Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Respublika Perinatal Mərkəzində yanğın (2024)
Respublika Perinatal Mərkəzində yanğın — 2024-cü il yanvarın 9-da saat 3:35-də Xətai rayonu ərazisində Respublika Perinatal Mərkəzində baş vermiş yanğın hadisəsidir. Yanğın nəticəsində yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq ölmüşdür. == Hadisə == 2024-cü il yanvarın 9-da saat 03:35-də Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın baş vermişdir. Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev yanğının bir otaqda 35 m² sahəni əhatə elədiyini, binanın dörd və üçüncü mərtəbələrində olan pasiyent və personalın təxliyə olduğunu bildirmişdir. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri aparılmışdır. Hadisə yerinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlmişdir. Qısa müddət ərzində söndürülmüşdür. Hadisə yerinə həmçinin Daxili İşlər Nazirliyinin polisləri də səfərbər edilmişdir. Yanğının birinci saatlarında TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsinin reallaşdığını, 1 nəfər mühafizəçisinin isə tüstüdən zəhərlənmə səbəbi ilə hospitalizasiya olunduğunu bildirmişdir. Səhər saat 6 radələrində hadisə yerində olan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunduğunu, xəstələrin təxliyəsi davam etdiyini qeyd etmişdir.
Prenatal dövr
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Hamiləliyin əlamətləri == Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır. Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər. == Hamiləliyin diaqnostikasi == Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur. Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir: Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.