Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piktoqrafiya
Piktoqrafiya (lat. pictus – cizmək, çəkmək) — Məlumatın rəsm və ya rəsm ardıcıllığı ilə verilməsinə deyilir. İlk yazı növü – piktoqrafiya (şəkli yazı, heroqlif) qədim Şərqdə icad edilmişdir. Qədim şumerlər, hindlilər, elamlar piktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq üçün istifadə etmişlər. E.ə. IV minilliyin sonunda piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda müstəqil yazı yaradıcılığı olmuşdur. Sonra onlar yeni yazılar meydana çıxardılar. Bunlar mixi heroqlif və s. olmuşdur.
Petroqrafiya
Petroqrafiya - süxurların mineraloji və kimyəvi tərkibi, quruluş və teksturu, yatım şəraiti, yayılması, mənşəyi, yer qabığı və onun səthində dəyişilmə qanunauy­ğun­luqları haqqında elm. Terminoloji etimoloji baxımdan keçən əsrin ikinci yarısından başlayaraq işlədilən daha dəqiq "Petrologiya" termini ilə eyni məna daşıyır. Petrologiya terminin geniş tətbiqi, petroqrafiya təsviri elm kimi qəbul olunması meylini gücləndirmişdir. Süxur tiplərindən asılı olaraq maqmatik, metamorfik, çökmə süxurlar petroqrafiya ayrılır. Süxurların xassələrinin xüsusiyyətinə görə petrokimya, petrofizika, petrotektonika, eksperimental petroqrafiya kimi mühüm, habelə müstəqil "Kosmik petroqrafiya" bölmələrini ayırırlar. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.