PILE

pile1

n I 1. paya, dirək; bridge ~ körpü dirəyi; to drive iri a ~ paya vurmaq; 2. ot saplağı, ot gövdəsi

n II 1. bağlama, topa, yığın, qalaq; a ~ of books bir bağlama kitab; a ~ of stones bir topa / yığın daş; a ~ of logs bir qalaq / yığın şalban; a ~ of wood bir qalaq odun; 2. dəfn tonqalı (bəzi ölkələrdə, məs. Hindistanda meyiti yandırmaq üçün qalanan); 3. nəhəng bina; 4. d.d. var-dövlət, çoxlu pul; to make one’s ~ var-dövlət yığmaq; 5. fiz. nüvə reaktoru; uranium ~ uran reaktoru

n III 1. yun; tük; narın tük; 2. liftik; the thick ~ of a bath towel hamam dəsmalının qalın tiftiyi

pile2

v I paya vurmaq

v II 1. topa yığmaq, sıra ilə üst-üstə yığmaq; to ~ logs on each other şalbanları sıra ilə üst-üstə yığmaq; Money was slowly piled up by his father Pulu onun atası yavaş-yavaş / tədricən yığdı; 2. yükləmək, yük vurmaq; bir-birinin üstünə tökmək / yığmaq; to ~ coal on a fire ocağa kömür tökmək; 3. d.d. hərəkət etmək; bir yerə toplaşmaq; The tourists piled towards the exit Turistlər çıxışa toplaşdılar

PILCHARD
PILES
OBASTAN VİKİ
Astragalus piletocladus
Tüklü gəvən (lat. Astragalus piletocladus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Bulbophyllum pileatum
Bulbophyllum pileatum (lat. Bulbophyllum pileatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Lonicera pileata
Şapkalı doqquzdon (lat. Lonicera pileata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Mitch Pileggi
Mitch Pileggi, (5 aprel 1952), İtalyan əsilli ABŞ aktyoru Mitch Pileggi — Walter Skinner rolu ilə Məxfi materiallar serialında məşhurlaşmışdır. Pilegginin çəkildiyi məşhur filmlər arasında; Dallas, Walker, Texas Ranger və Çin Çimərliyi filmləri də vardır. 1994–2002 illərdə ardıcıl çəkildiyi Məxfi materiallar (The X-Files) teleserialında müdir müavini Walter Skinner rolunda çəkilmişdir. Komandir Steven Cadwell rolunu canlandırdığı "Stargate Atlantis" adlı teleserial da çəkildiyi məşhur ekran əsərləri arasındadır.
Piledriver (seks pozası)
Piledriver seks pozalarından biridir. Əsl koperin aşağıya doğru hərəkəti ilə müqayisə edilərək belə adlandırılmışdır. Mövqe, yoqa halasana pozasına bənzər bir pozada, qabaq tərəfə əyilmiş, yaxud da arxası üstə uzanan cinsi partnyor tərəfindən həyata keçirilir. Digər partnyor ayaq üstə dayanır və qəbul edən partnyorunun vaginasına və ya anusuna penis və ya başqa bir əşyanı daxil edir.
Pilehrüd (piləçay)
Piləçay - Ərdəbil əyalətində 14 kənddən ibarətdir, Nəmin şəhərinin mərkəzi hissəsi, bu kənd Azərbaycan Respublikası ilə sərhəddə yerləşir.
Pilenay
Pilenay qalası — Litvada orta əsrə aid bir qala. Litva tarixində qala qəhrəmanlıqla müdafiə olunması ilə məşhurdur. == Pilenayın müdafiəsi == Knyaz Marqirisin başçılıq etdiyi tarixi müdafiə, 1336-cı il fevralın 25-də qala Tevton ordeni tərəfindən mühasirəyə alındıqda baş vermişdir. Qalaya yürüş Qrand Master Ditrix fon Altenburq tərəfindən əmr edildi. Onun məqsədi birbaşa Prussiya ilə sərhəddə yerləşən Jemaytiyanın mühüm qalasını dağıtmaq olur. Pilenay və ətrafnın sakinləri özlərini daha böyük bir düşməndən qorumağın mümkün olmayacağını başa düşdükdə, düşmənin heç bir dəyər əldə etməməsi üçün bütün əmlaklarını məhv edərək kütləvi intihar etmək, həmçinin qalanı yandırmaq qərarına gəldilər. Tevton ordeni tabe olmaqdan və qul olmaqdansa ölməyi üstün tutdular. Əvvəlcə sakinlər əmlaklarını yandırdılar, qalaya atəş vurdular. Sonra kişilər, qadınlar və uşaqlar intihar etdilər. Livoniyalı salnamələrə görə əvvəlcə yaşlı keşiş yüzdən çox qala müdafiəçisi - kişilər, qadınlar, uşaqları bir balta doğradı.
Pileocalyx
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Ramon Pileta
Ramon Pileta (20 mart 1977) — Honduraslı cüdoçu. Ramon Pileta Hondurası 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ramon Pileta birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyaın nümayəndəsi Rafael Silva ilə üz-üzə gəldi. Həmin görüşdə Ramon Pileta rəqibinə 0:110 hesabı ilə uduzdu.