Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmməd Əliyev (patofizioloq)
Məmməd Xası oğlu Əliyev — Azərbaycan Tibb Universtetinin Patoloji fiziologiya kafedrasının tədris işləri üzrə müdirı, tibb elmləri doktoru, professor (2011). == Həyatı == Əliyev Məmməd Xası oğlu 15 sentyabr 1956-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində qulluqçu ailəsində anadan olub. 1963-cü ildə Darbaz kənd orta məktəbinin birinci sinifinə getmiş, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1975-ci illərdə Bolnisi rayon Darbaz kəndində "Telman" adına kolxozda kolxozçu işləmişdir. 1975-ci ildə Azərbaycan Tibb Universitetinin sanitariya-gigiyena fakültəsinə daxil olmuşdur. Təhsil iləərində yüksək təhsil göstəricilərinə görə "Lenin" təqaüdü almışdır. 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək institut Elmi Şuranın qərarı ilə patoloji fiziolgiya kafedrasında saxlanılmış və aspiranturaya daxil olmuşdur. 1985-ci ildə "Terminal vəziyyətlərdə qan və limfanın laxtalanma pzulmaları və onların korreksiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Patoloji fiziologiya kafedrasında assistenti (1985), baş müəllimi (1987), dosent (1996), professor (2006) vəzifələrinə seçilmişdir. 2006-cı ildə "Postreanimasyon ensefalopatiyanın patogenezində limfanın laxtalanması və toxumaların limfodrenajının pozulma mexanizmləri, onlarin korreksiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.