Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reytinq
Reytinq (ing. rating) — hansısa bir obyektin və ya halın əhəmiyyətini və ya nüfuzunu göstərən say göstəricisi. Reytinq nümunələri : Məşhur şəxsin (siyasət, mədəniyyət və s. sahəsində) populyarlıq dərəcəsi. Fiziki və ya hüquqi şəxsin kredit skorinqi. Elo reytinqi — siniflənmə siyahısında oyunçunun qiymət göstəricisi. Kredit reytinqi - kredit etibarlılığı. Dünya reytinqi — dünya reytinq agentliklərinin aqreqatoru.. Televiziya proqramlarının populyarlığının televiziya reytinqi Yaş reytinqi — film, televizya verilişinin və videooyunun məzmunu. Biznes-reytinq — müəssisələrin sahə, dövlət və digər kriteriyalar üzrə reytinqi.
Peyin
Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.
Yohan Heyzinq
Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü. Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi. 1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ).
Karel Eytinq
Karel Eytinq (11 fevral 1998-ci ildə Amsterdamda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. Eytinq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Berqsma öz peşəkar karyerasında debütünü 12 avqust 2016-cı ildə etmişdir. O, Almere Siti klubu ilə qarşılaşmada bütün 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Almere Sitiyə 4–1 hesabı ilə qalib gəlmişdir. 2 Aprel 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.
Sara Peylin
Sara Peylin — Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin 2006-ci ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilib. O, 2008-ci ildə Con Makkeynlə bir yerdə vitse-prezident postu uğrunda mübarizə aparıb. Seçkilərdə məğlubiyyətdən sonra 2009-cu ildə Alyaska qubernatoru postunu tərk edib.
FIVB reytinq siyahısı
FIVB dünya sıralaması ¹Qadınlar. ²Kişilər.
Aksiya rol-pleyinq oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Head-up display (geyminq)
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Qarğıdalı (peyin) böcəyi
Qarğıdalı (peyin) böcəyi lat. Pentodon idiota Hrbst.-Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Xarici görünüşünə görə adi peyin böcəklərini xatırladır. Başı bədədninə nisbətən çox da böyük olmayıb, qırışıqlıdır. Bığcıqları 20 buğumludur, nəhayəti üç qısa lövhə ilə bitir. Qabaq kürəkciyi qabarıqdır, irəli tərəfdən sıxılaraq nazilmişdir, kənarları girdədir. Qanad üstlüyü qabaq kürəkcikdən bir az enlidir və qarıncığın axırıncı buğumunu örtmür. Ön ayaq baldırlarının xarici tərəfində üç, daxili tərəfində isə bir tikancıq vardır. Böcəyin uzunluğu 15–25 mm-dir.