Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eiffel
Eiffel – obyekt-yönlü proqramlaşdırma dili; 1985-ci ildə Bertran Meyer (Bertrand Meyer) tərəfindən işlənib hazırlanıb. Onun əsas özəllikləri: təkrar istifadəlilik, yəni konkret modulun birdən artıq proqramda istifadə olunmaq imkanı və genişlənmə qabiliyyətidir.
Riffli fəvvarəsi
Riffli fəvvarəsi (alm. Ryfflibrunnen‎, ([ˈrifːli])) İsveçrənin Bern şəhərinin Aarbergerqasse küçəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Arbalet kapitanın heykəli ilə bəzədilmiş fəvvarənin layihəsi Hans Ginqin köməkçiləri tərəfindən tərtib edilmişdir. Döyüşçüyə silisiumlu tüfənglə silahlanmış kiçik ayı yoldaşlıq edir. Bu fəvvarə XIV əsrə aid və şəhərin mərkəzində yerləşmiş qədim taxta fəvvarənin yerində, 1545-ci ildə ucaldılmışdır. XIX əsrin ortalarınadək fəvvarə Qolatenmattqassbrunnen adı ilə məşhur idi. Fəvvarənin indiki adı isə, çox guman ki, Laupen döyüşü zamanı məqsədönlü şəkildə III Yordanı qətlə yetirmiş əfsanəvi atıcı Rifflinin adından götürülmüşdür. Sakinlər iddia edirlər ki, heykəli yaratmaq təşəbbüsü hələ çox qədim zamanlarda, düşman qoşunlarının Bern qalasını alan zaman yaranmışdı. Bundan başqa digər fərziyyələrə əsasən, heykəlin siması həddindən artıq kapitan Anton Güderə bənzəyir.
Piyalə Paşa
Piyalə Paşa(d. 1515 - ö. 1578) — Qanuni Sultan Süleyman dövründə 14 il kapitanı dərya vəzifəsində olmuş və mühüm qələbələr qazanmış bir Osmanlı dövlət xadimi və dənizçisidir. == Həyatı == Əslən xarvatdı. Atası sonradan müsəlman olaraq Əbdürrəhman adını almışdır. Mohaç müharibəsindən sonra Macarıstandan yığılan bir uşaq kimi kiçik yaşlarda Endurana gətirilib burada təhsil almışdır. 1547-ci ildə qapıçıbaşı olaraq saraydan çıxmışdır. Sonra Gelibolu bəylərbəyi olmuşdur. 1553-cü ildə aldığı bəylərbəylik ilə kapitanı dərya adı verilmiş və kapitanı dərya adını 1567-ci ilə qədər saxlamışdır. 1555-ci ilin yazında əmrində olan 60 gəmidən ibarət donanma ilə və Turqut Rəislə birlikdə Fransaya yardıma göndərilib.
Aerotermik pillə
AEROTERMİK PİLLƏ -(yun.thermos- isti) - havanın temperaturunun 10° düşməsini müşahidə etmək üçün qalxmaq lazım olduğunu metrlə göstə ən hündürlükdür.
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Geometrik pillə
== Geometrik pillə == Geometrik pillə- yerin müəyyən dərinliyində yerləşən sabit illik temperatur təbəqəsindən ( izotermik təbəəqə) dərinliyə doğru getdikcə temperaturun 1 dərəcə artması üçün müşahidə edilən məsafəyə( metrlə) deyilir. Geotermik pillə relyefdən, süxurların istilik keçirmə qabiliyyətindən, vulkan ocaqlarına yaxınlığından, yeraltı suların sirkulyasiyasından və s-dən asılı olaraq dəyişir. Geotermik pillənin maksimal göstəricisi 137,8m olub ABŞ-nin Alabama ştatında, minimal kəmiyyəti isə 6,7m olmaqla Oreqon ştatında (ABŞ) qeydə alınmışdır, orta kəmiyyəti 33m-ə bərabərdir.
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Piyalə Paşa məscidi
Piyalə Paşa məscidi (osm. پیاله پاشا جامع Piyale Paşa Camii) və ya Tərsanə məscidi — Türkiyədə, İstanbul şəhərinin Bəyoğlu ilçəsinin Kasımpaşa məhəlləsində yerləşən XVI əsrə aid Osmanlı məscidi. == Tarix == Piyalə Paşa məscidi Osmanlı imperatoru memar Mimar Sinan tərəfindən vəzir və böyük admiral Piyalə Mehmed Paşa üçün dizayn edilmişdir. Məscid 1565-1573 -cü illərdə tikilmişdir. == Memarlıq == Böyük bir mərkəzi günbəzə malik olan Sinan tərəfindən hazırlanmış digər məscidlərdən fərqli olaraq, Piyalə Paşa məscidi hər birinin diametri təxminən 9 metr (30 ft) olan, üç sırada düzülmüş altı eyni günbəz ilə inşa edilmişdir. Məscid Vasat Atik Əli Paşa məscidi ilə birlikdə İstanbuldakı iki çoxqübbəli məsciddən biridir. Qübbələr namaz qılınan yerin mərkəzindəki bir cüt nazik qranit sütunla dəstəklənir. Minarə qiblənin əksi istiqamətindəki divarın ortasında yerləşir. Minarə 19-cu əsrin ortalarında yenidən qurulmuşdur. Məscidin üç daxili divarı üzərində kobalt-mavi fon üzərində yazılmış ağ süls skriptində yazılar olan bir sıra İznik saxsısı ilə örtülmüşdür.
Piyalə və ox
Piyalə və ox — Novruz bayramı ve digər el şənliklərində təşkil edilmiş atüstü oyun. == Oyun haqqında == Orta əsrlərdə geniş yayılmış bu oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Melumata görə, oyunda bir neçə nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ile dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən, eyni yerdə yana çevrilib ox atırdılar. Oxlar qıjıltı ile piyalənin yanından ötüb-keçir. Serrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalıb sayılır ve piyalədən tökülən sikkələr ona çatır.
Yarıq boyu pillə
Yarıq boyu pillə – (rus. уступ приразломный, ing. fault line scarp) bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaran­mış pillə. Ekzogen qüvvələr nəti­cəsində relyefdə əksini tapmış, tek­tonik qırılma. Denudasiya proses­ləri nəticəsində kəskin dəyişilmiş olur.