Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proksemika
Proksemika (ing. proximity - yaxınlıq sözündəndir) və ya şəxsi məkan — ünsiyyətin məkan və zaman işarələri sistemini öyrənən sosial psixologiya və semiotikanın sahəsi. Xüsusi işarə sistemi kimi çıxış edərək, ünsiyyət prosesinin təşkili məkanı və vaxtını kommunikativ vəziyyətin tərkib hissəsi olmaqla semantik yük daşıyır. Proksemika kommunikatorlar arasındakı məsafəni öyrənir, onlar arasında ünsiyyətin xarakteri, onların emosional vəziyyəti və ünsiyyətin sosial-mədəni xüsusiyyətləri haqqında məlumat daşıyır. Antropoloq Edvard Holl 1950-ci illərdə insanın gündəlik davranışında şəxsi məkanını tədqiq edərək bu termini “insan mikroməkanın spontan quruluşunu - subyektlərarası məkanı, evində məkanın təşkilini necə həyata keçirməsinin təhlilini təyin etmək üçün istifadə etdi." O, insanlar arasında münasibətlərin yeni anlayışına gəldi. Hər bir insanın şəxsi hesab etdiyi müəyyən bir məkan var. Ünsiyyət məsafəsi bir çox amillərdən (mənşə, mədəniyyət, şəxsi üstünlüklərdən) asılıdır. Məsafə çox kiçik və ya çox böyükdürsə, insanlar yöndəmsiz və narahat hiss edə bilərlər. Holl, hər biri yaxın və uzaqlara bölünən dörd subyektlərarası zona müəyyən etdi: intim (0-0,5 m) - qohumlar və yaxın insanlar arasında ünsiyyət üçün xarakterikdir. İntim zona iki fazaya bölünür: yaxın və uzaq.
Prokseniya
Prokseniya (q.yun. προξενία) — Qədim Yunanıstanda beynəlxalq hüquq təsisatı, ictimai qonaqpərəstlik. Qanunlara görə, şəhər tərəfindən seçilən vətəndaş müqabilində dövlətdən fəxri titullaq almaq şərti ilə öz hesabına xarici səfirləri qonaq edirdi. Bu vətəndaşlar proksenlər (q.yun. πρόξενος; mənası – "əcnəbi əvəzi") adlandırılırdı. Игорь Суриков, Леонид Таруашвили, Валерия Ленская, Елена Соломатина. Под общ. ред. И. E. Сурикова (redaktor). История и культура Древней Греции: Энциклопедический словарь.