Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Populus
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi. === Yalançı ağqovaq — P.pseudonivea === Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb.
Populus alba
Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Populus angustifolia
Populus angustifolia (lat. Populus angustifolia) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus balsamifera
Balzam qovağı — (lat.
Populus deltoides
Kаnаdа qоvаğı — (lat.
Populus fremontii
Populus fremontii (lat. Populus fremontii) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus gracilis
Qələmə qovağı — (lat.
Populus grandidentata
Populus grandidentata (lat. Populus grandidentata) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Arealı == Populus grandidentata növü Kanadanın qərbindən ABŞ-nin cənub-şərqinə qədər yayılmışdır. == Sinonim == Populus tremula subsp.
Populus guzmanantlensis
Populus guzmanantlensis (lat. Populus guzmanantlensis) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus heterophylla
Populus heterophylla (lat. Populus heterophylla) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus hyrcana
== Ümumi yayılması == Gürcüstanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Lənkəran rayonu ərazisində təbii halda yayılmışdır. Azərbaycanın nadir bitkisidir. EN B2ab(i,iii). Talış dağlarının orta dağ və düzən meşələrində, çay sahili boyunca və rütubətli dərələrində bitir. Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 15-25 m hündürlükdə ağacdır. Bitkinin gövdəsinin rəngi ağımtıl boz rəngdədir. Qabığının üzərində çatlar vardır. Cavan zoğları az keçətüklü olub, sonradan isə çılpaqlaşır.
Populus ilicifolia
Populus ilicifolia (lat. Populus ilicifolia) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus italica
İtаliyа qovağı (lat.
Populus nigra
Qaraqovaq — (lat. Populus nigra L.) — Söyüd fəsiləsinə adi bitki növü. == Ümumi yayılması: == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. Azərbaycanda yаyılmаsı: Qubada, Naxçıvan MR-nın dağ və düzən yer-lərində, Diabar, Samur Dəvəçi ovalığı, St.yaylası, Alazan-Əyriçay çökəkliyində, Kür-Araz düzənliyi və ovalığında təbii hаldа yаyılmışdır. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yеr: == Arandan başlayıb оrtа dаğ qurşağına qədər tuqay mеşələrində, çаy sаhili bоyuncа rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır.
Populus nivea
== Ümumi yayılması == Rusiya, Gürcüstan, Kiçik Asiya, Əfqanıstan, Çin və Himalayda təbii arealları vardır. == Azərbaycanda yayılması == Böyük Qafqaz (Quba sahəsi) – Samur Dəvəçi ovalığı Kür düzənliyi Kür-Аraz ovalığından aşağı dağ qurşağına qədər yerləşən ərzilərdə, çayların sahillərində təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yer == Dəniz səviyyəsindən aşağı dağ qurşağına qədər ərazilərdə rütubətli çay sahələrində yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Qışda yarpaqlarını tökən, tezböyüyən iri gövdəli, çətiri ağacdır. Uzanmış zoğların yarpaqları Populus hybrida növündə olduğu kimidir. Gövdələrinin qabığı çat-çatdır, tünd boz və ya qonur boz rəngədədir. Tumurcuqlarında çoxlu pulcuq vardır, çox vaxt yapışqanlı və ətirlidir. Qısa zoğların yarpaqları meyvə gətirdiyi dövrdə alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx narın keçətüklüdür.
Populus pseudonivea
== Ümumi yayılması == Rusiya, Gürcüstan, Kiçik Asiya, Əfqanıstan, Çin və Himalayda təbii arealları vardır. == Azərbaycanda yayılması == Böyük Qafqaz (Quba sahəsi) – Samur Dəvəçi ovalığı Kür düzənliyi Kür-Аraz ovalığından aşağı dağ qurşağına qədər yerləşən ərzilərdə, çayların sahillərində təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yer == Dəniz səviyyəsindən aşağı dağ qurşağına qədər ərazilərdə rütubətli çay sahələrində yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Qışda yarpaqlarını tökən, tezböyüyən iri gövdəli, çətiri ağacdır. Uzanmış zoğların yarpaqları Populus hybrida növündə olduğu kimidir. Gövdələrinin qabığı çat-çatdır, tünd boz və ya qonur boz rəngədədir. Tumurcuqlarında çoxlu pulcuq vardır, çox vaxt yapışqanlı və ətirlidir. Qısa zoğların yarpaqları meyvə gətirdiyi dövrdə alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx narın keçətüklüdür.
Populus schischkinii
Şişkin qovağı (lat. Populus schischkinii) — Söyüd fəsiləsinə adi bitki növü == Təbii yayılması == Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. == Ekologiyası == İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Azərbaycanda yayılması: Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır. == İstifadəsi == Tez böyüyən, dekorativ ağacdır.
Populus suaveolens
Әtirli qovaq — (lat. Populus suaveolens) — Söyüd fəsiləsinə adi bitki növü == Ümumi yayılması == Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir. == Ekologiyası == Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbi halda yayılmışdır.
Populus tremula
Əsməqovaq və ya titrək qovaq (lat. Populus tremula L.) — Söyüd fəsiləsinə adi bitki növü Populus tremula L. (P. pseudotermula N. Rubtz., P. termula — var. P. microtermula Grossh.) Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. == Yarpaq == Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. == Çiçəkləməsi == Mart == Meyvə verməsi == Mart-Aprel == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, bəzən Nax. dağ. Orta, nadir hallarda aşağı dağ qurşaqlarında. (850–2000 m d.s.y.) == Yaşayış mühiti == Meşələrdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman kimi istifadə olunur.
Populus tremuloides
Populus tremuloides (lat. Populus tremuloides) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus trichocarpa
Populus trichocarpa (lat. Populus trichocarpa) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus tremula subsp. grandidentata
Populus grandidentata (lat. Populus grandidentata) — söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Arealı == Populus grandidentata növü Kanadanın qərbindən ABŞ-nin cənub-şərqinə qədər yayılmışdır. == Sinonim == Populus tremula subsp.
Proprioseiopsis poculus
Proprioseiopsis poculus (lat. Proprioseiopsis poculus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis poculus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Viburnum opulus
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Ekoloji qrup və bitdiyi yerlər == Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Pozulmuş torpaqlar
Pozulmuş torpaqlar - insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması ilə ətraf mühitə təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini və qiymətini itirən torpaq sahələridir. == Pozulmuş torpaqların inventarlaşdırılması == Münbitliyi pozulmuş və çirklənmiş torpaqların qüvvədə olan təlimatlarının tələbinə müvafiq olaraq yayılma areallarını və keyfiyyətini təyin etməklə xəritələşdirilmək və qeydiyyatının aparılması prosesidir.