Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Partenogenez
Partenogenez - cinsi çoxalmanın xüsusi növüdür. Bu zaman yeni orqanizm mayalanmamış yumurta hüceyrədən inkişaf edir. Beləliklə də, qeyri-cinsi çoxalmada olduğu kimi irsi məlumatların mübadiləsi baş vermir. Bitkilərdə baş verən analoji proses apomiksis adlanır. Təbii partenogenezin aşağldaki növləri var. fakultativ mütləq tsiklik Bəzi heyvanlarda istənilən yumurta heceyrə mayalanma getmədən və eləcə də mayalanmadan sonra inkişaf etmək xüsusiyyətinə malik olur. Bu, fakultativ partenogenez adlanır və əsasən arılarda, qarışqalarda təsadüf olunur. Bu zaman mayalanmış yumurta hüceyrədən dişilər, mayalanma getməyən yumurta hüceyrədən isə erkəklər əmələ gəlir. Bu, heyvanlarda partenogenez cinslərin arasında olan nisbətin nizamlanması üçün uyğunlaşma vəsaitidir. Mütləq partenogenezdə yumurta mayalanma getmədən inkişaf edir.