POZĞUNLUQ

is.
1. Əxlaqsızlıq, mənən pozulmuş adamın hal və keyfiyyəti.
[Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn.

2. Nizamsızlıq, qarışıqlıq, pərakəndəlik, ixtilaf, pərtlik, dilxorluq. Məclisə pozğunluq düşmək.
– …Süfrə başında pozğunluq yaratmaq istəmədim. M.S.Ordubadi.

// Məğlubiyyət, yenilmə. Pozğunluğa uğramaq.
3. Pərişanlıq, xarablıq. Əhvalın pozğunluğu. – Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi: – Nə eləyim, ay arvad.
Bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • POZĞUNLUQ nasazlıq — kefsizlik
  • POZĞUNLUQ dağınıqlıq — qarışıqlıq — nizamsızlıq
  • POZĞUNLUQ bərbadlıq — xarabalıq — viranəlik
  • POZĞUNLUQ əxlaqsızlıq — azğınlıq — yavalıq — ədəbsizlik
  • POZĞUNLUQ pozğunluq bax 1. əxlaqsızlıq, fahişəlik; 2. pərişanlıq
POZĞUNLAŞMAQ
POZİ́SİYA
OBASTAN VİKİ
Pozğunluq
Pozğunluq — cəmiyyətin qəbul edən adətləri, moral prinsipləri və yüzilliklərlə formalaşmış normaları inkar etməkdir.
Psixoloji pozğunluq
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Dissosiativ pozğunluqlar
Disosyativ pozğunluqlar — insanda şəxsiyyət, yaddaş, qavrayış və ətraf muhit ilə əlaqədər duyumlar kimi normalda bir bütün halında çalışan funksiyaların bütövlüyünün pozulmasıdır. Dissosiyasya əksəriyyətlə travmaya qarşı bir müdafiə mexanizmi kimi ortaya çıxır. Xəstəlik bu şəkildə travmadan qaçmağı təmin edərkən eyni zamanda travma insanın həyatı üzərindəki təsirini də gecikdirir. == Növləri == Dissosyativ pozulmalar 5 alt qrupta təhlil olunur. === Dissosiyativ amneziya === Ən çox rast gəlinən dissosiyativ pozğunluqdur. Adətən, stress və travmatik hadisələrə müşayiət edir. Həddindən artıq psikososyal hadisələrdən sonra inkişaf etdikdə bu diaqnozu qoymaq doğru olar. Çünki bu cür hafizə itkiləri beynində yaranan üzvi pozuntulardan da irəli gəlir. Əsas əlamətləri; Müəyyən bir hadisənin yada düşməməsi, insanın bütün həyatını yada salmaması və ya müəyyən bir zaman dekabrını yada salmaması, ya da hər şeyi unutması kimi tanınır. === Dissosiyativ fuqa === Amneziyanın bir növü də sayıla bilər.
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı (ing. Diagnostic and Statistical Manual of mental disorders — DSM) — ABŞ-ın psixi pozğunluqlar üçün nomenklaturası. Amerika Psixiatriya Assosiasiyası (APA) tərəfindən hazırlanmış və nəşr edilmişdir. Klassifikatorun 2013-cü ildə buraxılmış son versiyası DSM-5 2022-ci ildə DSM-5-TR adı ilə yeniləndi. 1952 — DSM-I 1968 — DSM-II 1973 — DSM-II (homoseksuallıq ilə 6-cı təkrar buraxılış çıxarıldı) 1980 — DSM-III 1987 — DSM-III-R (R — revised) 1994 — DSM-IV 2000 — DSM-IV-TR (TR — ing.

Digər lüğətlərdə