Plagiatlıq
Plagiat (fr. plagiat lat. plagium — oğurlamaq) — elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi.
Plagiatlıq bu digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdir.
Plagiatlıq prosesi və bu prosesin tərkib hissələrinə, eləcə də plagiatlığa qarşı mübarizə üsullarına həsr edilmiş çoxlu işlər mövcuddur. Əksər işlərdə plagiatlıq
mətn tipli mənbələrdə rast gəlinən bu və yaxud digər təzahür formasına görə növlərə ayrılır:
Mətni köçürmə "olduğu kimi", "dırnaq işarəsi olmadan və mənbəyə istinad etmədən
istinad edilməyən mənbədən mətnin elementlərinin (cümlələrin, sözlərin) ardıcıllığını dəyişməklə istifadə edilməsi
istinad edilməyən mənbədən müəyyən elementin (əsas frazanın, söz birləşməsinin) mənimsənilməsi
istinad etmədən frazaları dəyişməklə
istinad etmədən məlumatın adı və məlum informasiya kimi verilməsi
ideyanın istinad etmədən, hardansa eşitdiyi kimi verilməsi
özünün və ya digərinin əvvəlki işlərini istinad vermədən yeni ideya kimi verilməsi
haqqı ödənilməklə öz işində digərinin ideyalarından istinad etmədən istifadə edilməsi
istinad etmədən mənbələrdəki ideyaların proqram təminatından istifadə etməklə və yaxud onlayn tərcümə vasitəsilə mənimsənilməsi
haqqı ödənilməklə digərinin işini bilavasita və ya tərcümə etdirməklə mənimsənilməsi
Plagiatlıq anlayışının məqsəddən asılı olaraq da növlərə ayırmaq olar:
birbaşa plagiatlıq — mətnin eyni ilə, dəyişiklik etmədən köçürülməsi
sərbəst plagiatlıq — öz işlərinə istinad etmədən istifadə etmək
mozaik plagiatlıq — müəyyən hissəsini dəyişməklə sinonimlərdən istifadə etməklə
təsadüfi plagiatlıq — bilmədən və ya digər sahələrdə məlum olan, lakin tədqiqat sahəsində yeni olan ideyaların qeyri-qanuni mənimsənilməsidir.
R. Əliquliyev, N. Ağayev, R. Alıquliyev. Plagiatlıqla mübarizə yolları. Bakı: İnformasiya texnologiyaları, 2015, 165 s.