paybəstə 2021
paycıqarası
OBASTAN VİKİ
Paycıqlı quşüzümü
Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.

Digər lüğətlərdə