Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Planetologiya
Planetologiya — planetləri və onların peyklərini, həmçinin Günəş sistemini və kainatın digər planetlərini öyrənən elmlər kompleksi. Elm mikrometorlardan nəhəng qaz məkanına qədər böyük bir sahəni öyrənir. Planetologiya planet və onların peyklərin fiziki xüsusiyyətlərini, kimyəvi tərkibini, üst quruluşunu və onların formalaşmasını və inkişafını da öyrənir. Planetologiya fundamental elmlər arası elm olaraq Yer haqqında elmlərdən və astronomiyadan başlanğıc götürür. Bu gün artıq onun özünün sahə elməri vardır. Ora planet geologiyası , fiziki coğrafiya, atmosfer elmləri, nəzəri planetologiya və ekzoplanetlərin tədqiqi daxildir. Eyni zamanda onunla yaxın sahələrdə çalışan kosmos fizikası, astrobiologiua və Günəşin digər planetlərə təsirini öyrənən elmlər də vardır. Planetologiyanın nəzəri və praktiki sahələri vardır. Yerüstü müşahidələri sonradan kosmik gəmilərin ölçüşu zamanı yoxlana bilir. Həmçinin meteor hissələrini laboratoriyalarda analiz etməklə də nəzəri bilikləri yoxlamaq olur.