Portlend (ada)
Portlend adası (ing. Isle of Portland) — La-Manş boğazında yerləşən, 6 km (4 mil) uzunluğa və 2,4 km (1,5 mil) enə malik ada. Portlend Ueymutdan 8 km cənubda yerləşir. İngiltərənin Dorset qraflığının ən ucqar cənub nöqtəsini təşkil edir. Tombolo üzərində A354avtomagistralı yerləşir. Portlendin əhalisi 12 400 nəfər (2010) təşkil edir.
Özünün qədim relyef və geologiyasına görə fərqlənir. Onun adı Britaniya dəniz rayonlarından birinə, Şimali Amerika və Avstraliya şəhərlərindən bir qisminə verilmişdir. Xüsusi olan Portlend daşı Britaniya və dünya arxitekturasında istifadə edilir: BMT baş qərargahı.
Portlend və Ueymut arasında yerləşən buxtada dünyanın ən böyük texnogen havanlarından biridir.