Acacia provincialis
Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir.
== Botaniki təsviri ==
Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.