Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pozğunluq
Pozğunluq — cəmiyyətin qəbul edən adətləri, moral prinsipləri və yüzilliklərlə formalaşmış normaları inkar etməkdir.
Bipolyar pozuntu
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır. Deyə bilərsiz ki, hər insanda bu hal dəyişimi görmək mümkündür. Yəni elə anlarımız olur ki, bir mövzu haqda əvvəl müsbət fikirdə olsaq da, daha sonra həmin mövzu bizə cəlbedici gəlməyə bilər və ona tamamilə əks mövqedən yanaşa bilərik. Bəzən daha enerjili, bəzənsə yaşadığımız həyatın mənasız olduğu düşüncəsinə də qapıla bilərik. Ancaq bu xəstəlikdən əziyyət çəkən insanlardakı emosianal dəyişimi çox güclü şəkildə görmək mümkündür. Hətta bu, insanı maniakal depressiv vəziyyətə də çatdıra bilər. Bu xəstəliyə əvvəllər "maniakal depressiv pozuntu" da deyilirdi.
Psixi pozuntu
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.