədində yerləşir, Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan və Füzuli rayonlarına yaxın məsafədə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 93,387 nəfər yaşayır (26,505 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == Coğrafiya == Araz çayı bu şəhərin yaxınlığından axır.
Marsala
Marsala — İtaliyanın Siciliya regionunda şəhər.
Parslar
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. == Etimologiya == "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. == Tarixi == VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Farsala
Farsala (yun. Φάρσαλα) — Yunanıstanda qədim Farsala şəhərinin yerində mövcud olan kiçik bir şəhər. Dəniz səviyyəsindən 160 metr hündürlükdə, Profitis İlias dağının yamacında, Enipefsa çayının yaxınlığında, Larissadan 38 kilometr cənubda, Volosdan 48 kilometr qərbdə və Afinadan 187 kilometr şimal-qərbdə yerləşir. Fessaliya periferiyasında Larissa periferik vahidində eyniadlı icmanın (dima) inzibati mərkəzi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 9298 nəfər əhali yaşayır. Fessaliya və ümumiyyətlə Yunanıstanın böyük kənd təsərrüfatı mərkəzidir. Əhalinin böyük hissəsi kənd təsərrüfatında (pambıqçılıq və maldarlıq) və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğuldur. == Tarix == Arxeoloji tapıntılar Farsala ərazisində əhalinin neolit dövründən davamlı olaraq məskunlaşdığını göstərir. Ayia-Paraskevi (yun. Αγία Παρασκευή) qayasında, Apidanos çayının (Απιδανός) mənbəyində, şəhərin şimal-qərbində Miken yaşayış məntəqəsi aşkar edilmişdir.
Parsabad şəhristanı
Parsabad şəhristanı — Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Parsabad (Qoçkəndi) şəhəridir. Şəhristan Azərbaycan Respublikasının Beyləqan, Biləsuvar, Füzuli və İmişli rayonları ilə həmsərhəddir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 164,576 nəfər və 34,456 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Parsabad şəhəri
Parsabad və ya Parsa Abad (farslaşdırılmazdan öncəki tarixi adı Qoçkəndi, bəzi qaynaqlarda həmçinin Muğanşəhr kimi də qeyd olunub) — İranın Ərdəbil ostanında şəhər, Parsabad şəhristanının inzibati mərkəzi. Şəhər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhədində yerləşir, Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan və Füzuli rayonlarına yaxın məsafədə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 93,387 nəfər yaşayır (26,505 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == Coğrafiya == Araz çayı bu şəhərin yaxınlığından axır.
Paralar (Həştrud)
Paralar (fars. پارالار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (42 ailə).
Mərkəzi bəxşi (Parsabad)
Parsabad mərkəzi bəxşi (Farsca: بخش مرکزی شهرستان پارس‌آباد‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşın 2006-cı il əhali sayımına görə əhalisi 122,923 nəfər və 26,307 evdir.
Parsabad mərkəzi bəxşi
Parsabad mərkəzi bəxşi (Farsca: بخش مرکزی شهرستان پارس‌آباد‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşın 2006-cı il əhali sayımına görə əhalisi 122,923 nəfər və 26,307 evdir.
Parçala və idarə et
Parçala və idarə et (lat. dīvide et īmpera) — siyasətdə və sosiologiyada dövlət hakimiyyəti prinsipi, hansına ki, tez-tez heterogen hissədən ibarət olan dövlətlərin hökumət müraciət edir və rəqiblərini bölərək ya da onları bölünmüş vəziyyətdə tutaraq zəif vəziyyətdə buraxmaq istəyən dövlətlərin istifadə etdiyi strategiyadır.
Parçala və idarə et (alqoritm)
İnformatikada parçala və idarə et (ing. divide and conquer (D&C)) rekursiyaya əsaslanan alqoritm dizayn paradiqmasıdır. Parçala və idarə et alqoritmi məsələni rekursiv olaraq iki və ya daha çox alt məsələrə bölərək, ən sadə hal üçün həll edir. Alt həllərin sonradan birləşməsi ana məsələnin həllini verir. Parçala və idarə et bir çox tip məsələni, o cümlədən sıralama (quicksort, mergesort və s ), böyük rəqəmlərin vurulması (misal üçün Karatsuba alqoritmi), ən yaxın cüt nöqtələrin tapılması, sintaktik analiz və kəsilən Furye tansformasiya (FFT) məsələlərini həll etmək üçün effektiv texnikadır. == Parçala və idarə et == Parçala və idarə et bəzən alqoritmlərdə istifadə edilərək məsələni yalnız bir alt məsələyə bölür. Misal üçün [[ikili axtarış]] alqoritmində axtarılan qiymət bu üsulla tapılır (və ya analoji olaraq ədədi hesablamalarda, kökün tapılması üçün istifadə olunan bisection alqoritmi). Belə məsələləri parçala və idarə et alqoritmindən daha effektiv üsulla həll etmək olar. Belə ki, əgər bu məsələlərdə quyruq rekursiyası (ing. ing.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osm. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Ömər və Osman paşalar
Osmanlı ordusunun azərbaycanlı paşaları Bu xanzadələr 1856-57-ci illərdə Türkiyəyə mühacirət etmiş və orada ömürlərinin sonuna qədər Paşa (general) rütbəsində hərbi və mülki hökumət xidmətlərində olmuş iki qardaş, Ömər bəy və Osman bəy Allahverdi bəy oğlu Qasımxanlılardır. Mustafa xana (1763 – 1844) qədər müəyyən vaxt kəsiyində Şirvana xanlıq etmiş Məmməd Səid xanın (1729 — 1769) nəticələri, onun oğlu Qasım xanın (1763 — 1828) nəvələri və nəvəsi Allahverdi bəyin (1796 — 1824) oğlanlarıdırlar. Mustafa xanın atası Ağası xanla (1731 -1789) Məmməd Səid xan doğma qardaşlardır, ataları Allahverdi bəy Əsgər bəy oğlu (? – 1767) Xançobanılar tayfasınm Ali-Sərkar nəslindındirlər. Ali-Sərkar sərkar ailəsi, sərkar xanədanı deməkdir. Sərkar ismi farsca “sər” -baş, başçı və “kar”- iş, xidmət mənası verən iki söz birləşməsidir. Dilimizdə indi də “sərdar”, “sərkar”, “sərlövhə” kimi bır sıra sözlər işlənməkdədir. Burada Ali-Sərkar “Başçılar ailəsi”, “Başçılar xanədanı” mənasında işbnmişdir. Xançobani tayfasından olan Əsgər bəyin nəslinə verilmiş bu san son Şirvanşahlar dövründən gəlir. Deyilənə görə bu nəslin babaları o zaman saray xidmətçisi olmuşlar, şahlarla qohumlaşmış, müəyyən bir vəzifə daşımış və saray əyanlarından sayılmışlar.