Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Patriot (komiks)
Patriot- Amerikan komiks kitablarında "Marvel Comics" tərəfindən 3 fərqli personajın adı. Bunlar Qızıl era personajı Cefri Meys və müasir dövr qəhrəmanları Eli Bredli, Reyşaun Lukasdır.
MIM-104 Patriot
MIM-104 Patriot— ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-nin əsas müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Patriot sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli MIM-14 Nike-Hercules və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan MIM-23 Hawk komplekslərini əvəz etmişdir. Bütün bunlara əlavə olaraq, Patriot sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunmuşdur. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir.Patriot kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub. Bu sistem ABŞ Ordusunun silahlanmasına daxil edildikdən sonra Niderland, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rumıniyaya satılmışdır. 2006-cı ildə Şimali Koreyanın Yapon dənizi yaxınlığında ballistik raket sınağı və yeraltı nüvə testi həyata keçirməsindən sonra Cənubi Koreya da Almaniyadan ikinci əl Patriot sistemi satın almağa qərar vermişdir. Polşa da ABŞ-yə məxsus bir divizion Patriot zenit-raket kompleksinə ev sahibliyi edir. Bu raket sistemləri ilk olaraq Polşanın Moronq şəhərində yerləşdirilsə də, sonradan Rusiya tərəfinin etirazları nəticəsində bu komplekslər Rusiya ilə sərhəddən daha uzaqda yerləşən Torun və Ustka şəhərlərinə köçürülmüşdür. 4 dekabr 2010-cu il tarixində NATO Suriya vətəndaş müharibəsinin baş verməsi səbəbilə Patriot raket sistemlərinin Türkiyə ərazisində yerləşdirildiyini açıqlamışdır.Patriot raket sistemi 1991-ci ildə baş vermiş Körfəz müharibəsi ərzində İraq tərəfindən atılan 40-a yaxın Skad ballistik raketini zərərsizləşdirməyi bacarmışdır.