Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prix Femina Etranger
Femina — Fransanın Ədəbiyyat üzrə nüfuzlu mükafatı.
Anastasiya Prixodko
Anastasia Prixodko (ukr. Анастасія Костянтинівна Приходько, Anastasiya Kostyantynivna Prykhodko; rus. Анастаси́я Константи́новна Прихо́дько, Anastasiya Konstantínovna Prikhodko; 21 aprel 1987, Kiyev, SSRİ) — Ukraynalı müğənni. == Həyatı == Anastasiya Prixodko 21 aprel 1987-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "Mamo" mahnısı ilə təmsil etmişdir. Finalda 91 xalla 11-ci olmuşdur. == Həmçinin bax == Mamo == İstinadlar == == Xarici keçidlər == Anastasiya Prikhodko.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. == Mənbə == Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Erix
Erix — kişi adı. Erix Abraham — Alman Piyada generalı. Erix Fayql — Avstriya taixçisi. Erix Frid — yazıçı, şair və tərcüməçi Erix Reder — alman hərb xadimi, qross-admiral. Erix Hartmann — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu. Erix fon Manşteyn — Üçüncü Reyxin ən məşhur generalı.
Erix Frid
Erix Frid (6 may 1921[…], Vyana – 22 noyabr 1988[…], Baden-Baden, Baden-Vürtemberq) — Avstriyada doğulmuş yazıçı, şair və tərcüməçidir. İlk vaxtlar Almaniya və Avstriyada siyasi şeirləri, daha sonralar isə sevgi şeirləri ilə tanınmışdır. Yazıçı kimi o daha çox dram əsərləri və qısa hekayələr yazmışdır. O, həmçinin müxtəlif ingilis müəlliflərinin əsərlərini alman dilinə tərcümə etmişdir. Şekspirin ən məşhur əsərlərini alman dilinə tərcümə etmişdir. == Həyatı == Erix Frid Avstriyada, Vyanada Nelli və Hüqo Frid adlə yəhudi ailəsində doğulmuş, 1938-ci ildə Nasist Almaniyası tərəfindən Avstriyanın işğalı zamanı atası Gestapo tərəfindən öldürüldükdən sonra İngiltərəyə köçmüşdür. Londonda məskunlaşmış və Böyük Britaniya təbəəliyini 1949-cu ildə qəbul etmişdir. Erix Frid uşaqlıqdan sərt siyasi şeirlər və esselər yazırdı. Alman işğalından sonra Londonda yaşamağa başlayan Frid sonrakı aylarda anasını və daha 70 insanı Londona qaçırmağı bacarır. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi və sair peşələrdə çalışır.
Erix (soyad)
Erix — soyad. Rafael Erix (1879–1946) — siyasətçi.
Erix Abraham
Erix Abraham (alm. Erich Gottfried Abraham‎; 27 mart 1895 – 7 mart 1971, Visbaden) — Alman Piyada generalı. Üçüncü Reyxin hərbi xadimi. İbrahim 1895-ci ildə Şərqi Prussiyanın Marienburg şəhərində anadan olub. Birinci Dünya Müharibəsi başladıqdan sonra hərbi xidmətə könüllü olaraq getdi və növbəti il Leutnant der Reserve olaraq istifadəyə verildi . 1920-ci ildə fəxri Oberleutnant olaraq tərxis edildi və polisə qatıldı. 1935-ci ildə mayor rütbəsində hərbi xidmətə qayıtdı . 1936 – 39-cu illərdə 105-ci Piyada Alayında piyada taburuna komandanlıq etmiş,1938-ci ildə Oberstleutnant rütbəsinə yüksəlmişdir. 1939-cu ildə 266-cı Piyada Alayına köçürüldü və yenidən bir il taburluq etdi. 1940-cı ildə 230-cu Piyada Alayının komandiri vəzifəsinə təyin edildi və 1941-ci ildə yüksəldi.1942-ci ilə qədər bu alayın komandanlığını davam etdirən Oberst 230-cu Piyada Alayına rəhbərlik etdiyi dövrdə Dəmir Xaçın Cəngavər Xaçına layiq görüldü.
Erix Amplatz
Erix Amplatz (6 fevral 1960) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Erix Amplatz Avstriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Erix Brandenberger
Erix Brandenberger (15 iyul 1892 - 21 iyun 1955) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin tərkibində vuruşan alman general. Müharibə ərzində 8-ci Tank diviziyası və daha sonra Qərb cəbhəsində 29-cu Ordu Korpusuna komandan təyin olunmuşdur. Arden əməliyyatı zamanı Qərb cəbhəsində dislokasiya olunmuş 7-ci Orduya komandan təyin olunmuşdur. O, 6 may 1945-ci ildə amerikanlar tərəfindən əsir götürülmüş və 1948-ci ildə sərbəst buraxılmışdır.
Erix Fayql
Erix Fayql — Avstriya tarixçisi. == Həyat və fəaliyyəti == Erix Fayql 24 sentyabr 1931-ci il-də Vyanada anadan olmuşdur. E.Fayql türk tarixini, mədəniyyətini tədqiq edən tanınmış alimdir. 60-dan çox sənədli filmin və 20-dən çox kitabın muəllifidir. E.Fayql türk xalqlarının tarixini, mədəniyyətini özündə əks etdirən "Doğu Turkistan" və ya "Min bir hakimiyyət", Osmanlı İmperiyasının yarandığı andan süqutuna kimi bir dövrü əhatə edən "Türklərin gəldikləri yerlər və türklərin getdikləri yerlər", ermənilərin tarix boyu türklərin başına açdığı müsibətlərdən danışan "Erməni terrorizmi"ni əks etdirən bir sıra sənədli filmlərin müəlliflərindən biridir. Onun fundamental əsərlərindən biri hesab olunan "Bir Terrorun Əfsanəsi" 5 dildə – alman, ingilis, fransız, türk və rus dillərində nəşr edilmişdir. E.Fayql mütəmadi olaraq Avropa ölkələrində (Türkiyə, Almaniya, Avstriya) erməni probleminə həsr edilmiş elmi praktiki konfranslarda, seminarlarda iştirak etmişdir. 2005-ci ildə "Qondarma erməni soyqırımının 90 illiyi" münasibətilə Avstriyada "Tərs Təpki" adlı kitab dərc etdirmişdir. 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin Avstriya Respublikasına rəsmi səfəri zamanı professor E.Fayqla görüşmüşdür. 2001-ci ildə E.Fayql Dünya azərbaycanlılarının I qurultayında iştirak etmişdir.
Erix Fomm
Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900[…], Frankfurt-Mayn, Prussiya – 18 mart 1980[…]) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri. == Həyatı == Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb. 1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir.
Erix Fromm
Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900[…], Frankfurt-Mayn, Prussiya – 18 mart 1980[…]) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri. == Həyatı == Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb. 1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir.
Erix Hartmann
Erix Alfred Hartmann (alm. Erich Alfred Hartmann‎; 19 aprel 1922, Vaysax[d], Vürtemberq azad xalq dövləti[d], Veymar Respublikası – 20 sentyabr 1993, Vayl-im-Şönbux[d], Baden-Vürtemberq) — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu. Həmkarları tərəfindən Bubi ləqəbi verilən Erix bütün dövrlər ərzində hava döyüşlərində ən çox rəqib təyyarəsini məhv etmiş peşəkar pilotdur. Ruslar tərəfindən Qara şeytan ləqəbini alan Erix Hartmann ümüumilikdə 1.404 döyüş uçuşu zamanı 352 rəqib təyyarəsini (bunların 345-i sovetlərə məxsus olan, 260-ı isə qırıcı təyyarə idi) vurmağa müvəffəq olub. Erix müharibə boyunca Almaniya Hərbi Hava Qüvvələri olan Luftwaffe-nin tərkibində 825 hava döyüşündə iştirak edib. Pilot karyerası boyunca Erix 14 dəfə yerə qəza enişi edib. Bunların hamısı ya vurulmuş rəqib təyyarəsindən qopan metal hissələrin onun təyyarəsini zədələməsi nəticəsində və ya onun öz təyyarəsində olan texniki nasazlıq səbəbindən baş verib. Erixin olduğu təyyarə heç vaxt nə rəqib təyyarəsi tərəfindən vurulub, nə də rəqibin açdığı atəş nəticəsində təyyarəsi zədələnib. Erix müharibədən əvvəl planer təyyarələrdə uçub, Almaniya HHQ-nə 1940-cı ildə qəbul olunub və pilot hazırlığını 1942-ci ildə tamamlayıb. Burada ona uçuş üçün Jagdgeschwader 52 (JG 52) qırıcısı verilir.
Erix Honekker
Erix Honekker (alm. Erich Honecker‎) (25 avqust 1912 – 29 may 1994), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi. 18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. II Dünya Müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946-1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur.
Erix Kestner
Erix Kestner (23 fevral 1899, Drezden - 29 iyul 1974, Münhen) - yəhudi əsilli alman yazıçı. == Həyatı == Erix Kestner 1899-cu ildə Drezdendə anadan oldu. Birinci dünya müharibəsinə qatıldı. Müharibədən sonra liseyi bitirib universitetdə alman dili, tarix, fəlsəfə və teatr tarixi oxudu. Qəzetlərdə redaktor və teatr tənqidçisi kimi işləməyə başladı. 1933-cü ildə hakimiyyətə gələn nasistlər bütün kitablarını yandırdılar. İki dəfə qestapo tərəfindən həbsə atıldı və 1943-cü ildə yazıçılıq etməsinə qadağan qoyuldu. Müharibədən sonra teatr və film sahəsindən fəaliyyət göstərdi. 1969-cı ildə ədəbiyyat yaradıcılığına son verdi. 1974-cü ildə Münhen şəhərində vəfat etdi.
Erix Obst
Erix Obst (ing. Karl August Erich Obst; 13 sentyabr 1886 – 9 iyun 1981) — Almaniya geoloqu.
Erix Reder
Erix Yohann Albert Reder (alm. Erich Johann Albert Raeder‎; 24 aprel 1876[…], Vandsbek[d], Hamburq – 6 noyabr 1960[…], Kil) — alman hərb xadimi, qross-admiralı, 1935–1945-ci illərdə Üçüncü Reyxin hərbi-dəniz qüvvələri olan Kriqsmarinenin baş komandanı.
Karl Prin
Karl Prin (20 avqust 1967) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karl Prin Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Karl Prin Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Karl Prin Birləşmiş Krallıqı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Rudolf Priç
Rudolf Priç (6 avqust 1881, Opava – 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Olqa Prik
Olqa Prik (rus. Ольга Яковлевна Прик; 23 aprel 1921, Evpatoriya, Tavriya quberniyası[d] – 3 iyun 2010, Hayfa) — Sovet türkoloqu, karait dilinin tədqiqatçısı, pedaqoji elmlər namizədi (1953), dosent (1960). == Bioqrafiya == Milliyyətinə görə - Karaite. Atası - Yakov Mixayloviç Prik, mühasib, anası - Raisa Abramovna Prik, evdar qadın. 1939-cu ildə Simferopoldakı 1 saylı orta məktəbi əla attestatla bitirib. 1939-cu ildən 1941-ci ilin martına qədər Krım Pedaqoji İnstitutunun (rus dili və ədəbiyyatı şöbəsi) tələbəsi olub. Tədqiqat Krımın alman qoşunları tərəfindən işğalı səbəbindən yarımçıq qalıb. 1943-1944-cü illərdə Simferopol şəhərində işğal olunmuş ərazidə olarkən, o, gizli təşkilatın üzvləri ilə əlaqədə olub və Sovet hökumətinin xeyrinə çalışıb ki, bu da deputatın verdiyi arayışla təsdiqlənir 7 iyun 1944-cü il tarixli, № 237. təsdiqlənir. 1944-cü ildə Krım alman işğalçılarından azad edildikdən sonra Moskvaya yola düşdü.
Sen-Pri
Sen-Pri (Val-d'Uaz)
Erix Mariya Remark
Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark‎; 22 iyun 1898[…], Osnabrük, Prussiya, Almaniya imperiyası – 25 sentyabr 1970[…], Lokarno[d], İsveçrə) — XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı Qərb cəbhəsində yenilik yoxdur və 1937-ci ildə yazdığı Üç yoldaş romanları ilə məşhurlaşmışdır. == Həyatı == === Gənclik illəri === Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Birinci Dünya Müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı. 1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazıçısı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.
Erix fon Manşteyn
Erix fon Manşteyn (alm. Fritz Erich Georg Eduard von Lewinski‎; 24 noyabr 1887[…], Berlin – 10 iyun 1973[…] və ya 9 iyun 1973) — alman feldmarşal, Üçüncü Reyxin ən məşhur generallarından biri. == Həyatı == Berlində prussiyalı bir aristokrat olan topçu general Edvard fon Levinskinin ailəsində anadan olmuşdur. Onun kiçik xalası general-mayor Georq fon Manşteynlə evli idi və uşaqları olmurdu. Buna görə də, anadan olacaq uşağın xalasına övladlıq verilməsinə qərar verildi. Beləcə, kiçik Erix həyata bir Manşteyn olaraq başladı. Erix fon Manşteynin hər iki babası və dayısı da Prussiya generalları idi və keçmiş Almaniya prezidenti Paul fon Hindenburqla da yaxın qohumluq əlaqələri vardı. Beləliklə, onun Prussiya ordusundakı karyerası daha əvvəldən təsdiqlənmişdi. O, 1907-ci ildə leytenant rütbəsini almış və 1913-cü ildə Hərbi Akademiyaya daxil olmuşdur. Birinci dünya müharibəsi illərində Qərb və Şərq cəbhələrində xidmət etmişdir.
Sen-Pri (Alye)
Sen-Pri (fr. Saint-Prix) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03257. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 811 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15–64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,6%, 1999-cu ildə 66,4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Psix, amma bu yaxşıdır (teleserial, 2020)
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
"Formula-1" Qran-pri siyahısı
"Formula-1" Qran-pri siyahısı — 1950-ci ildən FİA Dünya Çempionatına daxil olan bütün mərhələlərin siyahısı. Qran-pri (fr. Grand Prix) — iri həcimli motor yarışının ənənəvi adı. Bu ənənə XX əsrin əvvəlində müəyyən edilmişdir. Formula 1 Dünya Çempionatının bir hissəsi olmuş bütün yarışlara Qran-pri (1950–1960-cı illərin çempionat təqvimində olan 11 yarış, 500 km Indianapolis istisna olmaqla) adlandırıldı. 2017 mövsümünün son yarışından etibarən, 976 Qran-pri (1950–1960-cı illərdə İndianapolis 500 milin 11 sınaq mərhələsi, rəsmi olaraq Qran-pri deyil), Dünya Çempionatı çərçivəsində keçirildi. == Adı ilə Qran-pri (ölkəyə görə deyil) == Qalın şriftlə 2019 mövsümünə 21 Qran-pri qeyd olunmuşdur.
Sen-Pri (Val-d'Uaz)
Sen-Pri (fr. Saint-Prix) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Sen-Le-la-Fore. Əhalisi — 7 214 nəfər (2006). Bələdiyyə Paris şəhərinin 19 km şimal, Serji bələdiyyənin 15 km şərqdə yerləşir.
Crex crex
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər. == Qısa təsviri == Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Crex
Çivdimdik (lat. Crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Abrıx
Abrıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Abrıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Abrıx kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Keçən əsrə aid materiallara əsasən, Abrıx Tikanlı kəndindən yaranmış yaşayış məntəqəsidir. IX əsr ərəb coğrafiyaşünaslarının yazdığına görə, Beyləqanda (bu şəhərin xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır) Abrik/Abrek adlı qala mövcud olmuşdur. Toponimikada belə bir fərziyyə var ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə ilə əlaqədar olaraq (bəlkə də monqolların XIII əsr basqınları) dağıdıldıqdan sonra əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər. Mənbələr Bizansda da Abrik adlı şəhərin mövcudluğundan xəbər verir. Azərbaycan dilinin dialekt və şivələrində avırıx/avruğ "çay qırağında olan qamışlıq, çubuq" deməkdir. Türk dilində avrık "hörülmüş, sarınmış, bağlanmış" mənalarını ifadə edir. Deməli, Abrıx/Abrik/Abriq qalası "qamışdan hörülmüş qala" kimi izah oluna bilər. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.