Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filipp Peten
Filipp Peten (fr. Henri Philippe Benoni Omer Joseph Pétain; 24 aprel 1856[…], Qoşi-a-la-Tur[d], İkinci Fransa İmperiyası – 23 iyul 1951[…], Port-Juanvil[d]) — Fransa hərb və dövlət xadimi, Fransa marşalı (21.11.1918), Birinci Dünya müharibəsi zamanı fransız ordusunun komandanı (15.05.1917-ci ildən). 1940—1944-cü illərdə Fransada Vişi rejimi adlanan kollaborsionist avtoritar hökumətin başçısı olmuşdur. Kollaborsionizm (fr. collaboration) anlayışı Petenə məxsusdur.
Pərənd
Pərənd (fars. پرند‎) — İranın Tehran ostanınında yeni şəhər. Rubatkərim şəhərinin 10 km qərbində və Tehranın 35 km cənub qərbində yerləşir.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) === Digər növləri === Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum == Tibbi faydaları == Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Aşağı Rəvənd (Urmiya)
Aşağı Rəvənd (fars. روندسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Fatma Pəsənd xanım
Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol – 5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı. == Həyatı == Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi.
Yuxarı Rəvənd (Urmiya)
Yuxarı Rəvənd (fars. روندعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (22 ailə).